PART
11
[9:93]
Ancaq varlı olduqları halda
(döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada
getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna
görə də onlar (başlarına
gələcək müsibəti) bilməzlər!
[9:94]
(Döyüşdən geri dönüb)
yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: "(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan
belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də". Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna
qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!
[9:95]
Yanlarına
qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı daha
şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Cünki onlar
murdardırlar və
qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq
düşəcəkləri yer də Cəhənnəmdir!
[9:96]
Onlardan razı olasınız deyə, qarşınızda
(Allaha) and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!
[9:97]
Bədəvilər küfr və nifaq
baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9:98]
Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və
(bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər. (Mö'minlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) eşidəndir, biləndir!
[9:99]
Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq
və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar.
Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları ?z mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
[9:100]
(İslamı) ilk əvvəl qəbul edib (bu işdə
başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin
yaxşı işlər görməkdə onların ardınca
gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da
Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar
axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
[9:101]
Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları
tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba
uğrayacaqlar.
[9:102]
(Münafiqlərin) bir qismi də günahlarını e'tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[9:103]
(Ya Rəsulum!)
Onların mallarından sədəqə (zəkat) al. Bununla onları
(günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan
ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır
(rahatlıqdır). Allah (hər şeyi)
eşidəndir, biləndir.
[9:104]
Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!
[9:105]
De: "(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin.
Allah, Onun Peyğəmbəri və mö'minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!"
[9:106]
(Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb.
Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9:107]
(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, mö'minlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün
məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir
şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı
olmaları barədə Allah ?zü şahidlik edəcəkdir!
[9:108]
(Ya Rəsulum!) Orada heç
vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub
pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə'nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
[9:109]
Elə isə (məscid) binasını Allah
qorxusu və rizası üzərində quran kəs daha
yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla
birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah
zalım tayfanı doğru yola
yönəltməz!
[9:110]
Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə
(nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9:111]
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö'minlərin
canlarını və mallarını Tövratda, İncildə və Qur'anda haqq olaraq və'd edilmiş Cənnət müqabilində satın almışdır.
Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz
sövdəyə görə sevinin. Bu,
böyük qurtuluşdur (uğurdur)!
[9:112]
(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm
təhsil etmək üçün yurdundan
ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar),
yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə mö'minləri (Cənnətlə) müjdələ!
[9:113]
Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan
sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!
[9:114]
İbrahimin öz atası üçün
bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və'də görə idi. Atasının Allaha
düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox
dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.
[9:115]
Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan)
sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu
kimi, layiqincə) biləndir!
[9:116]
Həqiqətən, göylərin və yerin hökmü (mülkü) Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!
[9:117]
Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları
bağışladı). Cünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.
[9:118]
Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib
sıxılmışdı. Onlar
Allahdan (Allahın əzabından)
yalnız Onun ?zünə
sığınmağın mümkün
olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
[9:119]
Ey iman gətirənlər! Allahdan qorxun və (imanında,
sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)
[9:120]
Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın
Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Cünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq
basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış
olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
[9:121]
Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad
zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin
qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab)
yazılmamış olsun!
[9:122]
(Ehtiyac olmadıqda) mö'minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır.
[9:123]
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki,
Allah müttəqilərlədir!
[9:124]
Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): "Bu sizin hansınızın imanını
artırdı?" - deyənlər də var. Mö'minlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.
[9:125]
Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara
gəldikdə isə, (hər bir surə) onların
murdarlığı (küfrə, nifaqı)
üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq
ölərlər!
[9:126]
Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar
olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!
[9:127]
(Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb:
"(Müsəlmanlardan) sizi görən varmı?"
- deyə soruşur, (görən yoxdursa)
dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!
[9:128]
(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona
ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, mö'minlərlə şəfqətli, mərhəmətlidir!
[9:129]
(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan
başqa heç bir tanrı
yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar
sahibidir!)
Yûnus
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[10:1]
Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın
(Qur'anın) ayələridir!
[10:2]
İçərilərindən bir adama:
"İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər.
[10:3]
Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan)
Allahdır. Onun izni olmadan heç bir
şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
[10:4]
Hamınızın (axır)
dönüşü Onadır. Bu, Allahın haqq olan və'didir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün
(qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir!
[10:5]
Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin
sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün
belə müfəssəl izah edər!
[10:6]
Gecə ilə gündüzün bir-birinin ardınca
gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun
birliyini və qüdrətini sübut edən) dəlillər vardır.
[10:7]
Bizimlə
qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil
olanların -
[10:8]
Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
[10:9]
İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol ne'mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından
çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].
[10:10]
Onların oradakı (mö'minlərin Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan, müqəddəssən!", orada salamlaşması: "Salam!"
duası: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləridir.
[10:11]
Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu.
(Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi,
qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə
qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!
[10:12]
İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda
da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi
çıxıb gedər. (Allaha
şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
[10:13]
Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar mö'cüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.
[10:14]
Onların ardınca yer üzünün varisləri sizi tə'yin etdik ki,
görək özünüzü necə aparacaqsınız.
[10:15]
(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir
Qur'an gətir və ya onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu
özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram".
[10:16]
De: "Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan (Qur'an nazil ediləndən) qabaq sizin aranızda
(qırx il) ömür sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından
sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Qur'anın mənim sözlərim deyil, məhz Allah kəlamı
olduğunu) dərk etmirsinizmi?"
[10:17]
Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa
bilməzlər!
[10:18]
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah
yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (?zünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah ?zünə şərik qoşulan bütlərdən uzaqdır və
ucadır!"
[10:19]
İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar.
Əgər Rəbbin tərədindən öncə bir söz (ilahi hökm,
təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə
saxlanılmasaydı), ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.
[10:20]
Müşriklər: "
[10:21]
İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik)
dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: "Allah daha tədbirlidir". Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!
[10:22]
Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq
Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!"
[10:23]
Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya
[10:24]
Həqiqətən, (ne'mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların
və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə
qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa
qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
[10:25]
Allah (bəndələrini) əmin-amanlıq
yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!
[10:26]
Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!
[10:27]
Günah qazananlara günahları qədər cəza verilər. Onları
zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki
gecənin zülmət parçaları
ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
[10:28]
O gün onların hamısını
(haqq-hesab çəkmək üçün bir yerə)
yığacaq, sonra müşrikləri: "Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də
yerinizdə durun!" - deyəcək və onları (bir-birindən, yaxud
başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: "Siz bizə ibadət etmirdiniz".
[10:29]
Sizinlə bizə aramızda təkcə Allahın şahid
olması yetər. Biz (eşitməz, görməz və duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!"
[10:30]
Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna
qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan
(uzaqlaşıb) qeyb olacaqlar.
[10:31]
(Ya Rəsulum!) De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? ?lüdən diri, diridən ölü
çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar:
"Allahdır!" - deyəcəklər. De: "Bəs onda Allahdan qorxmursunuz?"
[10:32]
O sizin həqiqi Rəbbiniz olan
Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə
qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?"
[10:33]
(Allahın itaətindən çıxmış)
fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü
(hökmü) belə kerçək oldu. (Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün Rəbbinin hökmü-cəzası onlara belə vacib oldu).
[10:34]
(Ya Rəsulum!) De: "Allaha qoşduğunuz şəriklər işərisində məxluqu (insanları) yoxdan
yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) qaytara bilən bir kəs varmı?"
De: "Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?"
[10:35]
De: "Şərikləriniz içərisində (insanları)
haqq yola yönəldə bilən bir kimsə varmı?" (Sənə cavab verə bilməyən müşriklərə) de: "Allah (insanları) haqq yola yönəldir. Belə olduqda
doğru yola yönəldən kəs arxasınca
gedilməyə daha çox layiqdir, yoxsa
doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?"
[10:36]
Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!
[10:37]
Bu Qur'an Allahdan başqasına yalandan
aid edilə bilməz. (O ancaq Allahdandır,
başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və
İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!
[10:38]
Yoxsa: "(Peyğəmbər) onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona (Qur'ana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!"
[10:39]
Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə və'd edilmiş əzab) onlara gəlib çatmamış Qur'anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları,
öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bir gör
zalımların axırı necə oldu!
[10:40]
(Kafirlər) içərisində ona (Qur'ana) inanan
da var, inanmayan da. Rəbbin fitnə-fəsad tö'rədənləri daha yaxşı
tanıyandır!
[10:41]
Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz
əməllərin mənə heç bir dəxli yoxdur!"
[10:42]
Onların içərisində (Qur'an oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?!
[10:43]
Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, mö'cüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!
[10:44]
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
[10:45]
(Allah müşrikləri) gündüz bir saat belə (dünyada)
olmamışlar kimi, bir yerə
toplayacağı gün (qiyamət günü) onlar
bir-birini tanıyacaqlar. Allahla
qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.
[10:46]
(Ya Rəsulum! Kafirlərə) və'd etdiyimiz əzabın bir
qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq
(canını alsaq) da, bil
ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!
[10:47]
Hər ümmətin bir peyğəmbəri vardır. Onlara
peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!
[10:48]
(Kafirlər: ) "Əgər doğru
danışırsınızsa, (bir xəbər verin görək) bu və'd etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq?"
- deyə soruşarlar.
[10:49]
(Ya Rəsulum!) De: "Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı)
vardır. Onların əcəli gəlib çatdıqda (ondan)
bircə saat belə nə geri qalar, nə də irəli keçərlər".
[10:50]
De: "Bir deyin görək. Əgər (Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə (nə edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə) niyə tələsirlər?
[10:51]
O əzab gəldikdən sonramı ona
inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!"
[10:52]
Sonra zülm edənlərə: "Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara
görə cəzalandırılırsınız!" - deyiləcək.
[10:53]
(Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya qiyamət günü)
doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o
doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!"
[10:54]
Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib
olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından
artıq cəza verilməz).
[10:55]
Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın və'di haqdır,
lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!
[10:56]
Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna
qaytarılacaqsınız!
[10:57]
(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö'minlərə hidayət və mərhəmət (Qur'an) gəlmişdir!
[10:58]
(Ya Rəsulum!) De: "Allahın ne'məti və mərhəməti ilə - ancaq onunla
sevinsinlər. Bu onların
yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!"
[10:59]
De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?" De:
"(Bunu deməyə) Allah ?zü sizə izin verdi,
yoxsa Allaha iftira yaxırsınız?"
[10:60]
Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah
insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın ne'mətlərinə və mərhəmətinə) şükür etməz!
[10:61]
(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur'andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz)
zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki,
açıq-aydın kitabda
(lövhi-məhfuzda) olmasın!
[10:62]
Bilin ki, Allahın dostlarının heç
bir qorxusu yoxdur və onlar qəm-qüssə
görməzlər.
[10:63]
O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -
[10:64]
Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın
sözləri (verdiyi və'dlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!
[10:65]
(Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mə'nasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız
Allaha məxsusdur. O, (hər şeyi)
eşidəndir, biləndir!
[10:66]
Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar - bütün
canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur).
Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki
əslində heç kəs Allaha şərik olmağa
layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.
[10:67]
Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi
qazanmağınız üçün)
işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını)
eşidənlər üçün (ibrətamiz) dəlillər vardır.
[10:68]
(Müşriklər: ) "Allah ?zünə övlad götürdü!"
dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı
Onundur. Bu haqda (Allahın ?zünə övlad
götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur.
Allaha qarşı bilmədiyiniz
şeyimi deyirsiniz?
[10:69]
(Ya Rəsulum!) De: "Allaha qarşı yalan uyduranlar, sözsüz ki,
nicat tapmazlar!"
[10:70]
(Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra
hüzurumuza qayıdacaqlar, ondan
sonra küfr etdiklərinə görə onlara çox
şiddətli bir əzab
daddıracağıq!
[10:71]
(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o
öz ümmətinə belə demişdi:
"Ey ümmətim! Əgər aranızda
qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli
qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
[10:72]
Əgər siz (mənim öyüd-nəsihətimdən, də'vətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr
edilmişdir!"
[10:73]
Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat
verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb
boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!
[10:74]
Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar mö'cüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik.
[10:75]
Onlardan sonra Musanı və Harunu Fir'ona və camaatına
açıq mö'cüzələrlə peyğəmbər göndərdik. Lakin onlar
(iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular.
[10:76]
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Bu, aşkar bir sehrdir!" - dedilər.
[10:77]
Musa onlara belə dedi: "Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi?
Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!"
[10:78]
Onlar (Musaya və Haruna): "Bizi
atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük
etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" - dedilər.
[10:79]
Fir'on: "Nə qədər bilikli sehrbaz varsa, gətirin!" - dedi.
[10:80]
Sehrbazlar gəldikdə Musa: "Nə
atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!)" - dedi.
[10:81]
Onlar (əllərindəkini yerə) atdıqda Musa
dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!
[10:82]
Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!"
[10:83]
Fir'onun və ə'yanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Fir'on camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Cünki Fir'on o yerdə hakim idi. O, (küfr və
azğınlıq etməkdə) həddi
aşmışdı.
[10:84]
Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!"
[10:85]
Onlar dedilər: "Biz yalnız
Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım
tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!
[10:86]
Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!"
[10:87]
Musaya və qardaşına:
"Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö'minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik.
[10:88]
Musa dedi: "Ey Rəbbimiz! Sən Fir'ona və ə'yan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!"
[10:89]
(Allah) buyurdu: "Hər ikinizin duasını qəbul etdim. Siz (öz də'vətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!
[10:90]
İsrail oğullarını dənizdən (sağ-salamat)
keçirtdik. Fir'on və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca
düşdülər. (Fir'on)
batacağı anda: "İsrail
oğullarının inandıqlarılarından başqa
tanrı olmadığına iman gətirdim. Mən artıq
(Ona) təslim olanlardanam!" - dedi.
[10:91]
İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan
sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!
[10:92]
Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə
atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!
[10:93]
İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik.
Onlar özlərinə bir elm (Qur'an) gələnə qədər ixtilafda olmadılar.
(Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin
Qur'an nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları
məsələlər barəsində aralarında hökm verəcəkdir!
[10:94]
(Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!
[10:95]
Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!
[10:96]
Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!
[10:97]
Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar).
[10:98]
Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı?
(Yunisin ümməti) iman gətirən zaman onları
dünyadakı rüsvayçılıq əzabından
qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.
[10:99]
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin
deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).
[10:100]
Heç kəs Allahın
izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah
(?zünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər.
[10:101]
De: "Bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və (Allahın əzabı ilə
qorxudan) peyğəmbərlər heç bir fayda verməz!
[10:102]
Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri (başlarına gələn müsibətlər) kimi bir gün gözləyirlər!" De: "Gözləyin, doğrusu, mən də sizinlə
birlikdə gözləyənlərdənəm!"
[10:103]
Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Mö'minləri (verdiyimiz və'də əməl edərək) belə xilas etmək Bizə vacibdir.
[10:104]
De: "Ey insanlar! (Ey Məkkə müşrikləri!) Əgər mənim dinim bardəsində şübhəyə düşmüsünüzsə, (bilin ki) mən Allahı
qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə mö'minlərdən olmaq əmr edilmişdir".
[10:105]
Və: "Batildən haqqa
tapınaraq üzünü islam dininə çevir,
müşriklərdən olma,
[10:106]
Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - deyə buyurulmuşdur.
[10:107]
Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu ?zündən başqa (səndən) heç kəs sovuşdura
bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne'mətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O,
bağışlayandır, rəhm edəndir.
[10:108]
(Ya Rəsulum!) De: "Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Qur'an və
Peyğəmbər) gəlmişdir. Doğru yolu
tutan özünə savab, doğru yoldan
azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!"
[10:109]
Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!
Hûd
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[11:1]
Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da
müfəssəl izah edilmiş bir
Kitabdır ki,
[11:2]
Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.
[11:3]
Və Rəbbinizdən
bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim də'vətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
[11:4]
Siz məhz Allahın
hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!
[11:5]
Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və mö'minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.