PART
14
Al-Hijr
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[15:1]
Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö'cüzə olan) Qur'anın ayələridir.
[15:2]
Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman
olmalarını istərdilər!
[15:3]
(Ya Rəsulum!) Qoy
(kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar,
arzuları-ümidləri
başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
[15:4]
Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib
çatmamış məhv etmədik.
[15:5]
Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.
[15:6]
(Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
[15:7]
Əgər sən doğru
danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!"
[15:8]
(Allah onların cavabında buyurdu: )
"Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman
onlara (kafirlərə) heç bir möhlət verilməz!
[15:9]
Şübhəsiz ki, Qur'anı Biz nazil
etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"
[15:10]
(Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.
[15:11]
Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!
[15:12]
(Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu
(küfrü, istehzanı)
günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!
[15:13]
?zlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qur'ana) inanmazlar.
[15:14]
Əgər onlara göydən bir qapı
açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini və əzamətini görsələr) yenə də (inanmayıb):
[15:15]
Gözümüz bağlanmış
(xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb
gözümüzü
bağlamışdır), - deyərlər.
[15:16]
Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla) bəzədik.
[15:17]
Onları hər bir məl'un
(Allahın dərgahından qovulmuş,
rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq.
[15:18]
Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir
axan ulduz (məş'əl) tə'qib edər (və üstünə düşüb yandırar).
[15:19]
Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.
[15:20]
Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev
heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir).
[15:21]
(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın.
Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım
olması isə yalnız Bizə mə'lumdur).
[15:22]
Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları
tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə
yağdırar).
[15:23]
Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu
istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da Bizik!)
[15:24]
Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da
bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)
[15:25]
Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
[15:26]
Biz insanı quru (toxunduqda saxsı kimi
səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara
palçıqdan yaratdıq!
[15:27]
(Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
[15:28]
(Ya Rəsulum!)
Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi:
"Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara
palçıqdan insan yaradacağam!
[15:29]
Mən ona surət verib ruhumdan
üfürdüyüm zaman siz ona (ibadət yox, tə'zim məqsədilə) səcdə edin!"
[15:30]
Bundan sonra mələklərin hamısı ona (tə'zim məqsədilə) səcdə etdilər.
[15:31]
Təkcə İblisdən başqa! O,
səcdə edənlərlə birlikdə olmaqdan imtina
etdi.
[15:32]
(Allah buyudu: ) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?"
[15:33]
(Şeytan) dedi: "Sənin quru və qoxumuş
qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!"
(Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan
yaranmışam. Od isə
torpağı yandırdığına görə ondan üstündür!)
[15:34]
(Allah) buyurdu: "Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl'unsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
[15:35]
Sən qiyamət gününə qədər lə'nətlənmişsən!"
[15:36]
(İblis) dedi: "Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!"
[15:37]
(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən"
[15:38]
Ancaq mə'lum vaxtın gününə (İsrafil
surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!
[15:39]
(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan
çıxaracağam!
[15:40]
Yalnız Sənin sadiq bəndələrindən başqa!"
[15:41]
(Allah) buyurdu: "Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru
yoldur!)
[15:42]
Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün
olmaz!
[15:43]
Şübhəsiz ki, Cəhənnəm onların hamısına və'd olunmuş (onları gözləyən) yerdir!
[15:44]
(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.
[15:45]
Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında
olacaqlar.
[15:46]
Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!"
[15:47]
Biz onların ürəklərindəki kin-küdurəti
çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə
qarşı-qarşıya əyləşərlər.
[15:48]
Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da
deyillər. (Cənnətdə əbədi qalacaqlar).
[15:49]
(Ya Rəsulum!)
Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən,
bağışlayanam, rəhm edənəm!
[15:50]
Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!
[15:51]
Həm də onlara İbrahimin
qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!
[15:52]
O zaman ki, onlar onun hüzuruna daxil olub:
"Salam!" - dedilər. (İbrahim də qonaqların
yeməyə əl uzatmadıqlarını görüb: ) "Biz, həqiqətən, sizdən qorxuruq!" - dedi.
[15:53]
Onlar: "Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!" - deyə cavab verdilər.
[15:54]
(İbrahim: ) "Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə
muştuluqlayırsınız?" - deyə soruşdu.
[15:55]
(Mələklər: ) "Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından)
ümidini üzənlərdən olma!" - dedilər
[15:56]
(İbrahim) dedi: "(Haqq yoldan)
azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!"
[15:57]
Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir? - dedi.
[15:58]
(Mələklər) belə cavab verdilər: "Biz günahkar bir
tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik.
[15:59]
Yalnız Lutun ailəsindən başqa! Biz,
sözsüz ki, onların hamısı
xilas edəcəyik!
[15:60]
Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr
etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!"
[15:61]
Elçilər (mələklər) Lutun yanına gələndə
[15:62]
(Lut) dedi: "Siz yad adamlarsınız
(mən sizi tanımıram)!"
[15:63]
(Mələklər) belə cavab verdilər: "Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!
[15:64]
Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru
danışanlarıq!
[15:65]
Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca
get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!"
[15:66]
Və ona
(Luta da) vəhy etdik ki, səhər çağı onların
(kafirlərin) kökü kəsilmiş olacaq.
[15:67]
(Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi.
[15:68]
(Lut) dedi: "Bunlar mənim qonaqlarımdır.
(Onlara hörmət etmək mənim borcumdur). Məni
(biabırçı hərəkətlərinizlə onların
yanında) rüsvay etməyin!
[15:69]
Allahdan qorxun və məni xar etməyin!
[15:70]
Onlar: "Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları qonaq
saxlamağı) qadağan etmədikmi?" - deyə soruşdular.
[15:71]
(Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə
(buyurun, onlarla evlənin)!"
[15:72]
(Ya Rəsulum!)
Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).
[15:73]
Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları
bürüdü.
[15:74]
Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.
[15:75]
Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!
[15:76]
Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!
[15:77]
Bunda mö'minlər üçün, sözsüz ki, bir
ibrət vardır!
[15:78]
Şübhəsiz ki, Əykə əhli də (sıx meşəlikdə yaşayan Şüeyb
tayfası da) zalım idi. (Onlar
Allaha asi olmaqla özlərinə zülm etdilər).
[15:79]
(Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin qalıqları) açıq-aşkar göz
qabağındadır, (Məkkə müşrikləri onlara
baxıb niyə ibrət almırlar).
[15:80]
Həqiqətən , (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı
adlandırmışdılar.
[15:81]
Biz onlara (Hicr əhalisinə) mö'cüzələrimizi göndərdik, lakin
onlardan üz çevirdilər (bu mö'cüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər).
[15:82]
Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub
(özlərinə) evlər qurudular.
[15:83]
Səhər çağı dəhşətli (tükürpədici) səs onları
bürüdü.
[15:84]
Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət
yığmaq) onlara heç bir fayda
vermədi (Allahın əzabını
onlardan dəf edə bilmədi).
[15:85]
Biz göyləri, yeri və onlar arasında
olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla
bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).
[15:86]
Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!
[15:87]
(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi
ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Qur'anı verdik.
[15:88]
(Kafirlərin) bə'zi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya
gözünü dikmə, çünki bunların
arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan
(onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara verdiyimiz
sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük ne'mətlər gözləyir), mö'minləri qanadın
altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et!)
[15:89]
Və de:
"Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar
qorxudanam!"
[15:90]
Eynilə
(Qur'anı) bölənlərə endirdiyimiz (əzab) kimi!
[15:91]
O kəslər ki, Qur'anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Qur'anın
bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bə'zisi
Qur'anı şe'r, bə'zisi sehr, bə'zisi isə kahinlik əsəri adlandırırdı).
[15:92]
(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz
onların hamısını (bütün məxluqatı)
sorğu-suala çəkəcəyik -
[15:93]
(Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)
[15:94]
(Ya Rəsulum!) Sənə əmr olunanı (Qur'anı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!
[15:95]
Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.
[15:96]
O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər!
[15:97]
(Ya Rəsulum!)
Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik!
[15:98]
Sən isə Rəbbini tə'rifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla)
birlikdə ol!
[15:99]
Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!
An-Nahl
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[16:1]
Allahın (mö'minlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin
fövqündədir. Onun heç bir şəriki yoxdur!)
[16:2]
(Allah) ?z əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: "İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan
onlara) bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!"
[16:3]
(Allah) göyləri və yeri haqq olaraq
yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
[16:4]
Allah insanı nütfədən (mənidən, bir qətrə
[16:5]
Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.
[16:6]
Onları səhər naxıra, axşam
axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız
(fərəhlənirsiniz).
[16:7]
Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə)
daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!
[16:8]
Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.
[16:9]
Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan)
da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.
[16:10]
Göydən sizin üçün yağmur
endirən Odur. Ondan (o
[16:11]
(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl,
bitki), zeytun, xurma, üzüm və bütün
(başqa) meyvələrdən yetişdirir.
Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
[16:12]
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin
xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir.
Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
[16:13]
(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri
(heyvanları, bitkiləri, meyvələri və s.) də sizin
ixtiyarınıza verdi. ?yüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!
[16:14]
Təzə ət (balıq əti) yeməyiniz,
taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan)
çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey
insan! Allahın) ne'mətindən ruzi
axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb
getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahahın ne'mətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb
getdiyini görürsən. (Bütün bunlar)
Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]
[16:15]
(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan
dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar
yaratdı;
[16:16]
(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı)
yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.
[16:17]
Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə,
açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu
anlamarsınız?!)
[16:18]
Əgər Allahın ne'mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[16:19]
Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, bütün gizli və aşkar əməllərinizi) bilir!
[16:20]
(Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada
bilməzlər, əksinə, onlar özləri (daşdan,
ağacdan və sairədən)
yaradılmışlar.
[16:21]
Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!)
[16:22]
Siz tanrınız bir olan Allahdır.
Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa
boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə
sığışdırmazlar.
[16:23]
Şübhəsiz ki, Allah onların
gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!
[16:24]
(Müşriklərdən: ) "Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?" - deyə soruşduqda, onlar: "Qədimlərin əfsanələrini!" - deyə cavab verərlər ki,
[16:25]
Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!
[16:26]
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi.
[16:27]
Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: "Barələrində (mö'minlərlə) çənə-boğaz olduğunuz
şəriklərim haradadır?" - deyə
soruşacaqdır. Elm
verilmiş kimsələr (peyğəmbərlər və mö'minlər) isə: "Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar
olacaqlar!" - deyəcəklər.
[16:28]
Mələklər (küfr etməklə, Allaha şərik
qoşmaqla) özlərinə zülm edənlərin canlarını
aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: "Biz heç bir
pislik etmirdik!" - deyəcək (mələklər də onlara belə cavab verəcəklər): "Xeyr, (elə deyildir) Allah
sizin nələr etdiyinizi çox
yaxşı bilir!
[16:29]
Haydı, girin əbədi qalacağınız
Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!"
[16:30]
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz (öz
peyğəmbərinə) nə nazil etmişdir? - deyə soruşduqda isə onlar: "Xeyir (nazil etmişdir)" - deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha
yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!
[16:31]
Onlar (ağacları) altında çaylar
axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada
onların istədiləri hər şey vardır. Allah
müttəqiləri belə mükafatlandırır!
[16:32]
O kəslər ki, mələklər onların
canlarını pak olduqları halda alıb: "Sizə salam
olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!" - deyərlər.
[16:33]
O kafirlər (canlarını almaq
üçün) yalnız mələklərin onların yanına
gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib
çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara
zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
[16:34]
Onlara öz əməllərinin cəzası
(pisliklər) artıq yetişdi.
İstehza etdikləri (əzab da) onları
yaxaladı.
[16:35]
Müşriklər (nadanlıqları
üzündən və ya istehza məqsədilə) dedilər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz
(Allahın razılığı, hökmü olmadan) heç bir
şeyi haram etməzdik". Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
(Peyğəmbərlər heç kəsi zorla bir işə vadar etməz. Onların borcu ancaq
Allahın hökmlərini insanlara təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq,
yaxşı işlər görüb savab qazanmaqdır).
[16:36]
Biz hər ümmətə: "Allaha ibadət edin,
Tağutdan çəkinin! - deyə peyğəmbər göndərmişdik. Onlardan bir
qismini Allah doğru yola yönəltmiş, bir qismi isə
(Allahın əzəli elmi ilə) haqq yoldan
azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!
[16:37]
(Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun heç bir faydası yoxdur). Cünki Allah yoldan
çıxartdıqlarını (bir daha) doğru yola salmaz. Onlara
(Allahın əzabından xilas olmaqla)
kömək edənlər də olmaz!
[16:38]
Onlar: "Allah, ölən bir kimsəni diriltməyəcəkdir!" - deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah
qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru və'd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
[16:39]
(Allah hər bir mö'mini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin
yalançı olduqlarını bilsinlər.
[16:40]
Biz hər hansı bir
şeyi (yaratmaq) istədikdə ona sözümüz:
"Ol!" deməkdir. O da dərhal olar.
[16:41]
Zülmə mə'ruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı
(Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!
[16:42]
(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!
[16:43]
(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi
peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab,
elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət
olmalıdır).
[16:44]
Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar
mö'cüzələr və kitablarla göndərdik. Sənə də Qur'anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri,
halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!
[16:45]
(Peyğəmbərlərə qarşı)
pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar) Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!
[16:46]
Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın
onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər!)
[16:47]
Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!)
[16:48]
Məgər onlar Allahın
yaratdığı hər hansı bir
şeyə baxıb görmürlərmi ki, onların
kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
[16:49]
Göylərdə və yerdə olan (bütün) canlılar,
hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
[16:50]
Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!
[16:51]
Allah belə buyurdu: "İki
tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq
Məndən qorxun!"
[16:52]
Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?
[16:53]
Sizə gələn hər bir ne'mət
Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!
[16:54]
Sonra sizi o müsibətdən qurtardığı
zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.
[16:55]
Onlar bunu özlərinə verdiyimiz ne'mətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!
[16:56]
(Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki,
yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!
[16:57]
Onlar Allaha qızlar isnad edirlər/ (Mələklər Allahın
qızlarıdır, deyirlər). Allaha pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) ?zlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
[16:58]
Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.
[16:59]
Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq,
yoxsa torpağa göməcək? (Diri-diri
basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları
özlərinə götürüb qızları Allaha isnad edirlər. )
[16:60]
Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız
uşaqlarını diri-diri torpağa basırmaq) axirətə inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah
yenilməz qüvvət (qüdrət) sahibi, hikmət sahibidir!
[16:61]
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını
sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.
[16:62]
(Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: "Onları ən gözəl aqibət (Cənnət, Allah rizası)
gözləyir!" - deyə yalan
söylər. Şübhəsiz ki, onları
Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə daxil olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə Cəhənnəmə
yaxınlaşanlardır. )
[16:63]
(Ya Rəsulum!) Allaha
and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu
gün Şeytan onların dostudur
(havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!
[16:64]
Biz Kitabı (Qur'anı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları
(tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və mö'minlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!
[16:65]
Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (?yüd-nəshihətə) qulaq asanlar üçün bunda bir
ibrət vardır.
(Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)
[16:66]
Şübhəsiz ki, davarda (sağmal
heyvanlarda) da sizin üçün bir ibrət vardır.
Biz onların
qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın
dadı, qoxusu və rəngi əsla südə
qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
[16:67]
Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş,
mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
[16:68]
Rəbbin bal arısına belə vəhy (təlqin) etdi:
"Dağlarda, ağaclarda və
(insanların) qurduqları çardaqlarda (evlərin damında,
üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);
[16:69]
Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat
(asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar
üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!
[16:70]
Allah sizi yaratmışdır, sonra da
(əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına)
çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi
unudar. (İnsan qocalığın ən düşgün dövründə bildiyini unudar, xasiyyətini dəyişib
uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Qur'an oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı
başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
[16:71]
Allah ruzi baxımından birinizi digərinizdən üstün
etmişdir. Ustün olanlar (varlılar)
tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. (Və ya onlar
hamısı ruziyə şərik olduqları halda,
varlılar öz ruzilərini tabeçiliyində olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini onlara tabe olanlarla
bərabər bölməyi, onları mallarına
şərik etməyi özlərinə rəva bilmədikləri halda, hər şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva görürlər?) İndi
onlar Allahın ne'mətlərini inkarmı edirlər?
[16:72]
Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz
cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) ne'mətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın ne'mətini inkarmı edirlər?
[16:73]
(Müşriklər) Allahı qoyub
göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayanlara (bütlərə) ibadət edirlər.
[16:74]
(Allah qoşduğunuz şərikləri, Onun
yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç bir şəriki olmadığını,
heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz!
[16:75]
Allah belə bir məsəl çəkdi: "Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz
gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir
insanla) eyni ola bilərmi?! Həmd (hər cür tə'rif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!
[16:76]
Allah iki nəfər (?zü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki nəfərin) biri dilsizdir
(laldır), heç bir şeyə gücü çatmaz. O
öz ağasına bir
yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O
heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları ədalətli işlər görməyə sövq edən) bir kimsə kimi ola bilərmi?!
[16:77]
Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması
(əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!
[16:78]
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda
çıxartdı. Sonra sizə qulaq, göz
və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub)
şükür edəsiniz!
[16:79]
Məgər (müşriklər) yerlə göy
arasında (uçaraq Allaha) ram
olmuş quşları görmürlər?! Onları (havada)
yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda mö'minlər üçün ibrətlər vardır!
[16:80]
Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların
dərilərindən həm köç vaxtı, həm də bir yerdə
qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar
düzəltdi, onların yunundan, tükündən və qılından
müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi
və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi.
[16:81]
Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün
(günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan)
saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah ne'mətini sizə belə tamamlayıb verdi
ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!
[16:82]
(Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Cünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi)
açıq-aşkar təbliğ etməkdir!
[16:83]
Onlar Allahın ne'mətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini) danırlar.
Onların əksəriyyəti kafirdir.
[16:84]
Qiyamət günü hər ümmətdən bir şahid (öz
peyğəmbərini) gətirəcəyik. (Onlar mö'minlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!
[16:85]
Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə (yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə möhlət də verilməyəcəkdir!
[16:86]
Müşriklər (Allaha
qoşduqları) şəriklərini (bütləri,
tanrıları) gördükdə: "Ey Rəbbimiz! Bunlar
bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir!" - deyəcəklər. (Bütlər də) onlara: "Siz əsl
yalançısınız! (Biz sizi Allahı tərk edib bizə
tapınmağa də'vət etməmişdik!)"
- deyə cavab verəcəklər.
[16:87]
(Müşriklər) o gün
(günahlarını e'tiraf edərək) Allaha təslim olacaq,
özlərindən uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar!
[16:88]
Törətdikləri fitnə-fəsada görə (insanları)
Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da
artıracağıq!
[16:89]
Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Qur'anı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir
hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!
[16:90]
Həqiqətən, Allah (Qur'anda insanlara) ədalətli olmağı,
yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı)
buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.
(Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!
[16:91]
Əhd etdiyiniz zaman Allaha
verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın.
Həqiqətən, Allah nə etdiyinizi bilir!
[16:92]
Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın
kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları
yalana çevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə müqavilə
bağlayır, sabah daha qüvvətli, daha
varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki ilə
bağladığınız müqaviləni pozub onunla sazişə girisiniz). Allah bununla
yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!
[16:93]
Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual
olunacaqsınız!
[16:94]
Aralarınızdakı
andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric
olarsınız) və
(insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı
dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir! (Peyğəmbərlə əhd bağladıqdan
sonra hörmət, ehtiram qazanan şəxs sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu itirər və özünü fəlakətə, məhvə düçar etmiş olar).
[16:95]
Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında olan
(savab) sizin üçün (dünya mənfəətindən) daha
yaxşıdır. Kaş biləydiniz!
[16:96]
Sizdə olan
(dünya malı) tükənər, Allah dərgahında
olan (axirət ne'mətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri
yaxşı əməllərin müqabilində
mükafatlandıracağıq (yaxud
gördükləri yaxşı işlərin əvəzində onlara daha
yaxşı mükafat verəcəyik!)!
[16:97]
Mö'min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri
yaxşı əməllərə görə
mükafatlarını verəcəyik. (Və ya
gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)
[16:98]
(Ya Rəsulum!) Qur'an
oxumaq istədiyin zaman məl'un Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de!)
[16:99]
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir
hökmü yoxdur!
[16:100]
Şeytanın hökmü yalnız ona
itaət edib Allaha şərik qoşanlar
üzərindədir! (İnsanların Allaha şərik
qoşmalarının əsas səbəbi onların Şeytana
itaət etmələri, Şeytanı
özlərinə dost, havadar seçmələridir!)
[16:101]
Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) - Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu)
?zü daha yaxşı bilir -
(Kafirlər Muhəmmədə): "Sən ancaq bir
iftiraçısan (Allahın adından yalan uydurursan!)" - deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün
əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!
[16:102]
(Ya Rəsulum!) De: "Ruhülqüds (Cəbrail)
onu (Qur'anı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"
[16:103]
Biz (müşriklərin): "(Qur'anı) ona
(Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani-Farsi)
öyrədir!" - dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın
dili başqa dildir. Bu (Qur'anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur'anın dil, üslub gözəlliyi
qarşısında
heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)
[16:104]
Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz.
Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
[16:105]
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!
[16:106]
Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar
olarlar!
[16:107]
Bu (əzab) ona görədir ki, onlar
dünyanı (fani dünya malını) axirətdən (axirət ne'mətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!
[16:108]
Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar
(Allahın kafirlər üçün hazırladığı əzabdan) qafildirlər!
[16:109]
Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da
onlardır!
[16:110]
Fitnəyə mə'ruz qaldıqdan sonra
hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki,
bağışlayandır, (onlara) rəhm edəndir!
[16:111]
O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!
[16:112]
Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi)
Allahın ne'mətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası
daddırdı.
[16:113]
Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu
yalançı saydılar, buna görə də əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı.
[16:114]
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun ne'mətinə şükür edin!
[16:115]
Allah sizə ancaq ölü heyvanı,
qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı
haram buyurmuşdur. (?zgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey
tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Cünki
Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
[16:116]
Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat
tapmazlar!
[16:117]
(Onlar üçün dünyada) az bir mənfəət vardır,
(axirətdə isə) onları şiddətli bir əzab gözləyir!
[16:118]
Yəhudilərə haram etdiyimiz
şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz
(bunları haram buyurmaqla) onlara
zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər. (Buna görə də Allah bir çox ne'mətləri onlara haram buyurdu).
[16:119]
Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra
tövbə edib özlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
[16:120]
Həqiqətən, İbrahim Allaha müt'i, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas olan bütün yaxşı cəhətlət, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).
[16:121]
O, (Allahın) ne'mətlərinə şükür edən idi. (Allah da)
onu (sədaqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.
[16:122]
Biz ona dünyada gözəl ne'mət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət olunmaq) bəxş etdik.
Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq) salehlərdəndir!
[16:123]
Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik.
[16:124]
Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda
olduqları məsələlər barəsində onların arasında
hökm verəcəkdir.
[16:125]
(Ya Rəsulum!)
İnsanları hikmətlə (Qur'anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də'vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları
da, doğru yolda olanları da daha
yaxşı tanıyır!
[16:126]
(Ey mö'minlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da
günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Əfv etmək, rəhm göstərmək savab qazanmağa çox gözəl vəsilə olduğu üçün, sözsüz ki, qisas almaqdan daha üstündür).
[16:127]
(Ya Rəsulum! Allah
yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın
köməyilədir. (Də'vətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurdurları hiylələrə görə də ürəyini qısma!
[16:128]
Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!