PART
15
Al-Isrâ
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[17:1]
Bə'zi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi)
eşidəndir, görəndir!
[17:2]
Biz Musaya kitab (Tövrat) verdik və: "Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)" - deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər tə'yin etdik.
[17:3]
Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın ne'mətlərinə) çox şükür edən bir bəndə idi!
[17:4]
Biz İsrail oğullarına kitabda
(Tövratda): "Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı
öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud
zülm) edəcəksiniz!" - deyə bildirdik.
[17:5]
Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü
qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin
arasında gəzib dolaşırdılar (sizi tə'qib edirdilər). Bu və'd artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb,
yurdunuzu xaraba qoydular).
[17:6]
(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox
etdik.
[17:7]
Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci
fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidüləqsaya) birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində sizi qətl edib, mə'bədinizi dağıdıb, yurdunuzu viran qoydular).
[17:8]
(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.
[17:9]
Həqiqətən, bu Qur'an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən mö'minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!
[17:10]
Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab
hazırlamışıq!
[17:11]
İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın
hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin
duasını qəbul etsə, dərhal onun özünü, yaxud
övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz).
[17:12]
Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı
(vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Qur'anda) müfəssəl izah etdik.
[17:13]
Biz hər bir
insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi
qarşısına qoyarıq.
[17:14]
(Və ona
belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün
öz əməllərinin şahidi olmağa) kifayətsən!"
[17:15]
Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını
daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
[17:16]
Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-ne'mət içində yaşayan
başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı)
hökm vacib olar və onu yerlə yeksan edərik.
[17:17]
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!) Rəbbinin öz
qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət edər.
[17:18]
Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne'məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!
[17:19]
Mö'min olub axirəti istəyən və onun uğrunda
(can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.
[17:20]
Onların və bunların hər birinə Rəbbinin ne'mətindən verərik. Rəbbinin ne'məti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
[17:21]
(Ya Peyğəmbərim!) Bir gör
(var-dövlət, cah-cəlal baxımından dünyada) onların birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!
[17:22]
Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!
[17:23]
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl
davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında
(yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş
danış!
[17:24]
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de.
[17:25]
Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı
biləndir. Əgər əməlisaleh olsanız
(ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman
olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki)
Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!
[17:26]
Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!
[17:27]
Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların
qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!
[17:28]
Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara
bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara ("Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!" kimi) xoş bir
söz de!
[17:29]
Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!
[17:30]
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini
artırar da, azaldar da. Doğrudan da, O ?z bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!
[17:31]
Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu
kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını)
öldürməyin. Biz onların da,
sizin də ruzinizi veririk.
Onları öldürmək, həqiqətən, böyük günahdır!
[17:32]
Zinaya da yaxın düşməyin. Cünki o, çox çirkin bir əməl və pis bir yoldur!
[17:33]
Allahın haram buyurduğu cana
haqsız yerə qəsd etməyin. (Onu
yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas
almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Cünki (şəriətin bü hökmləri ilə) ona artıq
kömək olunmuşdur.
[17:34]
Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın
düşməyin. (Bu mala ancaq onu
qorumaq, artırıb çoxaltmaq və yetimin öz xeyrinə
istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Cünki (insan) əhd barəsində (qiyamət günü)
cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda
sorğu-suala tutulacaqdır).
[17:35]
?lçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha
xeyirli və nəticə e'tibarilə daha
yaxşıdır!
[17:36]
(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Cünki qular, göz və ürək-bunların
hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual
olunacaqdır.
[17:37]
Yer üzündə təkəbbürlə gəzib dolanma. Cünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən
[17:38]
Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir.
[17:39]
(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!
[17:40]
(Ey: "Mələklər Allahın qızlarıdır!" - deyən müşriklər!) Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı
(övladlığa)
götürdü?! Həqiqətən, (özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə) böyük-böyük danışırsınız!
[17:41]
İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Qur'anda
(Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların
yalnız nifrətini artırdı
(islamdan daha çox üz döndərdilər).
[17:42]
(Ya Rəsulum!) De: "Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın
düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar".
[17:43]
Allah onların dediklərindən çox uca (pak) və çox yüksəkdir!
[17:44]
Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur
ki, Allaha tə'rif deyib Ona şükür etməsin, lakin siz onların
(dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!
[17:45]
(Ya Rəsulum!) Sən Qur'an oxuduğun zaman səninlə axirətə inanmayanların
arasına görünməz bir pərdə çəkərik (Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər)
[17:46]
(Qur'anı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Qur'anda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq
arxalarını çevirib gedərlər.
[17:47]
(Sən Qur'an oxuyanda) onlar sənə qulaq asdıqları
zaman nəyi dinlədiklərini və zalımların (Dərünnədvədə) öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!"
- dediklərini də bilirik.
[17:48]
Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!
[17:49]
Onlar: "Biz sür-sümük, çürüyüb
ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?"
- deyirlər.
[17:50]
(Ya Rəsulum!) De: "(İstər) daş olun,
yaxud dəmir!
[17:51]
Və ya ürəyinizdə (özünüzü
dağlar, göylər kimi)
böyük bir məxluq bilin! (Yenə diriləcəksiniz!)". Onlar deyəcəklər: "O halda bizi kim
(yenidən dirildib həyata) qaytaracaqdır?"
(Ya Rəsulum!) De: "İlk dəfə sizi yoxdan yaradan (Allah)!" Onlar (istehza ilə) sənə başlarını bulayıb: "Bu nə vaxt
olacaqdır?" - deyə soruşacaqlar. De:
"Bəlkə də, bu yaxın zamanda!"
[17:52]
O gün ki, Allah sizi (haqq-hesab üçün öz
hüzuruna) çağıracaqdır. Siz də Ona (itaətlə yanaşı) şükür
edərək (qəbirlərinizdən) dərhal
çağırışına cavab
verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az
qaldınız!
[17:53]
(Ya Rəsulum!) Bəndələrimə de: "(Danışdıqları zaman "la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah" kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana də'vət edərkən onlarla xoş danışsınlar!)" Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın
açıq-aşkar düşmənidir!
[17:54]
Rəbbiniz sizi daha yaxşı tanıyar (kimin mö'min, kimin
kafir olduğunu çox gözəl bilir). İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara vəkil gözdərməmişik. (Sənin vəzifən yalnız islamı təbliğ etməkdir).
[17:55]
(Ya Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (?zünün bütün yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bə'zisini digərlərindən üstün etdik və Davuda
Zəbur verdik.
[17:56]
De: "(Allahdan) başqa tanrı güman
etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!"
[17:57]
Onların tapındıqları
tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha
yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından
qorxur. Həqiqətən, Rəbbinin əzabı
qorxuludur!
[17:58]
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda)
yazılmışdır!
[17:59]
Bizə
mö'cüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir mö'cüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm
etdilər (dəvəni tutub kəsdilər). Biz mö'cüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün
göndəririk.
[17:60]
(Ya Rəsulum!)
Yadına sal ki, bir zaman sənə: "Rəbbin (?z əzəli elmi və qüdrəti ilə) insanları ehtiva
etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər!)"-demişdik.
(İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Qur'anda lə'nətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı
insanlar (Məkkə əhli) üçün yalnız bir
imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu
qorxutmaq onların
tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!
[17:61]
Yenə
yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" - deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!" - demişdi.
[17:62]
(İblis) həmçinin: "(Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi
istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya yoldan çıxarıb kökünü kəsərəm)".
[17:63]
(Allah) buyurdu: "Cıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. ?zü də tamam-kamal bir cəza!
[17:64]
Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) və'dlər ver. Şeytan (ona
uyanlara) yalnız yalan və'd verər!
[17:65]
Doğrusu, Mənim (mö'min) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması
(sənin şərindən və vəsfəsəndən onları qoruması)
kifayət edər!"
[17:66]
Sizin üçün (bol) ne'mətindən özünüzə ruzi axtarmaq (qazanmaq) məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı rəhmlidir!
[17:67]
Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz.
İnsan nankordur!
[17:68]
Məgər (Allahın) quruda sizi
yerə batırmayacağına, yaxud (göydən) başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz).
[17:69]
Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi
batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq (və ya Bizə qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.
[17:70]
Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik,
özlərinə (cürbəcür ne'mətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın
çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib
yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)
[17:71]
Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca
getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin
yarığındakı tel) qədər haqsızlıq edilməz.
[17:72]
Bu dünyada (Allahın dəlillərini, mö'cüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan
daha çox azar!
[17:73]
(Ya Rəsulum! Qur'andan)
qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.
[17:74]
Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da
olsa, onlara uyacaqdın!
[17:75]
(Belə
olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını
daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz).
[17:76]
(Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az
qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı
başına dar etsinlər). Əgər onlar belə etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
[17:77]
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq
olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim
qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da
başına gələcəkdi).
[17:78]
Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi,
axşam və gecə namazları)
qıl. Sübh namazını da qıl. Cünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.
[17:79]
(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə'riflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!
[17:80]
De: "Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın
yerdən (Məkkədən) də xoşluqla çıxart. ?z dərgahından mənə kömək edə bilən bir dəlil ver!" (Mənə elə bir qüdrət ver ki,
müşriklər və kafirlər həmişə onun
qarşısında aciz qalsınlar!)
[17:81]
De: "Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu.
Cünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!"
[17:82]
Biz Qur'andan mö'minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.
[17:83]
İnsana bir ne'mət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə mə'yus olar!
[17:84]
De: "Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha
doğru yolda olduğunu daha yaxşı bilir!"
[17:85]
(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüz'i (az) bir
bilik verilmişdir!"
[17:86]
Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb
aparardıq. Sonra Bizə
qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Qur'anı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına
sala bilməz).
[17:87]
Lakin (bunu etməməyimiz) Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan ne'məti böyükdür!
[17:88]
(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə
yığışıb bu Qur'ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər".
[17:89]
Biz bu Qur'anda insanlar üçün hər cür məsəl çəkib (mə'nasını) onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (ne'mətimizə nankor olub yalnız
küfrü seçdi).
[17:90]
(Qur'anın əzəməti, fəsahət və bəlağəti
qarşısında aciz qalan, lakin özlərini sındırmayan
müşriklər) belə dedilər: "Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik.
[17:91]
Yaxud (ağacları) arasında
şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın
olmayınca;
[17:92]
Yaxud, iddia etdiyin kimi, göyü parça-parça
edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar
qarşımıza gətirməyincə;
[17:93]
Və ya
qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca
(biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!"
(Ya Rəsulum!) De: "Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!"
(Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
[17:94]
(Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: "Allah bir insanımı peyğəmbər göndərdi?" - demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
[17:95]
(Ya Rəsulum!) De: "Əgər yer üzündə (siz insanlar
kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!"
[17:96]
De: "Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların
gizlində və aşkarda nələr etdiyini) görəndir!"
[17:97]
Allahın doğru yola
saldığı kəs doğru
yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə
(Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər
ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu
artıracağıq!
[17:98]
Bu, ayələrimizi inkar etdiklərinə və: "Sür-sümük, çürüyüb ovxalanmış torpaq
olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?"
- dediklərinə görə onların cəzasıdır.
[17:99]
Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan
Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir
əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı)
müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar).
[17:100]
(Ya Peyğəmbərim, müşriklərə) de: "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti e'tibarilə) xəsisdir!
[17:101]
Biz Musaya doqquz aşkar mö'cüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların
arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail
oğullarının başları üstündə
saxlanılması) verdik. İsrail oğullarından soruş:
(Musa) onların yanına gəldikdə, Fir'on ona: "Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında
deyildir)", - demişdi.
[17:102]
(Musa da) ona: "Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar mö'cüzə olaraq
endirildiyini, sözsüz ki,
bilirsən. Mən isə, ey Fir'on, səni (küfrə düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm!" - deyə cavab vermişdi.
[17:103]
(Fir'on) onları (Misir)
torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fir'onu) və onunla birlikdə olanların
hamısını (suya) qərq
etdik.
[17:104]
Və bundan
sonra İsrail oğullarına dedik: "Siz (Şam) ərazisində sakin olun. Axirət və'dəsi (qiyamət) gəlib çatdıqda sizin
hamınızı (sizi və Fir'on əhlini, yaxud mö'minləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!"
[17:105]
Biz (Qur'anı) haqq olaraq nazil etdik, o da
haqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu. Səni də yalnız (mö'minlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik.
[17:106]
İnsanlara aramla (yavaş-yavaş)
oxuyasan deyə, Biz Qur'anı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir
müddət ərzində) nazil etdik.
[17:107]
(Ya Rəsulum,
müşriklərə) de: "İstər (Qur'ana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli)
yanlarında (Qur'an) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
[17:108]
Və: "Rəbbimiz
pakdır, müqəddəsdir! Rəbbimizin
(mö'minlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!" - deyərlər.
[17:109]
Onlar üzüstə səcdəyə qapanıb ağlayar,
(Qur'andakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da
artırar.
[17:110]
(Ya Rəsulum!) De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur),
çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır,
nə də çox alçalt. Bunun
(bu ikisinin) arasında orta bir yol tut!
[17:111]
Və de:
"?zünə heç bir övlad
götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan
Allaha həmd olsun!" Və Allahı
(layiqincə) uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şə'ninə tə'riflər de!)
Al-Kahf
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[18:1]
Həmd olsun O Allaha ki, Kitabı (Qur'anı mə'nasında və sözlərində) heç bir əyriliyə
(yanlışlığa və ziddiyyətə) yol vermədən ?z bəndəsinə (Muhəmmədə) nazil etdi!
[18:2]
(Allah kafirləri) ?z dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən mö'minlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi.
[18:3]
Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!
[18:4]
O, həm də (Qur'anı):
"Allah ?zünə övlad götürdü!" - deyənləri qorxutmaq üçün nazil etdi.
[18:5]
Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük
danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar
ancaq yalan deyirlər!
[18:6]
(Ya Rəsulum!) Yoxsa
(kafirlər) bu Qur'ana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!
[18:7]
Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun
özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.
[18:8]
(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun
cah-cəlalına e'tibar
yoxdur. Yer üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud
olan hər şey məhv
olacaqdır).
[18:9]
(Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey
olduğunu güman edirsən? (Xeyr, bu
Bizim qüdrətimiz qarşısında adi bir işdir).
[18:10]
(Ya Rəsulum!)
Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə ?z dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola
yönəlt!)" - demişdilər.
[18:11]
Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya
verdik.
[18:12]
Sonra iki tayfadan (mö'minlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları
oyatdıq.
[18:13]
(Ya Rəsulum!) Biz
onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini)
artırmışdıq.
[18:14]
Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan
başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına
tapınacağıq, - söyləsək, küfr) danışmaqda
həddi aşmış
(ifrata varmış) olarıq!" - dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.
[18:15]
Bizim bu camaat (qövmümüz) Allahdan
başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım
(özünə zülm edən) kim ola bilər?!
[18:16]
(Gənclərin başçısı,
yaşca böyüyü Təmlixa
yoldaşlarına belə demişdi: ) "Onları və
Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə ?z mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda
hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub
saxlasın)".
[18:17]
(Ya Rəsulum! Əgər o zaman onlara
baxsaydın) günəşin
doğduğu zaman onların
mağarasının sağ tərəfinə meyl etdiyini,
batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini
(mağaranın içinə düşüb
onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını)
görərdin. Bu, Allahın
mö'cüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan
çıxartdığı (zəlalətə
saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!
[18:18]
(Gözləri açıq olduğu
üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın)
astanasına uzadıb yatmışdı.
Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki,
(qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
[18:19]
(Gəncləri illərlə
yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bə'ziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu
gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa,
ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!
[18:20]
Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!"
[18:21]
(İnsanları-Tərsusun əhalisini) onların halı ilə beləcə
[18:22]
(Kitab əhlindən əshabi-kəhfin sayı
barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: "Onlar üçdür, dördüncüsü köpəkləridir!" - deyəcəklər. Bə'ziləri: "Onlar beşdir,
altıncısı köpəkləridir!" - deyəcəklər. Digərləri (mö'minlər) isə: "Onlar yeddidir, səkkizincisi köpəkləridir!" - söyləyəcəklər. (Ya Rəsulum!) De: "Onların
sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!" (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil
olan ayələrə əsaslanıb onlarla mübahisə et (Qur'anda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!
[18:23]
Və heç
bir şey barəsində: "Mən onu sabah edəcəyəm!" - demə!
[18:24]
Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!" - de.
(İnşallah deməyi)
unutduğun zaman Rəbbinin yada
salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha
yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir mö'cüzə vesin!)" - de.
[18:25]
Onlar mağarada üç yüz doqquz il
qaldılar. (Uç yüz il qaldılar, üstünə bir doqquz il də artırdılar).
[18:26]
(Ya Rəsulum!) De: "Onların nə qədər qaldıqlarını
Allah daha yaxşı bilir.
Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların (yer və göy əhlinin) Allahdan
başqa heç bir hamisi yoxdur.
O, heç kəsi öz hökmünə (səltənətinə) şərik etməz!" (Cünki Allahın
heç bir şərikə ehtiyacı yoxdur!)
[18:27]
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun
sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız
Allahadır!)
[18:28]
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul mö'minlərdən) çevirmə. Qəlbini Bizi (Qur'anı)
xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir
kimsəyə itaət etmə!
[18:29]
Və de:
"Haqq Rəbbinizdəndir. Kim istəyir inansın,
kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları)
onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları
zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud
yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!
[18:30]
İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı
işlər görənlərin mükafatını zay etmərik!
[18:31]
Onları (ağacları) altından
çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada
taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq),
nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!
[18:32]
Onlara (biri mö'min, digəri kafir olan) iki adamı misal gətir. Onların
birinə (kafirə) iki üzüm
bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin (zəmi) saldıq.
[18:33]
O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq.
[18:34]
(Bu adamın) başqa sərvəti (gəliri) də var idi. O
öz (yoxsul mö'min) yoldaşı ilə söhbət edərkən (təkəbbürlə) ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə (qəbilə, qohum-əqraba, övlad, qulluqçu və s. cəhətdən) səndən daha qüvvətliyəm!"
[18:35]
O (küfrə düşdüyü üçün) özünə zülm edərək bağına girib dedi: "(Bu bağın) nə vaxtsa yox (məhv)
olacağını güman etmirəm.
[18:36]
Qiyamətin də qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin hüzuruna
qaytarılsam, özümə bundan da
yaxşı bir məskən (qayıdış
yeri) taparam!"
[18:37]
Onunla söhbət edən (mömin)
yoldaşı isə belə dedi: "Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha
sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?
[18:38]
Lakin (mən inanaraq deyirəm ki) Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!
[18:39]
Bağına girdiyin zaman barı:
"Maşallah (Allahın istədiyi kimi oldu),
qüvvət (və qüdrət) yalnız Allaha məxsusdur!" - deyəydin! Əgər məni özündən daha
az mal-dövlət və övlad sahibi görürsənsə,
[18:40]
Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha
yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun!
[18:41]
Yaxud suyu (tamamilə) çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!"
[18:42]
Beləliklə, (gecə göydən gələn bir ildırım vasitəsilə) onun
(bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb bağa) qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın
talvarları yerə çöküb viran
qalmışdı. O
(qarşısındakı mənzərəyə baxaraq): "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" - deyirdi.
[18:43]
Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da
(öz-özünə) kömək edə biləcək bir halda deyildi.
[18:44]
Belə bir vəziyyətdə kömək göstərmək (və ya hökm,) ancaq haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.
[18:45]
(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən
qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən
yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır!
[18:46]
(Bə'zi adamların fəxr etdiyi)
mal-dövlət, oğul-uşaq
(oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid e'tibarilə daha xeyirlidir!
[18:47]
O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri düzdüz görəcəksən, (mö'minləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq.
[18:48]
Onlar Rəbbinin hüzuruna çərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: ) "Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz
elə güman edirdiniz ki, Biz sizə verdiyimiz və'di (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!"
[18:49]
(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman)
günahkarların orada (yazılmış) olanlardan
qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay
halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb
yazmışdır ki!" Onlar
(dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)
[18:50]
(Ya Rəsulum!)
Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə'zim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By,
zalımlar üçün necə də pis dəyiş-düyüşdür!
[18:51]
Mən onları nə göylərin, nə yerin
yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq
yoldan) çıxardanları ?zümə köməkçi də tutmadım!
[18:52]
O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: "(Mənə ortaq olduqlarını) iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər. Biz onların
arasında (hamısının
birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar edərik!
[18:53]
Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa (kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.
[18:54]
Biz bu Qur'anda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar).
[18:55]
İnsanlara (Məkkə müşriklərinə) doğru yol göstərən bir rəhbər (peyğəmbər, Allah kəlamı) gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən
bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri düçar etdiyimiz müsibətlərin) onların da başına gəlməsini, yaxud da
gözləri baxa-baxa əzabın gəlib onlara
yetişməsini gözləməlidirlər.
[18:56]
Biz peyğəmbərləri yalnız (mö'minlərə Cənnətlə) müjdə verənlər və (kafirləri cəhənnəm əzabı ilə) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik. Kafirlər isə batil (sözləri) ilə haqqı
(Qur'anı) yalana çıxartmaq məqsədilə (Peyğəmbərlə boş-boşuna)
mübahisə aparırlar. Onlar Mənim ayələrimi və
(Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar.
[18:57]
Rəbbinin ayələri özünə
xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə (öz əlləri ilə) etdiyi günahları
unudan (əvvəlki günahlarından peşman olub tövbə etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Qur'anı) anlamasınlar deyə, Biz
onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən onları doğru yola də'vət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul etməzlər).
[18:58]
Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları
günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını
sür'ətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır
(O zaman) onlar (Allahın əzabından
qaçıb canlarını
qurtarmağa) əsla bir yer tapa bilməzlər!
[18:59]
O məmləkətlərin əhalisini (Ad, Səmud tayfalarını) zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt (və'də) müəyyən etmişdik.
[18:60]
(Ya Rəsulum!)
Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn
Nuna) belə demişdi: "Mən
(Xızırla görüşmək üçün) iki dənizinqovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!"
[18:61]
Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı
unutmuşdular, balıq isə (dirilib suya
atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.
[18:62]
Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!"
[18:63]
O isə: "Görürsənmi, biz (həmin yerdə) qayanın
yanında gizləndiyimiz zaman mən balığı
unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!"
- deyə cavab verdi.
[18:64]
(Musa: ) "Elə istədiyimiz də (axtardığımız da) budur!" - dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.
[18:65]
(Musa və Yuşə orada) ?z dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və ?z tərəfimizdən elm (qeybə dair bə'zi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini
(Xızırı) tapdılar.
[18:66]
Musa ondan soruşdu: "?yrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?"
[18:67]
(Xızır) belə cavab verdi:
"Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz,
çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona e'tiraz edib əleyhimə çıxacaqsan).
[18:68]
Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?
[18:69]
(Musa) dedi: "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!"
[18:70]
(Xızır: ) "Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!" - dedi.
[18:71]
Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman
(Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb
çıxartdı). (Musa) dedi:
"Sən gəmidə olanları suya
qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)".
[18:72]
(Xızır) belə cavab verdi:
"Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?"
[18:73]
(Musa) dedi: "Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!"
[18:74]
Yenə getdilər, nəhayət, bir oğlan
uşağı ilə
rastlaşdıqda (Xızır) dərhal onu öldürdü.
(Musa) dedi: "(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (mə'sum) bir
canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)".