PART
16
[18:75]
(Xızır) yenə belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?
[18:76]
(Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə
e'tiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim
tərəfimdən üzrlüsən
(məni atıb getməyə
haqqın vardır)".
[18:77]
Sonra yenə yola düzəlib getdilər. Axırda
bir məmləkət əhlinə
yetişib onlardan yeməyə
bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra
yemək vermək) istəmədi. Onlar
orada yıxılmaq (uçulmaq) üzrə
olan bir divar gördülər. (Xızır)
onu düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, sözsüz ki,
bunun müqabilində bir müzd (çörək pulu) alardın. . ."
[18:78]
(Xızır) dedi: "Bu artıq mənimlə sənin aranda ayrılıq
vaxtıdır. (Zahirən naməqbul olduğunu
gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu
(batinini, iç üzünü) sənə xəbər verəcəyəm!
[18:79]
Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah
var idi.
[18:80]
Oğlana gəldikdə, onun ata-anası
mö'min kimsələr idi. (Mən onun alnına
baxıb gördüm ki,
həddi-büluğa yetişəndə
kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da
(öz arxasınca) azğınlığa və küfrə
sürükləməsindən qorxduq.
[18:81]
Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir
övlad verməsini istədik.
[18:82]
Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında
onlara çatası bir xəzinə
vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin
onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət
olaraq öz xəzinələrini tapıb
çıxartmalarını istədi.
(Ya Musa!) Mən bunları öz-özümdən
etmədim (yalnız Allahın əmrini yerinə
yetirdim). Sənin
səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mə'nası) budur!"
[18:83]
(Ya Rəsulum!) Səndən Zülqərneyn
barəsində soruşarlar. De: "Onun barəsində sizə bir hekayət (bə'zi xəbərlər) söyləyəcəyəm!"
[18:84]
Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu
ona öyrətdik).
[18:85]
O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə
olduğuna görə səfərini oradan
başladı).
[18:86]
Nəhayət, günəşin
batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan
gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: "Ya Zülqərneyn! Sən
onlara (imana gəlməsələr)
əzab da verə bilərsən, (haqq yola də'vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!"
[18:87]
O (İsgəndər) belə cavab verdi: "Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna
qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!
[18:88]
İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan
bir şey əmr edəcəyik!" (Onu Allaha yaxınlaşdırmaq üçün
bacardığımız hər şeyi -
oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).
[18:89]
Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.
[18:90]
Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki,
onlardan ötrü ona (günəşə) qarşı
heç bir sipər
yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər
idi).
[18:91]
(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə
çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz).
[18:92]
Daha sonra o (Zülqərneyn) başqa bir yola
(cənubdan şimala) üz tutub getdi.
[18:93]
Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə'cud-Mə'cüc
tayfaları yaşayan ərazidəki) iki dağ arasına
gəlib çatdıqda onların ön tərəfindən az
qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.
[18:94]
Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yə'cuc-Mə'cuc (tayfaları) bu ərazidə fitnə-fasad
törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?"
[18:95]
O (Zülqərneyn) dedi:
"Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!
[18:96]
Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki
dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri
üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə
qarışdı, ərimiş mis divarın dəliklərini
doldurdu və beləliklə, möhkəm bir sədd
əmələ gəldi).
[18:97]
(Yə'cuc-Mə'cuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.
[18:98]
O (Zülqərneyn) dedi:
"Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin
tə'yin etdiyi vaxt (qiyamətə yaxın Yə'cuc-Mə'cüc
tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə
isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin
və'di haqdır!" (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yə'cuc-Mə'cuc
tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
[18:99]
O gün (həddindən artıq çox
olduqlarına görə) onları
(yaxud bütün insanları
başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur
çalınan kimi onların (məxluqatın)
hamısını
bir yerə cəm edərik.
[18:100]
O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik.
[18:101]
O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər. (Onlar Qur'anın ülviyyətini,
Mənim ayələrimi, qüdrətimə
dəlalət edən əlamətləri
görmür, öyüd-nəsihətlərimi
də eşitmirdilər).
[18:102]
Kafirlər Məni qoyub qullarımı
(mələkləri, Uzeyiri, İsanı və başqalarını) özlərinə dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi
Mənim əzabımdan
əsla qurtara bilməzlər).
Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!
[18:103]
(Ya Rəsulum!) De: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana
uğrayanlar barəsində xəbər verimmi?"
[18:104]
O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar
yaxşı işlər
gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.
[18:105]
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla
qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab
üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların
bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir
daş-tərəzi qurmayacağıq!
[18:106]
Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası - Cəhənnəm!
[18:107]
İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!
[18:108]
Onlar orada (o cənnətlərdə) əbədi qalıb oradan
ayrılmaq (başqa yerə getmək) istəməyəcəklər!
[18:109]
(Ya Rəsulum! Qur'anda
buyurulduğu kimi, sizə çox az elm verilmişdir,
söyləyən yəhudilərə) de: "Əgər Rəbbimin sözlərini yazmaq üçün
dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!"
[18:110]
De: "Mən də sizin kimi ancaq bir
insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan
Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab
üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"
Maryam
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[19:1]
Kaf, Ha, Ya, Eyn, Sad!
[19:2]
(Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin
xatırlanmasıdır!
[19:3]
(Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
[19:4]
Belə
demişdi: "Ey Rəbbim! Artıq
sümüyüm sustalmış, başım ağappaq
ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam.
(Nə dua etmişəmsə, qəbul olunmuşdur).
[19:5]
Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə
?z dərgahından bir oğul
(vəli) bəxş et ki,
[19:6]
O həm mənə, həm də Yə'qub nəslinə (onlara lütf edilmiş
peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et
ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!"
[19:7]
(Allahdan belə bir nida gəldi: ) "Ey Zəkəriyya! Sənə
bir oğulla (oğlun olacağı ilə)
müjdə veririk ki, adı Yəhyadır. Biz
bu adı əvvəllər heç kəsə verməmişik!"
[19:8]
(Zəkəriyya) dedi: "Ey Rəbbim! Zövcəm doğmayan
bir qadın, mən də qocalıb əldən düşmüş
(sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?"
[19:9]
(Allah Cəbrailin dili ilə buyurdu: ) "Dediyin
kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!"
[19:10]
(Zəkəriyya) dedi "Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!" (Allah) buyurdu: "Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!"
[19:11]
(Nəhayət, Zəkəriyyanın dili
tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın ?z əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür
etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə'bəddən) öz camaatının qabağına çıxıb
(əli ilə) onlara belə işarə etdi: "Səhər-axşam (Allahı) təqdis edib şə'ninə tə'riflər deyin! (Və
ya namaz
qılın!)"
[19:12]
(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) "Ey Yəhya! Kitabdan bərk yapış
(Tövratı möhkəm tutub onun
hökmlərinə ciddi əməl et!). Biz uşaq
ikən ona hikmət
(Allah kəlamının incəliklərini
anlamaq, peyğəmbərlik) verdik.
[19:13]
Biz həm də ona ?z dərgahımızdan bir mərhəmət (yaxud insanlara
qarşı şəfqət) və (günahlardan)
paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
[19:14]
(Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar)
idi: zalım, asi (dikbaş) deyildi.
[19:15]
Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq
qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)
[19:16]
(Ya Rəsulum!) Kitabda
(Qur'anda) Məryəmi də yad et.
O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
[19:17]
Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub
təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də
?z ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində
göründü.
[19:18]
(Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!"
[19:19]
(Cəbrail: ) "Mən sənə ancaq təmiz (mə'sum)
bir oğlan bağışlamaq üçün Rəbbinin
(göndərdiyi) elçisiyəm!" - dedi.
[19:20]
(Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə
toxunmamışdır. Mən zinakar da deyiləm!"
[19:21]
(Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün
asandır. Biz onu
insanlar üçün (qüdrətimizə dəlalət edən) bir mö'cüzə,
(sənə və mö'minlərə isə) dərgahımızdan bir mərhəmət
olaraq edəcəyik. Bu, əzəldən
təqdir olunmuş bir hökmdür!"
[19:22]
(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.
[19:23]
Doğuş
sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan
sonra atası bilinmədiyi üçün cahil
insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi:
"Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!"
[19:24]
Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün
(ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi).
[19:25]
(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!
[19:26]
(Xurmadan və
[19:27]
(Məryəm) uşağı götürüb öz adamlarının
yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız
uşaqla) gəldin! (Və ya çox çirkin bir iş
gördün!)
[19:28]
Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!"
[19:29]
(Məryəm onun özü ilə
danışın, deyə) ona
(uşağa) işarə etdi. Onlar: "Beşikdə olan uşaqla necə danışacaq?"
- dedilər.
[19:30]
(Allahdan bir mö'cüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın
quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.
[19:31]
O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya
xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.
[19:32]
O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar)
etdi, (heç kəsə qarşı) zülmkar, asi
(dikbaş) eləmədi!
[19:33]
Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq
qaldırılacağım) gün
(qiyamət günü) də (Allahdan) mənə salam
olsun!"
[19:34]
Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və
xaçpərəstlərin) barəsində
şəkk-şübhə etdikləri
Məryəm oğlu İsa haqq söz
olaraq budur].
[19:35]
Allaha (özü üçün)
övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız:
"Ol!" deyər, o da dərhal olar.
[19:36]
(İsa sonra belə dedi: ) "Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu,
doğru yoldur!"
[19:37]
(Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına!
[19:38]
(Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!)
Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün
açıq-aşkar bir zəlalət
içindədirlər (haqq yoldan aşkar
azmışlar).
[19:39]
(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş
olacağı (haqq-hesab çəkilib mö'minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq
günü (insanın pis əməllərinə görə peşman
olacağı, lakin bu
peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!
[19:40]
(O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz
varis olacağıq. (Bizdən başqa heç kəs
və heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını almaq üçün) Bizim hüzurumuza
qaytarılacaqlar.
[19:41]
(Ya Rəsulum!) Kitabda
(Qur'anda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) - bir peyğəmbər idi.
[19:42]
O, bir zaman atasına belə demişdi:
"Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?
[19:43]
Atacan! Həqiqətən,
sənə gəlməyən bir elm (peyğəmbərlik)
mənə gəlmişdir (sənə
müyəssər olmayan bir şey mənə
müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın
buyurduğu) doğru bir yola çıxardım!
[19:44]
Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha)
çox asi
olmuşdur!
[19:45]
Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!"
[19:46]
(Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim
tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol
(gözlərim səni görməsin)!"
[19:47]
(İbrahim) belə cavab verdi: "Sənə salam olsun! (Allah özü sənə
rəhm etsin. Məndən
sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin
bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfükardır,
duamı qəbul edər).
[19:48]
Mən sizi və sizin Allahdan başqa tapındığınız
bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum)
olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz
ibadət kimi puça
çıxmasın!)"
[19:49]
(İbrahim müşrikləri) və onların Allahdan
başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yə'qubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik.
[19:50]
(Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub
tə'riflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin,
mö'minlərin yanında onların
ehtiramını və mərtəbəsini ucaltdıq).
[19:51]
(Ya Rəsulum!) Kitabda
(Qur'anda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail
oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
[19:52]
Biz (Musanı) Tur
dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.
[19:53]
Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.
[19:54]
(Ya Rəsulum!) Kitabda
(Qur'anda) İsmaili də yada sal! O öz və'dinə sadiq və (Bizim
tərəfimizdən öz ümmətinə göndərilmiş) bir
elçi, bir peyğəmbər idi.
[19:55]
O öz ümmətinə namaz
qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını
qazanmışdı. (İsmailin əməli
Allah dərgahında bəyənilmişdi).
[19:56]
(Ya Rəsulum!) Kitabda
(Qur'anda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) - bir
peyğəmbər idi.
[19:57]
Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq.
[19:58]
Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin,
İsrailin (Yə'qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın
ne'mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın
(Allahın) ayələri özlərinə
oxunduğu zaman
ağlayaraq səcdəyə
qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində
olanlardan birinin), İsmail, İshaq, Yə'qub İbrahimin nəslindən,
Musa, Harun, Zəkəriyya və
İsa isə Yə'qubun nəslindən
olan peyğəmbərlərdəndir].
[19:59]
Onlardan sonra namazı
tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə
düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin
cəzasını alacaqlar).
[19:60]
Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir
zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar -
[19:61]
Rəhmanın (Allahın) ?z bəndələrinə və'd etdiyi və onların
görmədiyi Ədn cənnətlərinə. Onun və'di
mütləq yerinə yetəcəkdir.
[19:62]
Onlar orada boş (lağlağı)
söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: "Salam!"
eşidərlər. Ruziləri
də səhər-axşam (həmişə) oradadır.
[19:63]
Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları
ona varis edəcəyik.
[19:64]
(Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi: ) "Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. ?nümüzdə,
arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (?z bəndələrini) unudan deyildir".
(Cəbrail Qur'anı Muhəmməd
peyğəmbərə
öyrətməyə təhkim olunsa da, Allahın əmri
olmadan yerə enib heç bir ayə
gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də
belə şeydən ötrü ürəyini
qısma!)
[19:65]
O, göylərin və yerin, onların
arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç
(Allahın özündən
başqa) Ona bənzərini
(Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah
adını verməzlər).
[19:66]
(Qiyaməti inkar edən) insan: "Mən öldükdən sonra (qəbirdən) dirimi
çıxardılacağam?" - deyə soruşur.
[19:67]
Məgər insan ilk öncə onu heç bir
şey deyilkən (yoxdan)
yaratdığımızı
xatırlamırmı?
[19:68]
(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz
onları (özlərinə dost tutduqları)
şeytanlarla birlikdə
yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş
halda Cəhənnəmin ətrafına düzəcəyik.
[19:69]
Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb
çıxardacağıq (araya gətirəcəyik).
[19:70]
Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.
[19:71]
Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib
bir hökmdür. (Bütün
insanlar Cəhənnəmin müdhiş mənzərəsini
onun körpüsü üstündən keçərkən öz gözləri
ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).
[19:72]
Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş
halda saxlayacağıq!
[19:73]
Ayələrimiz özlərinə açıq-aşkar
oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: "Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?" - deyə soruşarlar.
[19:74]
Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.
[19:75]
(Ya Rəsulum!) De: "(Bizdən və sizdən) kim
zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin". Nəhayət, və'd olunduqları ya əzabı,
ya da qiyamət gününü gördükdə
onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının
daha zəif olduğunu biləcəklər.
[19:76]
Allah doğru yolda
olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab e'tibarilə daha xeyirli, nəticə e'tibarilə daha yaxşıdır!
[19:77]
(Ya Rəsulum!) Ayələrimizi inkar edib: "(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!" - deyən adamı (As ibn Vaili)
gördünmü?
[19:78]
Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!
[19:79]
Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.
[19:80]
Onun dediyi şeylər (mal-dövləti,
övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün
malını və
övladını əlindən alacağıq və o məhşərə
ilk dəfə
dünyaya gəldiyi kimi
lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).
[19:81]
(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan
dəf etsinlər) deyə, Allahdan başqa
tanrılar qəbul etdilər.
[19:82]
Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar.
[19:83]
(Ya Rəsulum!) Məgər kafirlərin
üstünə onları yoldan
çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
[19:84]
Elə isə onlardan ötrü
(onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir
sayırıq. (Qoy hələ bir az
da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).
[19:85]
O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik.
[19:86]
Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.
[19:87]
Rəhmandan əhd almış kəslər istisna olmaqla,
qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər
görənlər qiyamət günü Rəhmanın
izni ilə şəfaət etməyə layiqdirlər).
[19:88]
(Müşriklər:
) "Rəhman
özünə övlad götürmüşdür!"
- dedilər.
[19:89]
Siz, doğrudan da, olduqca pis bir şey
etdiniz (çox böyük-böyük danışdınız)!
[19:90]
Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-
[19:91]
(Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!
[19:92]
Halbuki Rəhmana özünə
övlad götürmək yaraşmaz.
[19:93]
Cünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki,
(qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.
[19:94]
And olsun ki, (Allah)
onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır.
[19:95]
Onların
hamısı qiyamət günü Onun
hüzuruna gələcək.
[19:96]
Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm
də onların məhəbbətini hamının, o cümlədən
mö'minlərin qəlbinə salacaqdır).
[19:97]
(Ey Muhəmməd!) Biz
(Qur'anı) sənin dilinlə asan (hamıya müyəssər)
etdik ki, onunla ancaq
Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə)
müjdə verəsən və
inadkar bir camaatı (batil dəlillərlə
mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.
[19:98]
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç
onlardan birini görür, yaxud onlardan
bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar
kimi məhv edib kökünü kəsəcəyik).
Tâ-Hâ
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[20:1]
Ta, Ha!
[20:2]
Biz Qur'anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının
ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları
şişmişdi).
[20:3]
(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).
[20:4]
O, yeri və uca göyləri yaradandan
(Allahdan) nazil olmuşdur.
[20:5]
Rəhman ərşi yaradıb hökmü altına almışdır
(ərşə hakimdir).
[20:6]
Göylərdə və yerdə, onların arasında
və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı)
Onundur.
[20:7]
(Ey insan!) Sən (dua edərkən)
səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi
yoxdur). Cünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə
dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).
[20:8]
Allahdan başqa heç bir
tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona
məxsusdur!
[20:9]
Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).
[20:10]
(Musa Şüeybi Mədyəndə qoyub anasına və
qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir
uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə
işıqsız qalıb
yolu itirmişdilər).
O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: "Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında
bir bələdçi tapdım!"
[20:11]
(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: "Ya Musa!
[20:12]
Mən, həqiqətən, sənin Rəbbinəm. Nə'leynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!
[20:13]
Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!
[20:14]
Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur.
Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!
[20:15]
O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını)
alsın. (Və ya: Mən onu az qala
?zümdən belə gizlədirəm; və ya: Mən onu ?zümdən başqa
hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin
yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə biruzə verir).
[20:16]
Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan
yayındırmasın, yoxsa məhv olarsan!
[20:17]
Ya Musa! Sağ əlindəki nədir?"
[20:18]
(Musa) dedi: "O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!"
[20:19]
(Allah) buyurdu: "Ya Musa! Onu (əsanı yerə)
at!"
[20:20]
(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür'ətlə sürünməyə başladı.
[20:21]
(Allah) buyurdu: "Tut onu, qorxma. Biz onu
qaytarıb əvvəlki şəklinə salacağıq!
[20:22]
Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir mö'cüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi
gözqamaşdırıcı şəfəq saçsın).
[20:23]
Və Biz də (bununla) sənə ən böyük mö'cüzələrimizdən (bir neçəsini) göstərək.
[20:24]
(Ya Musa! Bu mö'cüzələrlə bir peyğəmbər kimi) Fir'onun yanına
get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına
düşmüşdür)".
[20:25]
(Musa) dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir'onla danışmağa cür'ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət;
[20:26]
İşimi yüngülləşdir;
[20:27]
Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,
[20:28]
Sözümü yaxşı anlasınlar!
[20:29]
Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver -
[20:30]
Qardaşım Harunu!
[20:31]
Onunla arxamı
möhkəmləndir.
[20:32]
Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,
[20:33]
Səni çox təqdis edib şə'ninə təriflər deyək.
[20:34]
Və Səni çox zikr edək (daim yada
salıb şükr-səna edək).
[20:35]
Sən, şübhəsiz ki, Bizi
görürsən!"
[20:36]
(Allah) buyurdu: "Dilədiyin sənə verildi, ya Musa!
[20:37]
Sənə (bundan əvvəl də) bir dəfə ne'mət bəxş etmişdik
[20:38]
Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.
[20:39]
(O zaman ki, Mən anana buyurmuşdum: ) "(Musanı) bir sandığa qoyub
çaya (Nilə) at. Qoy çay onu
sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Fir'on) onu (
[20:40]
O zaman bacın (sənin ardınca guya yad bir adam kimi
saraya) gedib (oradakılara)
deyirdi: "Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?" (Onlar
razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına
görə) gözü aydın olsun və kədərlənməsin deyə,
səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə
mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən
qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik
(cürbəcür bəlalara, möhnətlərə
düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında)
qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa!
[20:41]
Və Mən səni
?zümə (peyğəmbər) seçdim! (Qırx
yaşına çatan kimi sənə peyğəmbərlik bəxş
edib mö'cüzələrlə
Fir'onun yanına göndərdim).
[20:42]
Sən və qardaşın mö'cüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət
verər).
[20:43]
Fir'onun yanına
yollanın. O (allahlıq
iddiasına düşməklə), həqiqətən,
azğınlaşıb həddini aşmışdır.
[20:44]
Onunla yumşaq
danışın. Bəlkə, öyüd-nəsihət
qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!"
[20:45]
Onlar: "Ey Rəbbimiz! (Fir'onun mö'cüzə göstərməyimizə
hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən
və ya azğınlaşaraq həddini aşmasından
(dikbaşlıq etməsindən)
qorxuruq!" - dedilər.
[20:46]
(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!
[20:47]
Onun yanına gedib deyin: "Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə
(mö'cüzə ilə) gəlmişik.
Haqq yolu tutub gedənlərə salam olsun!
[20:48]
Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!"
[20:49]
(Fir'on: ) "Elədə Rəbbiniz kimdir, ya Musa?" -deyə soruşdu.
[20:50]
(Musa) belə cavab verdi:
"Rəbbimiz hər şeyə
?z xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!"
[20:51]
(Fir'on) soruşdu: "Bəs əvvəlki nəsillərin halı necədir?"
[20:52]
(Musa) belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında
olan bir kitabdadır
(lövhi-məhfuzdadır). Rəbbim (heç bir
şeydə) xəta etməz
və (heç bir şeyi) unutmaz!"
[20:53]
O (böyük Allah) ki, yer üzünü sizin üçün
döşəmiş (döşək etmiş), orada sizin
üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən
cütlər yetişdirmişik.
[20:54]
(Onlardan
nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gördüyümüz bu işlərdə) ağıl sahibləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır!
[20:55]
Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan)
yaratdıq. Sizi
(öləndən
sonra) ora qaytaracaq və (qiyamət
günü) bir daha oradan (dirildib) çıxardacağıq.
[20:56]
Biz, ayələrimizin (dəlillərimizin və mö'cüzələrimizin) hamısını ona (Fir'ona) göstərdik. Lakin (Fir'on) onları yalan sayıb
(heç birini) qəbul etmədi.
[20:57]
(Fir'on) dedi: "Ya Musa! Sən
sehrinlə bizi öz torpağımızdan
(Misirdən) qovub çıxartmağa gəlmisən?
[20:58]
Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt tə'yin et. Nə biz, nə
də sən
və'dimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə
olsun!" (Görək kim-kimə qalib gələcək!)
[20:59]
(Musa) dedi: "Sizə verilən və'də sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!"
[20:60]
(Bu söhbətdən sonra) Fir'on dönüb
getdi, nəhayət, bütün hiylə (və sehr) vasitələrini (sehrbazlarını) yığıb (və'd olunmuş vaxtda həmin yerə) gəldi.
[20:61]
Musa onlara (sehrbazlara) dedi: "(Ay
yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın,
yoxsa O sizi əzabla məhv edər. (Allaha)
iftira yaxan naümid olar
(muradına çatmaz)".
[20:62]
Onlar (bu Musa heç sehrbaza
oxşamır; əgər qalib gəlsək, heç; yox əgər qalib gələ bilməsək, ona iman gətirərik, deyə) öz
aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.
[20:63]
Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: "Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə
sizi yurdunuzdan qovub
çıxartmaq və sizin ən gözəl
yolunuzu (dininizi, təriqətinizi)
yox etmək (ə'yan-əşrafınızı
öz tərəflərinə çəkmək) istəyirlər.
[20:64]
Ona görə də bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə
yetişəcəkdir!)"
[20:65]
Onlar dedilər: "Ya Musa! (?zün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci
tullayaq!
[20:66]
O (Musa) dedi: "Xeyr, (əvvəlcə) siz tullayın!" (Sehrbazlar əllərindəkini yerə atan kimi)
onların sehri üzündən birdən (Musaya) elə
gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə)
sürünür.
[20:67]
Musanın canına
qorxu düşdü. (O
qorxdu ki, camaat sehrlə mö'cüzə arasında fərq
qoya bilməyib iman gətirməsin).
[20:68]
Biz ona belə buyurduq: "Qorxma,
üstün gələcək mütləq sənsən!
[20:69]
Sağ əlindəki əsanı yerə tulla,
onların düzüb
qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz
isə, hara gedirsə getsin, mətləbinə çatmaz!"
[20:70]
(Musa əsasını
yerə atan kimi o bir əjdahaya
dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!" - deyib səcdəyə qapandılar.
[20:71]
O (Fir'on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının
kötüklərindən asacağam. Onda hansımızın (mən
Fir'onun, yoxsa Musanın Allahının) əzabının
daha şiddətli və daha sürəkli
olduğunu biləcəksiniz!"
[20:72]
(Sehrbazlar) dedilər: "Biz heç vaxt səni bizə gələn bu açıq mö'cüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm
edə bilərsən!
[20:73]
Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın/ Allah (sən Fir'ondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!"
[20:74]
Kim Rəbbinin hüzuruna
günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz).
[20:75]
Kim (Rəbbinin hüzuruna)
yaxşı əməllər etmiş bir mö'min
kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir -
[20:76]
Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak
olanların (təmizlənənlərin) mükafatıdır.
[20:77]
(İzzət və cəlalıma) and olsun ki,
Biz Musaya belə vəhy etdik: "Qullarımla gecə yola çıx, (əsanı suya
vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fir'onun) sizə yetişməsindən
qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!"
[20:78]
Fir'on öz ordusu ilə onları tə'qib etdi, daniz
də (şahə qalxan
dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!
[20:79]
Fir'on (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz
tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı.
[20:80]
Ey israil oğulları! Sizi
düşməninizdən (Fir'onun əlindən)
xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini və'd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin
endirdik!
[20:81]
Sizə verdiyimiz ruzilərin təmizindən
(halalından) yeyin, lakin bunda həddi aşmayın
(israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şər'i qayda üzrə
kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə
düçar olan isə mütləq uçuruma düşüb bədbəxt
(cəhənnəmlik) olar.
[20:82]
Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra
da doğru yolu tutanı çox bağışlayanam!
[20:83]
(Allah buyurdu: ) "Ya Musa! Səni öz
camaatından (Tur dağına getdiyin yetmiş kişidən)
ayırıb (bu məqama) tələsdirən
nə idi?"
[20:84]
(Musa) belə cavab verdi: "Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!"
[20:85]
(Allah: ) "Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı (buzova sitayiş etdilər)", - deyə
buyurdu.
[20:86]
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: "Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı
nazil etmək, keçmiş
günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir və'd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir
müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə
bir qəzəb gəlməsini istəyib mənə
verdiyiniz və'də xilaf çıxdınız?"
[20:87]
Onlar dedilər: "Biz sənə verdiyimiz və'də öz
ixtiyarımızla xilaf çıxmadıq. Amma biz (Fir'on) tayfasının (bir
bayram günü əmanət olaraq aldığımız)
zinətlərindən ibarət ağır
bir yüklə yüklənmişdik. Onları ("əmanətə xəyanət
haramdır"-deyərək
günahdan qurtulmaq məqsədilə
oda) atdıq. Samiri
də bizim kimi (özündə olan bəzək
şeylərini oda) atdı".
[20:88]
(Oda atılmış
qızıl-gümüş əridikdən sonra Samiri çuxurun
içində) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan
çıxartdığı bir neçə kişi) dedilər: "(Ey İsrail
oğulları!) Bu sizin tanrınızdır.
Musanın da tanrısı budur, lakin unutmuşdur". (Musa
heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir).
[20:89]
(Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! (Nə
böyük cəhalət!)
[20:90]
Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan)
əvvəl onlara belə demişdi:
"Ey ümmətim! Siz
bununla (hansınızın əqidəcə
möhkəm,
hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə
Allah tərəfindən)
yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz
ki, Rəhmandır. Mənə tabe olub əmrimə
itaət edin!"
[20:91]
Onlar: "Musa (Tur dağından)
qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!" - deyə cavab vermişdilər.
[20:92]
(Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: "Ya Harun! Onların (haqq yoldan)
azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
[20:93]
(Mö'minləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları
danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə
yaşamağı özünə nə cür rəva bildin?)"
[20:94]
(Harun) belə cavab verdi: "Ey anam oğlu! Saçımdan,
saqqalımdan tutma. (Saqqalımı,
başıma yolma). Doğrusu, sənin: "İsrail
oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!"
- deyəcəyindən qorxdum.
[20:95]
(Musa: ) "Ey
Samiri! Sənin (bu pis, əcaib
işi görməkdə) məqsədin nə idi?" - deyə soruşdu.
[20:96]
(Samiri) belə cavab verdi: "Mən (İsrail
oğularının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc
torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni
bu işə sövq etdi". (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun).
[20:97]
(Musa) dedi: "Cıx get burdan. Həyatın boyu (cəza olaraq): "Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!" - deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş
etməyəcək. Heç
kəslə ünsiyyət etməyib tamamailə təcrid
olunmuş bir vəziyyətdə
yaşayacaqsan. Dəhşət səni
bürüyəcək). Hələ səni
əsla qaçıb canını
qurtara bilməyəcəyin
daha bir və'də
(qiyamət günü) gözləyir. İndi
tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!
[20:98]
Sizin tanriniz ancaq O
Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (?z əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!"
[20:99]
(Ya Rəsulum!) Keçmişin xəbərlərinin
(olub keçənlərin)
bir qismini sənə belə
nəql edirik.
Sənə ?z dərgahımızdan
(insanların düşünüb daşınması, ibrət alması üçün)
Qur'an da vermişik!
[20:100]
Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü
ağır bir günaha yüklənəcəkdir.
[20:101]
Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!
[20:102]
Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqadan) gözləri
göm-göy göyərmiş (və ya gözləri kor
olmuş, üzləri qapqara
qaralmış) halda məhşərə gətirəcəyimiz gün
[20:103]
Onlar öz aralarında
pıçıldaşıb bir-birinə: "(Dünyada) cəmi on gün
qaldınız!" deyəcəklər.
[20:104]
Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən
ağıllısı:
"(Dünyada) cəmisi bir gün
qaldınız!" - deyəcək.
[20:105]
(Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: "Rəbbim onları
ovxalayıb havaya sovuracaq;
[20:106]
Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq
halına salacaq);
[20:107]
Və sən orada heç bir
eniş-yoxuş (əyrilik, kələkötürlük) görməyəcəksən!"
[20:108]
O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının
(hamını məhşərə çağıran
İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!
[20:109]
O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin
şəfaəti fayda verməz!
[20:110]
(Rəbbin) onların
keçmişini də, gələcəyini də bilir. (Allah
insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları
savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını ?z əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın
zatını) əhatə edib qavraya bilməz!
[20:111]
(O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan,
onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən
(Allaha şərik qoşan, küfr
edən) ziyana düşüb mətləbinə
yetişməz (ümidsizliyə uğrayar).
[20:112]
Mö'min olub yaxşı işlər görən kəs isə nə zülmə mə'ruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar!
[20:113]
(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Qur'an olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik
ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Qur'an onlara öyüd-nəsihət
versin!)
[20:114]
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin
Ona aid etdikləri sifətlərdən
uzaqdır!) Həm də (ey Peyğəmbərim!
Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur'anı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!"
- de.
[20:115]
Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana
uymamağı) tövsiyə etmişdik. Lakin o
(tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm
(səbat) görmədik.
[20:116]
Bir zaman mələklərə: "Adəmə (tə'zim, hörmət məqsədilə) səcdə edin!" - deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə
etdi. O, (səcdədən) boyun qaçırtdı.
[20:117]
Biz də belə dedik: "Ey Adəm! Bu (İblis) sənin də,
övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət
çəkib öz əlinin zəhməti ilə
yaşamağa məcbur olarsan!)
[20:118]
Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq
olmaq nədir bilməzsən!
[20:119]
Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!"
[20:120]
(Allahın bütün bu xəbərdarlığından
sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib
(pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin
və həmişə Cənnətdə
yaşayacağın) əbədiyyət
ağacını və köhnəlib xarab olmayacaq (fənaya
uğramayacaq) bir mülkü göstərimmi?"
[20:121]
(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından
yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı.
Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna
çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
[20:122]
Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (?zünə
yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola
müvəffəq etdi.
[20:123]
(Allah Adəmə və Həvvaya) belə buyurdu: "Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!
[20:124]
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur'andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!"
[20:125]
O belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi)
görürdüm!"
[20:126]
(Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (mö'cüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də
sən unudulacaqsan!"
[20:127]
Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları
və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!
[20:128]
Məgər (kafirlərə) bəlli olmadımı ki,
Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu
müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!
[20:129]
Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması
haqda) öncə bir söz (hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün əzəldən) müəyyən edilmiş bir
vaxt olmasaydı, şübhəsiz ki, (dünyada
tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi.
[20:130]
(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et.
Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şə'ninə tə'riflər de (sübh və əsr namazlarını
qıl), gecənin bir və'dəsində (axşam və gecə saatlarında) və
günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük
savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal)
olasan!
[20:131]
(Kafirlərin) bə'zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!
[20:132]
Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə
ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!
[20:133]
(Kafirlər) dedilər: "Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir mö'cüzə gətirmir?" Məgər (Qur'anda) onlara əvvəlki
(ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri
üzündən düçar olduqları müsibətlərə
dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili)
gəlmədimi?!
[20:134]
Əgər Biz onları (Məkkə müşriklərini) bundan
(Peyğəmbər və Qur'an gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: "Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?!
[20:135]
(Ya Rəsulum!) De: "Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər
(biz, yoxsa siz) olduğunu və
kimin haqq yolu
tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!"