PART
17
Al-Anbiyâ
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[21:1]
İnsanların
haqq-hesab vaxtı (qiyamət günü)
yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir
o qədər yaxındır. Fani
dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların
başını elə
qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
[21:2]
Rəbbindən onlara (bir-birinin
ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
[21:3]
Qəlbləri qəflət içində olaraq (ona
qulaq asmasınlar). Zalımlar
öz aralarında gizli
pıçıldaşıb (bir-birinə): "Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur'an
sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə
sehrəmi uyursunuz?" - dedilər.
[21:4]
(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: "Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi)
eşidəndir, biləndir!"
[21:5]
Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: "Xeyr, (bu Qur'an)
qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur;
xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki
peyğəmbərlərə göndərilən
mö'cüzələr kimi bizə bir mö'cüzə gətirsin!"
[21:6]
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö'cüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
[21:7]
(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!
[21:8]
Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq.
Onlar (dünyada) əbədi də deyillər.
[21:9]
Sonra onlara verdiyimiz və'di yerinə yetirdik. (Peyğəmbərlərə) və
istədiyimiz kəslərə
(onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə)
həddi aşanları isə məhv
etdik.
[21:10]
Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o
sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi
ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt
yolunu göstərər. Halal-haramı
daim mö'minlərin yadına salar). Məgər dərk etmirsinizmi?
[21:11]
Biz zalım olan (küfr
edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və
onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.
[21:12]
Onlar əzabımızı
(onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular.
[21:13]
(Mələklər istehza ilə onlara belə dedilər: )
"Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın". Yəqin ki, (hara
getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!
[21:14]
Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): "Vay halımıza! Biz, həqiqətən,
zalım olmuşuq (Rəbbimizə küfr etməklə
özümüz özümüzə zülm etmişik)", - dedilər.
[21:15]
Biz onları ot kimi
biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər).
[21:16]
Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna
görə də
insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).
[21:17]
Əgər Biz (?zümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq ?z dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Cünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, ?zünə övlad götürmək, yaxud kimisə ?zünə yoldaş etmək yaraşmaz).
[21:18]
Xeyr, Biz batili haqla
(küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!
[21:19]
Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və
şərəf e'tibarilə mə'nən
Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.
[21:20]
Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə'ninə təriflər deyərlər.
[21:21]
Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün)
tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə
gətirməyə qadir
deyildir!)
[21:22]
Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada
uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
[21:23]
(Allah) gördüyü
işlər barəsində sorğu-sual olunmaz;
onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual
ediləcəklər.
[21:24]
Yoxsa (müşriklər özləri üçün) Ondan (O
Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya
Rəsulum!) De: "(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Qur'an), bu da məndən əvvəlkilərin kitabı (Tövrat
və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz
və buna görə də
(ondan) üz döndərər!"
[21:25]
(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona:
"Məndən başqa heç bir
tanrı yoxdur. Buna görə də
yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək.
[21:26]
(Kafirlər:
) "Rəhman (mələklərdən ?zünə) övlad götürdü!"
- dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə
uzaqdır!) Xeyr, (mələklər
Onun övladı
deyil, xəlq etdiyi)
möhtərəm qullardır.
[21:27]
(Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.
[21:28]
(Allah) onların
öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin
verdiyi) kəslərdən ötrü şəfaət
edə bilər və Onun heybətindən
qorxarlar.
[21:29]
(Mələklərdən) heç kəs: "Mən Ondan başqa bir tanrıyam!" - desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza
veririk.
[21:30]
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim
onları ayırdığımızı, hər bir canlını
[21:31]
Yer onları silkələməsin (atıb-tutmasın)
deyə, orada möhkəm (durmuş)
dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.
[21:32]
Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər.
[21:33]
Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).
[21:34]
(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi
qalacaqlar?!
[21:35]
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır.
(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza
qaytarılacaqsınız!
[21:36]
(Ya Rəsulum!) Kafir
olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): "Sizin
tanrılarınıza tə'nə edən bumudur?" - deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın
öyüd-nəsihətini (Qur'anı) inkar edirlər.
[21:37]
İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e'tibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının
tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!
[21:38]
Onlar (kafirlər): "Əgər siz doğru
danışırsınızsa, bu və'din (əzabın, yaxud qiyamətin) nə vaxt olacağını bildirin!" - deyirlər.
[21:39]
Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının tezliklə gəlməsini istəməzdilər).
[21:40]
Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut edər). (Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə, üzrxahlıq
üçün) möhlət də verilməz!
[21:41]
(Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi.
[21:42]
De: "Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib
dolandığınız zaman)
Rəhmandan (Rəhmanın əzabından) kim qurtara bilər?" Amma onlar Rəbbinin öyüd-nəsihətindən (Qur'andan) üz döndərdilər.
[21:43]
Yoxsa onların Bizdən başqa (əzabı)
onlardan dəf edə biləcək tanrıları
vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də (əzabımızdan da)
qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə bilməzlər).
[21:44]
Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların)
torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə
yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!
[21:45]
(Ya Rəsulum!) De: "Mən sizi ancaq vəhy ilə qorxuduram". Karlar qorxudulduğu zaman
çağırışı eşitməzlər!
[21:46]
Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: "Vay halımıza!
Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)"
- deyəcəklər.
[21:47]
Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi
ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.
[21:48]
Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.
[21:49]
O kəslərdən ötrü ki, onlar öz
Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.
[21:50]
Bu (Qur'an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır.
İndi siz onu inkarmı edirsiniz?
[21:51]
Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu)
bilirdik.
[21:52]
(İbrahim) atasına və tayfasına:
"Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman
[21:53]
Onlar: "Biz atalarımızı
onlara ibadət edən gördük!"
- deyə cavab vermişdilər.
[21:54]
(İbrahim onlara: ) "And olsun ki, siz
də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!" - demişdi.
[21:55]
Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)" - deyə soruşduqda
[21:56]
(İbrahim) belə cavab vermişdi:
"Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları
yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!
[21:57]
Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam! (Başlarına bir oyun açacağam!)"
[21:58]
(Onlar gedən kimi İbrahim bütləri) parça-parça
edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki,
bu dilsiz-ağılsız bütlər nəinki
başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).
[21:59]
(Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb)
dedilər: "Bunu
tanrılarımıza kim edibsə, o, şübhəsiz ki,
zalımlardandır!"
[21:60]
(Müşriklərin bə'ziləri:) "İbrahim deyilən bir gəncin onları
pislədiyini
eşitmişik!" - dedilər.
[21:61]
(Qalanları: ) "Bunların
şahidlik edə bilmələri üçün onu (tapıb)
camaatın gözü qabağına
gətirin!" - dedilər.
[21:62]
(Müşriklər İbrahimi tapıb gətirərək:) "Ya İbrahim!
Tanrılarımızı sənmi bu
günə saldın?" - deyə soruşdular.
[21:63]
(İbrahim
sındırmadığı iri bütü göstərib:) "Bəlkə, onların bu böyüyü
bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi.
[21:64]
Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalımlarsınız
(dilsiz-ağılsız, heç özlərini belə
qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)", - dedilər.
[21:65]
Sonra (mübahisədə aciz
qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski e'tiqada) qayıdaraq
(İbrahimə): "Axı sən bilirsən ki, bunlar
danışmırlar!" - dedilər.
[21:66]
(İbrahim) dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?
[21:67]
Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini)
anlamırsınız?"
[21:68]
(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir
iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!"
[21:69]
Biz də: "Ey atəş!
İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" - deyə buyurduq.
[21:70]
Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları
(cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib
qanlarını içən həşərat göndərməklə) daha çox ziyana
uğratdıq.
[21:71]
Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.
[21:72]
Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə'qubu da bəxş edib
onların hamısını saleh
kimsələr etdik.
[21:73]
Biz onları əmrimizlə (insanları)
doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları
xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
[21:74]
Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm
çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin
işlər görən bir məmləkətdən (çıxardıb) xilas
etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha
asi olan, pozğun) bir tayfa idilər.
[21:75]
Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o,
doğrudan da, saleh kimsələrdən idi.
[21:76]
(Ya Rəsulum!) Nuhu da
(yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması
haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da,
ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
[21:77]
Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.
[21:78]
(Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında
hökm verirdilər və Biz də onların hökmünə şahid idik.
[21:79]
Biz onu (məsələnin hökmünü) dərhal Süleymana
anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz
dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə'rifləsinlər deyə ona ram etdik.
Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
[21:80]
Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün
zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne'mətinə) artıq şükür edərmisiniz?
[21:81]
Əmrilə bərəkət verdiyimiz yerə (Şama)
doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram
etdik. Biz hər şeyi bilənik!
[21:82]
Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik.
Biz (Süleymanın əmrindən çıxmasınlar,
gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz
olurduq.
[21:83]
(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi:
"Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!"
[21:84]
Biz (Əyyubun)
duasını qəbul buyurduq, onu
düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş)
övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.
[21:85]
(Ya Rəsulum!)
İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.
[21:86]
Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər etdik). Onlar,
doğrudan da, saleh bəndələrdən idilər.
[21:87]
Zün-Nunu (balıq sahibi Yunisi) da
xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud
hokmümüzün ona yetməyəcəyini) güman etmişdi.
Amma sonra qaranlıqlar içində
(balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan
olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)",-deyib dua
etmişdi.
[21:88]
Biz onun (Yunisin) duasını qəbul buyurduq və
(balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz
mö'minlərə belə nicat veririk!
[21:89]
(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)!
Bir vaxt o: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)"
- deyə yalvarıb Rəbbinə dua etmişdi.
[21:90]
Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil
bir hala gətirdik. Onlar xeyirli
işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt'i idilər.
[21:91]
(Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz ?z
ruhumuzdan (?zümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö'cüzə etdik.
[21:92]
(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin
dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!
[21:93]
Amma (insanlar din barəsində) öz aralarında
firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.
(Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik).
[21:94]
Hər kim mö'min ikən yaxşı
işlər görsə, onun zəhməti danılmayacaqdır
(mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun
üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.
[21:95]
Məhv etdiyimiz hər hansı bir
məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır).
[21:96]
Nəhayət, Yə'cuc-Mə'cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sür'ətlə (məhşərə)
axışdıqları zaman;
[21:97]
Doğru və'd (qiyamət günü)
yaxınlaşdıqda kafir
olanların gözləri (dəhşətdən) dərhal bərəlib: "Vay
halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım
olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm
etmişik)!" - deyərlər.
[21:98]
(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid
olacaqsınız!
[21:99]
Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.
[21:100]
Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada
(heç bir xoş söz)
eşitməzlər.
[21:101]
(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne'mət (Cənnət, əbədi səadət) yazılmış kəslər - məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.
[21:102]
Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (ne'mətlər) içində əbədi qalacaqlar.
[21:103]
Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları
qarşılayıb:
"Bu sizə və'd olunmuş gününüzdür!"
- deyəcəklər.
[21:104]
Göyü kitab səhifəsi kimi büküb
qatlayacağımız günü (qiyamət gününü) yadınıza
salın. (O gün insanları) ilk dəfə (yoxdan)
yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz
və'di mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi
dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və'd etmişdik. Biz onu mütləq edəcəyik).
[21:105]
Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.
[21:106]
Həqiqətən, bunda da (Qur'anda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət qədər) moizə (öyüd-nəsihət) vardır.
[21:107]
Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş,
hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə'xirə
salınmışdır. Mö'minlər isə sənə iman gətirməklə dünyada böyük savab
qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).
[21:108]
(Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: "Sizin tanrınız ancaq bir olan Allahdır.
Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun
qoyacaqsınızmı?"
[21:109]
(Ya Rəsulum!) Əgər onlar (imandan) üz
döndərsələr, de: "(Mənə vəhy olunanı) sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və'd olunan şeyin (qiyamət gününün və ya mö'minlərin qələbəsinin) yaxınmı,
uzaqmı olduğunu bilmirəm.
[21:110]
Şübhəsiz ki, (Allah) aşkar
(ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!
[21:111]
Mən
bilmirəm, bəlkə də, (cəzanızın) tə'xirə salınması sizi imtahana çəkmək və bir müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür".
[21:112]
(Peyğəmbər) dedi: "Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!"
Al-Hajj
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[22:1]
Ey insanlar! Rəbbinizdən qorxun.
(Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır
saatın) zəlzələsi dəhşətli şeydir!
[22:2]
Onu görəcəyiniz gün hər bir əmzikli qadın
əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini
(vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
[22:3]
Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz "Rəbbimiz mələklərdən ?zünə övlad götürmüşdür" - deyə) mübahisə edən və Allaha asi olmuş
hər bir şeytana uyan
insanlar da vardır.
[22:4]
(Şeytan) haqqında əzəldən belə
yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.
[22:5]
Ey insanlar! ?ləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra
mənidən (nütfədən), sonra
laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş
(vaxtından əvvəl doğulmuş) bir parça
ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra
yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu
həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini
(tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey
insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar
(yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
[22:6]
Bu (insan yaradılışının
müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi) ona görədir ki, Allah
haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!
[22:7]
Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları
dirildəcəkdir!
[22:8]
İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir
şey bilmədən, haqq yolu
göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.
[22:9]
O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada
rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!
[22:10]
(O zaman ona belə deyiləcək:) "Bu, (dünyada)
öz əllərinlə etdiyin günahların cəzasıdır,
yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!"
[22:11]
İnsanlardan eləsi də vardır ki, Allaha
şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı
da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!
[22:12]
O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan
azıb uzaq düşmək də budur!
[22:13]
?zü də zərəri xeyirindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır!
[22:14]
Həqiqətən, Allah iman gətirib
yaxşı işlər görənləri (ağacları)
altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.
[22:15]
Hər kim Allahın dünyada və axirətdə ona (?z Peyğəmbərinə) kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın
peyğəmbərə göstərəcəyi yardımı) aradan
qaldıra bilərmi? (Əlbəttə, qaldıra bilməz! Allahın
öz peyğəmbərinə yardım etməsini istəməyənlər, qəzəblərindən özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona dünyada zəfər, axirətdə isə yüksək məqamlar nəsib edəcəkdir).
[22:16]
Biz (Qur'anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola
müvəffəq edər.
[22:17]
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə
şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını
çox gözəl bilir!)
[22:18]
(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (mö'minlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı
kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!
[22:19]
Rəbbi barəsində mübahisə aparan bu iki
zümrə (mö'minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.
[22:20]
O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir.
[22:21]
Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır.
[22:22]
(Kafirlər) oradan - (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) "Dadın atəşin əzabını!"
(deyilər).
[22:23]
Həqiqətən, Allah iman gətirib
yaxşı işlər görənləri (ağacları)
altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada
libasları da ipəkdən olacaqdır!
[22:24]
Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur'ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.
[22:25]
Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə'bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə,
haqsızlığa meyl
etmək istəyənlərə də şiddətli əzabdan
daddıracağıq!
[22:26]
(Ya Rəsulum!)
Yadına sal ki, bir zaman İbrahimə Kə'bənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz
qılanlar) üçün (bütlərdən) təmizlə!"
[22:27]
İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
[22:28]
Belə ki,
öz mənfəətlərinin şahidi olsunlar və mə'lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan
özünüz də yeyin, biçarə (zavallı)
yoxsullara da yedirdin!
[22:29]
Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını
qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər
övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə'bəni) təvaf etsinlər!
[22:30]
(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün
xeyirli olar. (Haram olduğu "Maidə" surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir.
Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik
qoşmaqdan da) çəkinin -
[22:31]
Batildən haqqa dönərək yalnız Allaha təslim
olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan
kimsə göydən düşən, quşların onu sür'ətlə alıb
apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı
bir şeyə (məxluqa) bənzər.
[22:32]
(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır
(Allahdan qorxmasındadır).
[22:33]
Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan
istifadə edərsiniz). Sonra onların
gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə'bə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kə'bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini
və dünyəvi məsələlər barəsində məsləhət-məşvərət edərsiniz).
[22:34]
Biz hər bir ümmət üçün qurbangah (yaxud mə'bəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki,
Allahın onlara ruzi verdiyi
(dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin
tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!
[22:35]
O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
[22:36]
Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu
qurbanlarda (dini və dünyəvi) xeyir vardır.
Artıq onları ayaq üstə durduqları
(sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar
böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin,
(yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e'tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne'mətimizə) şükr edəsiniz!
[22:37]
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi
doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
[22:38]
Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru
sevməz!
[22:39]
Zülmə mə'ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah
yolunda döyüşməyə) izin verilmişdir.
Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
[22:40]
O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz
Allahdır" - dediklərinə görə yurdlarından (Məkkədən)
çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri mö'minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin
yaşadığı monastırlar), kilsələr, mə'bədlər (yəhudi mə'bədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!
[22:41]
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer
versək), namaz qılar, zəkat verər, (insanlara)
yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq mö'minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).
[22:42]
(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da
(peyğəmbərlərini) təkzib etmişdi.
[22:43]
İbrahim tayfası da, Lut qövmü də,
[22:44]
Mədyən əhli də (peyğəmbərlərini təkzib
etmişdi). Musa da (Fir'onun özü və camaatı tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra
onları (əzabla) yaxaladım. (Bir
görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb
inkar etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne'məti müsibətlə əvəz etdim!)
[22:45]
Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst
olmuşdu (evlərin tavanları çökmüş, divarları onların
üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.
[22:46]
Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib
dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar.
(Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).
[22:47]
(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah ?z və'dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir!
[22:48]
Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda möhlət verdim, sonra onları
(əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar).
[22:49]
De: "Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam
(Allahın əzabı ilə açıq-aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!
[22:50]
İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir!
[22:51]
Ayələrimizdən (Qur'anı batil etməkdən) ötrü sə'y göstərib (Peyğəmbəri) aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!
[22:52]
(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun
ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu
çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah
Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə Allah ?z ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[22:53]
(Allah ona görə belə edir ki) Şeytanın
vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır
sınaq vasitəsi etsin. Şübhəsiz ki,
zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqqdan uzaq bir
nifaq içindədirlər (ixtilafdadırlar).
[22:54]
Və elm
verilən kəslər də bilsinlər ki, haqq (Qur'an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun.
Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!
[22:55]
Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri
olmayan (səmərəsiz) bir günün (onların
kökünü kəsəcək Bədr vuruşunun) əzabı onlara gəlib yetişənədək (Qur'an barəsində) şəkk-şübhədə olmaqda davam edəcəklər.
[22:56]
O gün (qiyamt günü) hökm yalnız
Allahındır. (Allah) onların (müşriklərin və mö'minlərin) arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar!
[22:57]
Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar!
[22:58]
Allah yolunda hicrət edənlərə, sonra (bu yolda)
öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi
verənlərin ən yaxşısıdır!
[22:59]
(Allah) onları razı qalacaqları
(xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı) həlimdir!
[22:60]
(Allahın hökmü) budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə mə'ruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah (özünümüdafiə məqsədilə düşməndən intiqam alan mö'min bəndəsini) əfv edəndir, bağışlayandır!
[22:61]
Bu belədir. (Allah
zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, güzdüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə'zən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gündüzü qısaldıb
gecəni uzadar). Allah (hər şeyi) eşidəndir, görəndir!
[22:62]
Bu belədir. Cünki Allah
haqq, (müşriklərin) Ondan
başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır,
böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin
tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna
görə də yalnız Allaha ibadət edilməlidir!)
[22:63]
(Ya Rəsulum!) Məgər Allahın göydən yağmur
endirdiyini və yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır.
[22:64]
Göylərdə və yerdə nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış əsərdir). Həqiqətən, Allah ehtiyacsızdır, (hər çür) şükürə, tə'rifə layiqdir! (Hər işi bəyəniləndir!)
[22:65]
(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub
saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!
[22:66]
Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət günü) yenə dirildəcək məhz Odur.
[22:67]
Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud
qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) də'vət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən).
[22:68]
(Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz
qurbanların ətindən yediyiniz halda, bəs Allahın öldürdüyü, yə'ni öz əcəli ilə ölmüş
heyvanların ətini niyə yemirsiniz deyə) səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: "Allah sizin nə etdiyinizi daha
yaxşı bilir!
[22:69]
İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!"
[22:70]
(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa
(hamısını) bilir?
Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün
bunları bilmək) Allah üçün asandır!
[22:71]
(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç
bir biliyi də (dəlili-sübutu da) yoxdur.
Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz!
[22:72]
Ayələrimiz onlara
açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: "Sizə bundan (Qur'an
oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən) daha pisini xəbər verimmi? - Cəhənnəm (odu)! Allah onu kafirlərə və'd etmişdir. O nə pis məskəndir! (Nə pis
qayıdış yeridir!)"
[22:73]
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı
bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə
olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)
[22:74]
(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
[22:75]
Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan
da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
[22:76]
(Allah) onların önlərindəkini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Bütün işlər (nəticə e'tibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın
hüzurunda duracaqdır).
[22:77]
Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)
[22:78]
(Ey mö'minlər!) Allah yolunda layiqincə cihad edin. O (?z dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri
qoymadı - atanız İbrahimin dini (dinində olduğu)
kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur'an
nazil olmamışdan) əvvəl də, bunda (Qur'anda) da sizə müsəlman adını verdi
ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid
olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha
sığının. (Allah) sizin
ixtiyar sahibinizdir. O nə yaxşı
ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!