PART
18
Al-Muminûn
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[23:1]
Həqiqətən, mö'minlər nicat
tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
[23:2]
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt'i olub (Ona) boyun əyərlər! (Allahın
qarşısında kiçilərlər!)
[23:3]
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
[23:4]
O kəslər ki, zakat verərlər;
[23:5]
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
[23:6]
Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü)
qınanmazlar.
[23:7]
Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
[23:8]
O mö'minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
[23:9]
Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
[23:10]
Onlardır (bilin) varis olanlar -
[23:11]
Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
[23:12]
Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş)
palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm
övladını isə süzülmüş
xalis palçıqdan - nütfədən xəlq etdik).
[23:13]
Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
[23:14]
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra
laxtalanmış qanı bir parça
ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra
sümükləri ətlə örtdük və daha
sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq
yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!
[23:15]
(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
[23:16]
Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!
[23:17]
And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları
qoruyub saxlayır, nə etdiklərini bilirik).
[23:18]
Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda)
saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
[23:19]
Sonra sizin üçün onunla (o su ilə) xurma və üzüm
bağları yaratdıq. Sizin
üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.
[23:20]
(Sizin üçün həmçinin mənşə e'tibarilə) Sina
dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan,
xörəyə qatılan) yağ bitirər.
[23:21]
Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda
sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bə'zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!
[23:22]
Həm onların, həm də gəmilərin üstündə (bir yerdən başqa yerə)
daşınırsınız.
[23:23]
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: "Ey
qövmüm! Allaha ibadət edin. Sizin
Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından)
qorxmursunuz?"
[23:24]
(Nuh) qövmünün kafir
başçıları (tabeçiliyində olanlara) dedilər: "Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə
peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi
tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik.
[23:25]
Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin
toxunmuşdur). Hələ bir müddət gözləyin!" (Ya sağalıb xəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölüb gedər, canımız qurtarar).
[23:26]
(Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən mə'yus olub) belə dedi: "Ey Rəbbim! Onların məni yalançı
hesab etməklərinə qarşı mənə kömək et!"
[23:27]
Biz (Nuha) belə vəhy etdik: "Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin
qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan)
ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Cünki onlar suya qərq olacaqlar.
[23:28]
Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: "Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!" - de.
[23:29]
Həmçinin (gəmidən enəndə) belə de: "Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən
sığınacaq verənlərin ən yaxşısısan!"
[23:30]
Şübhəsiz ki, bunda (insanlar üçün)
ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik!
[23:31]
Onlardan sonra başqa bir nəsil (Ad tayfasını) yaratdıq.
[23:32]
Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) "Allaha ibadət edin. Sizin
ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından)
qorxmursunuz?"
[23:33]
Tayfasının kafir olan, axirətə
qovuşacaqlarını (qiyamət günü dirilib
haqq-hesab üçün Allahın hüzurunda
duracaqlarını) yalan hesab edən və dünyada ne'mət verdiyimiz ə'yan - əşrafı
(tabeçiliyində olanlara) dedi: "Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)
[23:34]
Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana
uğrayarsınız. (Adi bir bəşərə aldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz).
[23:35]
O sizə ölüb torpaq
və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib)
çıxarılacağınızımı və'd edir?
[23:36]
Və'd olunduğunuz şey çox uzaqdır, çox uzaq! (Bu,
qeyri-mümkündür!)
[23:37]
Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz)
ölür, (birimiz) dirilirik. (Birimiz
dünyaya gəlir, birimiz dünyadan gedirik).
Biz (öləndən sonra bir daha)
dirildiləcək deyilik!
[23:38]
Bu, sadəcə olaraq, Allaha iftira yaxan
bir adamdır. Biz ona iman gətirən deyilik!"
[23:39]
(O peyğəmbər) belə dedi: "Ey Rəbbim! Onlar məni yalançı
hesab etmələrinə qarşı mənə kömək et!"
[23:40]
(Allah) buyurdu: "Bir azdan peşman
olacaqlar!"
[23:41]
(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları
bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
[23:42]
Onlardan sonra başqa-başqa nəsillər (Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq.
[23:43]
Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza
vaxtını) nə qabaqlayar, nə də yubada bilər!
[23:44]
Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
[23:45]
Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlillə göndərdik,
[23:46]
Fir'onun və onun ə'yan-əşrafının yanına.
Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər).
[23:47]
(Fir'on və ə'yan-əşrafı) dedilər: "Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?"
[23:48]
Beləliklə, onları yalançı
saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.
[23:49]
Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər!
[23:50]
Məryəm oğlunu
(İsanı) və (bakirə) anasını (qüdrətimizdən
yaranmış) bir mö'cüzə etdik.
Onları abad (rahat) və axar sulu uca
bir yerdə yerləşdirdik.
[23:51]
(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) "Ey peyğəmbərlər! Təmiz (halal) ne'mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib
və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə
yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
[23:52]
Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!"
[23:53]
Amma (ümmətlər) öz dinini
aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (?z dinini haqq,
digər dinləri batil hesab edib bundan məmnun olur).
[23:54]
(Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax!
[23:55]
Məgər (kafirlər) elə zənn edirlər ki, onlara
(dünyada) verdiyimiz var-dövlət və övladla
[23:56]
Biz onların
yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba
yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının
üstünü alacağımızı düşünmürlər!)
[23:57]
Həqiqətən, Rəbbinin qorxusundan
tir-tir əsənlər;
[23:58]
Rəbbinin ayələrinə inanlar;
[23:59]
Rəbbinə şərik
qoşmayanlar;
[23:60]
Urəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb
verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər -
[23:61]
Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə
(başqalarından) öndə gedərlər.
[23:62]
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
[23:63]
Lakin (kafirlərin) qəlbləri bundan (Qur'andan) xəbərsizdir (bu barədə cəhalət içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar).
[23:64]
Nəhayət, onların naz-ne'mət içində yaşayan
başçılarını əzabla
yaxaladığımız zaman
(Bədr vuruşu günü) fəryad edib imdad
diləyərlər.
[23:65]
(Onlara belə deyirlər: ) "Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!"
[23:66]
Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab
edib inanmırdınız).
[23:67]
(Kə'bə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə
sığışdırmayıb gecələr toplanaraq (Qur'an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz).
[23:68]
Məgər (müşriklər) kəlam (Allah kəlamı - Qur'an) haqqında düşünüb
daşınmırlarmı? Yaxud
onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Qur'anın,
Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına
İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara
Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)
[23:69]
Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər?
[23:70]
Yaxud: "Onda divanəlik var?" - dedilər. Xeyr, Peyğəmbər onlara haqqla
(Qur'anla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.
[23:71]
Əgər haqq (Qur'an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat)
korlanıb gedərdi (aləm bir-birinə
qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur'anı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.
[23:72]
Yoxsa (Ya Rəsulum!) sən onlardan
(öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi,
axirətdə verəcəyi mükafat) daha xeyirlidir.
O, ruzi verənlərin ən
yaxşısıdır!
[23:73]
Əslində sən onları doğru yola (islam dininə) də'vət edirsən!
[23:74]
Axirətə inanmayanlar isə doğru
yoldan sapanlardır!
[23:75]
Əgər Biz onlara rəhm edib
düşdükləri müsibətdən qurtarsaq, onlar
şaşqın vəziyyətdə yenə də
azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq,
qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün
Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra
Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə
yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər).
[23:76]
Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).
[23:77]
Nəhayət, onların üzünə bir əzab qapısı
açdığımız (Bədr vuruşunun
müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə
qapıldılar (dilləri-ağızları
quruyub, mat-məəttəl qaldılar).
[23:78]
Sizə qulaq,
göz və ürək verən Odur. Siz (Allahın
ne'mətlərinə) çox az şükür
edirsiniz.
[23:79]
Sizləri yer üzündə yaradıb
törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz.
[23:80]
Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin
ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq
olduğunu) dərk etmirsiniz?
[23:81]
Xeyr, onlar da əvvəlkilərin (keçmiş ümmətlərin) dedikləri kimi dedilər.
[23:82]
(Keçmiş ümmətlər) belə demişdilər: "Məgər biz ölüb torpaq və sür-sümük
olduqdan sonra bir də dirildiləcəyik?"
[23:83]
Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) və'd olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir.
[23:84]
(Ya Rəsulum! Bu
müşriklərə) de: "Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?"
[23:85]
Onlar mütləq:
"Allahındlr!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?"
[23:86]
De: "Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi)
kimdir?"
[23:87]
(Müşriklər) mütləq: "(Bunlar)
Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?"
[23:88]
De: "Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma ?zünün himayəyə ehtiyacı olmayan kimdir?"
[23:89]
Onlar mütləq: "(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə (Şeytana aldanıb
haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və
yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb)
döndərilirsiniz?
[23:90]
Xeyr, Biz onları haqqı (haqq yol olan
islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!
[23:91]
Allah (?zünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun
oğlu, nə də mələklər Onun
qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla
yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur.
Əgər belə olsaydı, onda heç bir
tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını
ayırıb aparar) və
onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa
çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!
[23:92]
O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!
[23:93]
(Ya Rəsulum!) De: "Ey Rəbbim! Əgər (müşriklərə) və'd etdiyin əzabı mənə göstərəcəksənsə,
[23:94]
Onda məni zalım
tayfanın içində qoyma, ey Rəbbim!" ("Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!")
[23:95]
(Ya Rəsulum!) Biz onlara və'd etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!
[23:96]
Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq
sözləri) daha yaxşı
bilirik!
[23:97]
Və de:
"Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
[23:98]
Onların yanımda olmalarından
(işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!"
[23:99]
Nəhayət, (müşriklərdən) birinin
ölümü gəlib çatdığı
zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya)
qaytar!
[23:100]
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların
önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.
[23:101]
Sur çalınacağı gün artıq
aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar.
(Qiyamət günü heç bir qohumluq fayda
verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).
[23:102]
Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat
taparlar.
[23:103]
Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah
qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.
[23:104]
Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst
dodaqları başlarının tən ortasına, alt
dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri
ağarmış vəziyyətdə durarlar.
[23:105]
(Onlara deyilər: ) "Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!"
[23:106]
Onlar deyərlər: "Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq!
[23:107]
Ey Rəbbimiz! Bizi
oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş)
olarıq".
[23:108]
(Allah) buyurar: "Orada zəlil (mə'yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)"
[23:109]
Cünki bəndələrimdən bir zümrə (mö'minlər) var idi ki,
onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi
bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər.
[23:110]
Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz
(istehza ilə) onlara gülürdünüz.
[23:111]
Həqiqətən, Mən səbr etdiklərinə görə onları
mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!"
[23:112]
(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?"
[23:113]
Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər.
[23:114]
Allah buyuracaq: "Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).
[23:115]
Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib
haqq-hesab üçün) hüzurumuza
qaytarılmayacağınızı güman edirdiniz?"
[23:116]
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır.
Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!
(Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil
olduğu üçün o kərimdir).
[23:117]
Kim Allahla yanaşı başqa bir
tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur - (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat
tapmazlar!
[23:118]
(Ya Rəsulum!) De: "Ey Rəbbim (Bizi)
bağışla və rəhm et! (Ummətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla
bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!
An-Nûr
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[24:1]
Bu, (səmadan) nazil edib
(hökmlərini) vacib buyurduğumuz
bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət
alasınız!
[24:2]
Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə
inanırsınızsa, Allahın dini barəsində (bu işin
icrasında) ürəyiniz onlara yumşalmasın və mö'minlərdən bir dəstə də onların əzabına
şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası
daşqalaq edilməkdir).
[24:3]
Zinakar kişi ancaq zinakar, yaxud
müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö'minlərə haram edilmişdir.
[24:4]
İsmətli qadınla zina isnad
edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların
şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
[24:5]
Bundan (namuslu qadınlara
atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Cünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!
[24:6]
Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri
özünün doğru
danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi -
Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.
[24:7]
Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lə'nət eləsin!" (deməlidir).
[24:8]
Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.
[24:9]
Beşinci dəfə: "Əgər (əri) doğru
danışanlardandırsa, Allah ona (qadının özünə) lə'nət (qəzəb) eləsin!" (deməlidir).
[24:10]
Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, Allah
tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
[24:11]
Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır.
Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn
Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
[24:12]
Məgər o yalan sözü
eşitdiyiniz zaman mö'min kişilər və qadınlar öz ürəklərində (özləri haqqında
yaxşı fikirdə olduqları
kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu,
açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?
[24:13]
(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru
olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah
yanında əsl yalançıdırlar!
[24:14]
Əgər Allahın dünyada və axirətdə sizə ne'məti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
[24:15]
O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü
ağzınıza alır və onu yüngül
(asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!
[24:16]
Məgər siz onu eşitdiyiniz
zaman: "Bizə bunu (bu yalanı)
danışmaq yaraşmaz. Aman
(Allah)! Bu, çox böyük bir böhtandır!" - deməli deyildinizmi?
[24:17]
Allah sizə öyüd-nəsihət verir ki, əgər mö'minsinizsə, bir daha belə şeylər etməyəsiniz.
[24:18]
Və Allah
sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[24:19]
Mö'minlər arasında (onları
nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan
böhtanların doğru olub-olmadığını) ancaq
Allah bilir, siz bilməzsiniz!
[24:20]
Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, Allah
şəfqətli, rəhmli olmasaydı
(Halınız necə olardı)?
(Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).
[24:21]
Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt
(günahdan) pak olmazdı. Lakin Allah
dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
[24:22]
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı)
bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
[24:23]
Zinadan xəbəri olmayan namuslu, ismətli mö'min qadınları zinada ittiham edənlər dünyada və axirətdə lə'nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
[24:24]
Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını
dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
[24:25]
O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın
(Allahın onlara verdiyi və'din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
[24:26]
Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara,
pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı
adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar.
Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi
gözləyir!
[24:27]
Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından)
sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini)
düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz).
[24:28]
Əgər orada heç kəsi
tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə
"Geri dönün!" - deyilsə, geri
dönün. Bu, Allahın yanında
sizin üçün daha təmiz bir
davranışdır. Allah nə etdiklərinizi biləndir!
[24:29]
İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri kimi) qeyri-məskun evlərə (icazəsiz) daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizli saxladıqlarınızı da (aşkarda da,
gizlində də nə etdiyinizi) bilir!
[24:30]
(Ya Rəsulum!)
Mö'min kişilərə de ki, gözlərini haram
edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb
yerlərini (zinadan) qorusunlar
(və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik
baxımından) daha
yaxşıdır. Şübhəsiz ki, Allah
onların nə etdiklərindən xəbərdardır!
[24:31]
Mö'min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan)
qorusunlar (və ya örtülü
saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının
üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz
atalarından, yaxud ərlərinin atalarından
(qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının
oğullarından, yaxud bacılarının
oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi
qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların
məhrəm yerlərini hələ anlamayan uşaqlardan
başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini
(xalxallarını) göstərmək üçün ayaqlarını
(yerə və ya bir-birinə) vurmasınlar. Ey mö'minlər! Hamınız Allaha
tövbə edin ki, nicat
tapasınız! (Mətləbinizə çatasınız!)
[24:32]
(Ey mö'minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa,
Allah öz lütfü ilə onları
dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!
[24:33]
Evlənməyə qüvvəsi çatmayanlar (maddi
imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin.
(Zəkatdan onlara o qədər verin ki, özlərini satın
alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya
[24:34]
Həqiqətən, Biz (Qur'anda) sizə (haqqı
nahaqdan ayırd edən)
açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
[24:35]
Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu
göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və mö'minlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur.
O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun
ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş
doğduqda qaranlıqda qalsın). Onun (zeytun
ağacının) yağı özünə od toxunmasa da, sanki
(haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
[24:36]
(Həmin taxça və çıraq)
Allahın tikilib ucaldılmasına və ?z adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şə'ninə tə'riflər deyərlər.
[24:37]
O kəslər ki, nə ticarət, nə alış-veriş
onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir
gündən (qiyamət günüdən) qorxarlar.
[24:38]
(Onların vaxtli-vaxtında,
lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah
onlara etdikləri əməllərin ən gözəl mükafatını
(yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan
lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
[24:39]
(Allahın vəhdaniyyətini danan,
Qur'anı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı)
ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını
(layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.
[24:40]
Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa,
onun da üstündən bir bulud (dalğa) -
zülmət üstündən zülmət örtər. O, əlini
çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.
[24:41]
(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şə'ninə tə'riflər dediklərini görmürsənmi?! Allah
onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükr-sənasını) bilir.
Allah onların nə etdiklərini (layiqincə) biləndir!
[24:42]
Göylərin və yerin hökmü Allahındır. Axır dönüş
də Allahadır!
[24:43]
Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya
toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o
buludların) arasından
yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar.
Buludların şimşəyinin
parıltısı az qala gözləri kor edər.
[24:44]
Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və gündüzün
bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır.
[24:45]
Allah hər heyvanı (canlını) bir
[24:46]
Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu)
açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru
yola (islam dininə) yönəldər.
[24:47]
(Münafiqlər: ) "Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!" - deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mö'min (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər.
[24:48]
(Münafiqlər) aralarında hökm
etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına
çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun
qoymaqdan) dərhal üz çevirər.
[24:49]
Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.
[24:50]
Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın
və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri
zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)
[24:51]
Aralarında hökm vermək üçün Allahın
(Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman mö'minlərin sözü ancaq:
"Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!
[24:52]
Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).
[24:53]
(Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman
mütləq (cihada) çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: "(Yalandan) and içməyin, itaətiniz mə'lumdur (yaxud
sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!"
[24:54]
De: "Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Cünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona
tapşırılanı, sizin də vəzifəniz ancaq sizə
tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini,
Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.
[24:55]
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik
qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da
müşriklərin yerinə gətirəcəyini), onlar (mö'minlər) üçün onların
Allahın ?zü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini və'd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!
[24:56]
Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!
[24:57]
(Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə biləcəyini (Allahın əzabından
qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin. Onların məskəni Cəhənnəmdir. O, necə də pis
sığınacaqdır!
[24:58]
Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa
çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə
alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı
çıxartdığınız zaman və gecə namazından sonra. (Bu
vaxtlar insan paltarını
çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır
(paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[24:59]
Sizdən olan uşaqlar da həddi-büluğa
çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah ?z ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[24:60]
(Heyzdən və doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan
yaşlı qadınların
qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə) göstərmədən üst paltarını
(çarşab, niqab, bürüncək və s.) çıxarmasında günah yoxdur. Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi)
eşidəndir, biləndir!
[24:61]
Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud
analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud
bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud
dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud
ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı,
dostlarınızı və
dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla
salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!
[24:62]
Həqiqətən, mö'minlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi bir iş (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!) Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Peyğəmbərinə inananlardır. Əgər onlar bə'zi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə (yanından
getməyə) izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
[24:63]
Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi
çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi
çağırdığınız kimi çağırmayın. Ona
"Muhəmməd, nə deyirsən?" yox, "Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!" - deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz
duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun
(Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı
çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!
[24:64]
Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, (hamısı)
Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi olduğunuzu
(hansı məzhəbə qulluq etdiyinizi) bilir. Allah (məxluqatın,
yaxud münafiqlərin dirilib) Onun hüzuruna qaytarılacaqları gün (qiyamət günü) onlara (dünyada) nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi biləndir!
Al-Furqân
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[25:1]
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün
(haqqı batildən ayıran) Qur'anı ?z bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
[25:2]
O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (?zünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi
yaratmış və onu
(onun nə cür
olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
[25:3]
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan,
özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
[25:4]
Kafir olanlar: "Bu (Qur'an) onun (Muhəmmədin) uydurmasından
başqa bir şey deyildir. Ona bu
işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!"
- deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
[25:5]
Onlar həmçinin: "Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə)
yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur", - dedilər.
[25:6]
(Ya Rəsulum!) De: "Onu (Qur'anı) göylərin və yerin sirrini bilən (Allah) nazil
etmişdir. Həqiqətən, O, (mö'minləri) bağışlayandır, rəhm edəndir!"
[25:7]
(Müşriklər) dedilər: "Bu necə peyğəmbərdir ki, yemək yeyir,
bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
[25:8]
Yaxud ona (ruzi qazanmaqdan ötrü
bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir
bağı olmalı
deyildimi?" Zalımlar (müşriklər mö'minlərə) dedilər: "Siz ancaq ovsunlanmış (buna görə də ağlını
itirmiş) bir adama tabe
olursunuz!"
[25:9]
(Ya Rəsulum!) Bir
gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa
bilməzlər!
[25:10]
(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını - (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
[25:11]
Lakin onlar (təkcə səni deyil) o saatı da
(qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş
hazırladıq.
[25:12]
O (atəş)
onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.
[25:13]
Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə
atıldıqları zaman
(Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
[25:14]
(Onlara istehza ilə deyilər: ) "Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!" (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz.
Allahın əzabı intəhasız və dəhşətli olduğu
üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
[25:15]
(Ya Rəsulum!) Onlara
de: "Bu (cəhənnəm odu)
yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və'd edilən Xüld cənnəti?"
[25:16]
Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir və'ddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın
onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi və'di yerinə yetirmişdir).
[25:17]
(Allah müşrikləri) və onların Allahdan qeyri
ibadət etdiklərini
(bütləri) məhşərə
toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır:
"Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan
çıxdılar?"
[25:18]
(Bütlər) deyəcəklər: "Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa
dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər ne'mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur'anı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa
oldular!"
[25:19]
(Allah buyuracaqdır: ) "(Ey
müşriklər, sizin
tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən)
sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik
qoşanlara) şiddətli bir əzab
daddıracağıq".
[25:20]
(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz
peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki,
görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi
sağlam, digərinizi xəstə, zəif etdik ki,
hansınızın daha səbirli, daha
dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı
olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir!