PART 19

 

[25:21]

Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cür'ət etməklə) azğınlaşıb həddi çox aşdılar.

[25:22]

Mələkləri görəcəkləri gün - həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) "(Sizə şad xəbər eşitmək) haramdır!" - deyərlər.

[25:23]

Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)

[25:24]

O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!

[25:25]

Göyün (yeddi qat səmanın yuxarısından enən ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün -

[25:26]

O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır.

[25:27]

O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım;

[25:28]

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

[25:29]

And olsun ki, Qur'an mənə gəldikdən sonra məni ondan (Qur'ana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).

[25:30]

Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur'anı tərk etmişdi!" - deyəcək.

[25:31]

(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!

[25:32]

Kafirlər: "Qur'an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur'anın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mə'nalarının anlaşılmasını asanlaşdırır).

[25:33]

(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək.

[25:34]

Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.

[25:35]

Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir (köməkçi) etdik.

[25:36]

Və (onlara) dedik: "Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Fir'on əhlinin) yanına gedin!" Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv etdik.

[25:37]

Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab hazırlamışıq.

[25:38]

Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də (yerlə yeksan etdik).

[25:39]

Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, (amma öyüd-nəsihətlərimizə qulaq asmadıqlarına görə) onları yerli-dibli yox etdik.

[25:40]

(Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (?zlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər).

[25:41]

(Ya Rəsulum!) Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): "Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?

[25:42]

Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı". Onlar əzabı (qiyamət əzabını) gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.

[25:43]

(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!)

[25:44]

Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).

[25:45]

Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).

[25:46]

Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş ?zümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).

[25:47]

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.

[25:48]

Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,

[25:49]

Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək!

[25:50]

(Zati-əqdəsimə) and olsun ki, (onlara verilən ne'mətləri) yada salsınlar deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi (nankorluğunda dirənib qaldı).

[25:51]

Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla) qorxudan bir peyğəmbər göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük şərəfə nail edib bütün bəşəriyyətə peyğəmbər göndərdik).

[25:52]

(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Qur'anla) böyük bir cihad et! (Var gücünlə vuruş!)

[25:53]

Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!

[25:54]

İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur).

[25:55]

(Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilənlərə (bütlərə) ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə arxa çevirər. (Və ya kafir öz Rəbbinə qarşı Şeytana kömək edər).

[25:56]

(Ya Rəsulum!) Biz səni yalnız (mö'minlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.

[25:57]

De: "Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).

[25:58]

(Ya Rəsulum!) ?lməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun ne'mətlərinə şükür edərək namaz qıl). (Allahın) ?z bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər.

[25:59]

O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın ?zündən və ya Cəbraildən) xəbər al!

[25:60]

Onlara (müşriklərə): "Rəhmana (rəhmli olan Allaha) səcdə edin!" - deyildiyi zaman, onlar: "Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?" - deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar.

[25:61]

Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!

[25:62]

(Allahın qüdrətini həmişə) yada salmaq və (ne'mətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!

[25:63]

Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.

[25:64]

Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.

[25:65]

Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!

[25:66]

Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!"

[25:67]

Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.

[25:68]

Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.

[25:69]

Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.

[25:70]

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!

[25:71]

Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.

[25:72]

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);

[25:73]

O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);

[25:74]

Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər.

[25:75]

Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.

[25:76]

Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!

[25:77]

(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Qur'anı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"

 

Ash-Shu‘arâ’

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[26:1]

Ta, Sin, Mim!

[26:2]

Bunlar (haqqı batildən ayıran, mö'cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.

[26:3]

(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (?zünü həlakmı edəcəksən?)

[26:4]

Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.

[26:5]

Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.

[26:6]

Onlar (Qur'anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur'anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündəsbütün mə'yus olacaqlar).

[26:7]

Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?

[26:8]

Şübhəsiz ki, bunda (Qur'anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.

[26:9]

Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:10]

(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: "Get o zalım tayfanın yanına -

[26:11]

Fir'on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?"

[26:12]

(Musa) dedi: "Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!

[26:13]

Urəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)

[26:14]

(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram".

[26:15]

(Allah) buyurdu: "Xeyr! (Fir'on səni əsla öldürə bilməz!) Hər ikiniz mö'cüzələrinizlə (Fir'onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir'on tayfasının nə dediyini) eşidəcəyik!

[26:16]

Fir'onun yanına gedib belə deyin: "Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!

[26:17]

İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!" (onlara əzab-əziyyət vermə!)

[26:18]

(Musa Harunla Fir'onun yanına gedib bu sözləri deyəndən sonra Fir'on onu tanıyıb) dedi: "Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?

[26:19]

Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!"

[26:20]

(Musa) dedi: "Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bə edilməmiş, Tövrat nazil olmamışdı).

[26:21]

Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.

[26:22]

Boynuma minnət qoyduğun bu ne'mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)"

[26:23]

Fir'on dedi: "Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)"

[26:24]

(Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi.

[26:25]

(Fir'on) ətrafındakılara: "Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).

[26:26]

(Musa) dedi: "O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!"

[26:27]

(Fir'on ətrafındakılara: ) "Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!" - dedi.

[26:28]

(Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!"

[26:29]

(Fir'on: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi.

[26:30]

(Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?"

[26:31]

(Fir'on) "Əgər doğru deyirsənsə, di onu gətir!" - dedi.

[26:32]

(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.

[26:33]

Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlar bir nur kəsildi).

[26:34]

(Fir'on) ətrafındakılara dedi: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!

[26:35]

O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)"

[26:36]

Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki,

[26:37]

Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!"

[26:38]

Nəhayət, sehrbazlar mə'lum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.

[26:39]

(Fir'onun xidmətçiləri tərəfindən camaata) deyildi: "Siz də yığılırsınızmı?

[26:40]

Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!"

[26:41]

Sehrbazlar gələn kimi Fir'ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?"

[26:42]

(Fir'on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!"

[26:43]

Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!"

[26:44]

Onlar iplərini və əsalarını yerə atıb: "Fir'onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər.

[26:45]

Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.

[26:46]

Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.

[26:47]

Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə!

[26:48]

Musanın və Harunun Rəbbinə!"

[26:49]

(Fir'on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!"

[26:50]

(İman gətirmiş sehrbazlar) dedilər: "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!

[26:51]

Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!"

[26:52]

(Sonra) Musaya belə vəhy etdik: "Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir'onun ordusu tərəfindən) tə'qib ediləcəksiniz!"

[26:53]

Fir'on şəhərlərə (əsgər) yığanlar göndərdi.

[26:54]

(O, belə deyirdi: ) "Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!

[26:55]

Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).

[26:56]

Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!"

[26:57]

Nəhayət, Biz onları (Fir'onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.

[26:58]

Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.

[26:59]

(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.

[26:60]

(Fir'on və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.

[26:61]

İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "(İşimiz bitdi!) Artıq yaxalandıq!"

[26:62]

(Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"

[26:63]

Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.

[26:64]

O biriləri (Fir'on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).

[26:65]

Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

[26:66]

O biriləri (Fir'on tayfasını) isə suya qərq etdik.

[26:67]

Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir'on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.

[26:68]

(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)

[26:69]

(Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!

[26:70]

O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?"

[26:71]

Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər.

[26:72]

(İbrahim) demişdi: "Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?

[26:73]

Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?"

[26:74]

Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə cavab vermişdilər.

[26:75]

(İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-

[26:76]

Sizin və ulu babalarınızın?

[26:77]

Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.

[26:78]

Məni yaradan və məni doğru yola yönəldən Odur!

[26:79]

Məni yedirdən də, içirdən də Odur!

[26:80]

Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.

[26:81]

Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.

[26:82]

Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!

[26:83]

Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!

[26:84]

Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)

[26:85]

Məni Nəim cənnətlərinin varislərindən et!

[26:86]

Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!

[26:87]

(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!

[26:88]

O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!

[26:89]

Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö'minlərdən) başqa!"

[26:90]

(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.

[26:91]

Cəhənnəm də azğınlara göstərilər.

[26:92]

Və onlara belə deyərlər: "İbadət etdikləriniz (bütlər) haradadır?

[26:93]

Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?"

[26:94]

Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!

[26:95]

İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).

[26:96]

Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:

[26:97]

Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!

[26:98]

Cünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.

[26:99]

Bizi yalnız günahkarlar azdırdı.

[26:100]

İndi artıq nə şəfaət edən kimsələrimiz,

[26:101]

Nə də bir mehriban dostumuz var!

[26:102]

Kaş bir də (dünyaya) dönə biləydik; mö'minlərdən olardıq! "

[26:103]

Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.

[26:104]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:105]

Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).

[26:106]

O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz?

[26:107]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:108]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:109]

Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:110]

Artıq Allahdan qorxun və mənə itaət edin!"

[26:111]

Onlar: "Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?" - dedilər.

[26:112]

(Nuh) dedi: "Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm!

[26:113]

Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)

[26:114]

Və mən iman gətirənləri qovan da deyiləm!

[26:115]

Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

[26:116]

Onlar dedilər: "Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!"

[26:117]

(Nuh) dedi: "Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.

[26:118]

Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö'minləri (bu əzabdan) qurtar!

[26:119]

Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.

[26:120]

Sonra yerdə qalanları suda boğduq!

[26:121]

Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.

[26:122]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:123]

Ad taydası da peyğəmbərləri təkzib etdi.

[26:124]

O zaman ki, qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?

[26:125]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!

[26:126]

Allahdan qorxun və mənə itaət edin!

[26:127]

Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:128]

Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?

[26:129]

Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!

[26:130]

Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!)

[26:131]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:132]

Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne'mətləri) sizə əta etdi!

[26:133]

Sizə heyvanat, oğul-uşaq,

[26:134]

Bağlar və çeşmələr verdi!

[26:135]

Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"

[26:136]

Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).

[26:137]

Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)

[26:138]

Və biz əzaba da düçar olmayacağıq!"

[26:139]

Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:140]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:141]

Səmud tayfası da peyğəmbərləri təkzib etdi.

[26:142]

O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?

[26:143]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:144]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:145]

Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:146]

Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?

[26:147]

Bağlar və çeşmələr içində,

[26:148]

Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?

[26:149]

Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?

[26:150]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:151]

(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!

[26:152]

O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!

[26:153]

Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)

[26:154]

Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö'cüzə gətir!"

[26:155]

(Saleh) dedi: "Bu, (Allahın mö'cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)

[26:156]

Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!"

[26:157]

Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.

[26:158]

Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:159]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:160]

Lut tayfası da peyğəmbərləri təkzib etdi.

[26:161]

O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

[26:162]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:163]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:164]

Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:165]

Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?

[26:166]

Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!"

[26:167]

Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!"

[26:168]

(Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!

[26:169]

Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!"

[26:170]

Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.

[26:171]

Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!

[26:172]

Sonra da o biriləri məhv edib kökünü kəsdik.

[26:173]

Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!

[26:174]

Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:175]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:176]

Əykə əhli də peyğəmbərləri təkzib etdi.

[26:177]

O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

[26:178]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:179]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:180]

Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:181]

?lçüdə düz olun, (onu) əskildənlərdən olmayın!

[26:182]

Düz tərəzi ilə çəkin!

[26:183]

İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!

[26:184]

Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!"

[26:185]

Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)

[26:186]

Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!

[26:187]

Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!"

[26:188]

(Şüeyb) dedi: "Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!"

[26:189]

Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.

[26:190]

Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:191]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:192]

Şübhəsiz ki, bu (Qur'an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

[26:193]

Onu Cəbrail (Ruhuləmin) endirdi:

[26:194]

(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);

[26:195]

?zü dəıq-aydın ərəb dilinə.

[26:196]

Həqiqətən, o (Qur'anın nazil olacağı xəbəri, mə'nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.

[26:197]

Məgər İsrail övladı alimlərinin (Qur'anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?

[26:198]

Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə'zisinə) nazil etsəydik;

[26:199]

Və o (Qur'anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.

[26:200]

Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq.

[26:201]

Onlar şiddətli əzabı görməyənədək (Qur'ana) inanmazlar.

[26:202]

(Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.

[26:203]

O zaman onlar deyərlər: "Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?"

[26:204]

İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?

[26:205]

(Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne'mət (gün-güzəran) versək,

[26:206]

Sonra və'd (təhdid) olunduqları (əzab) onlara yetişsə,

[26:207]

Onlara verilmiş olan ne'mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne'mət onların günahlarını, cinayətlərini daha da artırar).

[26:208]

Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik!

[26:209]

(Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!

[26:210]

(Qur'anı) əsla şeytanlar endirmədi.

[26:211]

Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!

[26:212]

Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir.

[26:213]

Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!

[26:214]

Və ən yaxşın qohumlarını qorxut!

[26:215]

Sənə tabe olan mö'minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)

[26:216]

Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!"

[26:217]

Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!

[26:218]

O Allah ki, səni namaza duranda da görür,

[26:219]

Səcdə edənlər içində dolananda da.

[26:220]

Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur!

[26:221]

(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

[26:222]

Onlar hər bir yalançıya, günahkara nazil olarlar.

[26:223]

(Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!

[26:224]

(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!

[26:225]

Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)

[26:226]

Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)

[26:227]

Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!

 

An-Naml

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[27:1]

Ta, Sin! Bu, Qur'anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!

[27:2]

Mö'minlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.

[27:3]

O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz aılır, zəkat verir və axirətə möhkəm inanırlar.

[27:4]

Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.

[27:5]

Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!

[27:6]

(Ya Rəsulum!) Həqiqətən, Qur'an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə'lim) olunur.

[27:7]

Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: "Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız".

[27:8]

Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: "Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır!)

[27:9]

Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!

[27:10]

Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) "Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.

[27:11]

Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm edənəm!

[27:12]

Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir'ona və onun tayfasına göndərilən doqquz mö'cüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir camaatdır!"

[27:13]

Mö'cüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: "Bu, açıq-aydın bir sehrdir!" - dedilər.

[27:14]

(Mö'cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!

[27:15]

Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: "Bizi öz mö'min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!"

[27:16]

Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!"

[27:17]

(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.

[27:18]

Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"

[27:19]

(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun ne'mətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!"

[27:20]

Sonra (Süleyman) quşları yoxlayıb dedi: "(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?

[27:21]

And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!"

[27:22]

Bir azdan (Hüdhüd) gəlib dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.

[27:23]

Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verrilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.

[27:24]

Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.

[27:25]

Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).

[27:26]

O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!"

[27:27]

(Süleyman Hüdhüdə) dedi: "Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!

[27:28]

Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!"

[27:29]

(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey ə'yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).

[27:30]

O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim"lədir (bismillahla başlanır).

[27:31]

(Məzmunu belədir: ) "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt'i (müsəlman) olaraq gəlin! (Mənim də'vətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)".

[27:32]

(Bəlqis) dedi: "Ey ə'yanlar! Bu iş barəsində mənə rə'yinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!"

[27:33]

Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. ?zümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!"

[27:34]

(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir).

[27:35]

Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).

[27:36]

(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.

[27:37]

Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müt'i olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!"

[27:38]

(Süleyman) dedi: "Ey ə'yanlar! Onlar müt'i vəziyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?"

[27:39]

Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: "Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e'tibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, lə'l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)"

[27:40]

(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne'mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne'mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!" (Allah dünyada qədirbilənə də, nankora da, mö'minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)

[27:41]

(Süleyman) dedi: "(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!"

[27:42]

(Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi. O da: "Sanki odur!" - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) "Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müt'i (müsəlman) olmuşuq!"

[27:43]

(Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). Cünki o, kafir bir tayfadan idi.

[27:44]

(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: "Saraya daxil ol!" (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): "Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!" - dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!"

[27:45]

Biz Səmud tayfasına - Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (mö'minlərə və kafirlərə) ayrıldılar.

[27:46]

(Saleh) dedi: "Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? (Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?"

[27:47]

Onlar dedilər: "Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçüb pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq). (Saleh) dedi: "Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.

[27:48]

(Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.

[27:49]

Onlar öz aralarında Allaha and içib belə dedilər: "Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!"

[27:50]

Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik.

[27:51]

(Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.

[27:52]

Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!

[27:53]

İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!

[27:54]

Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!)

[27:55]

Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!"