PART
20
[27:56]
(Lut) tayfasının cavabı
yalnız: "Lutun ailəsini yurdunuzdan
qovub çıxardın. Cünki
onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu.
[27:57]
Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız
övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).
[27:58]
Onların üstünə (qızmar daşdan) bir yağış
yağdırdıq. (Peyğəmbərlər vaxitəsilə Allahın əzabından)
qorxudulanların yağışı nə yaman imiş!
[27:59]
(Ya Rəsulum!) De: "Həmd olsun Allaha!
Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?!
[27:60]
(Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün
göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı)
siz (o bağçaların)
ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı
başqa bir tanrımı var?!
Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)
[27:61]
(Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında
çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş
dağlar bərqərar edən və (şirin və
şor suları bir-birinə
qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı
başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu)
bilmirlər!
[27:62]
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı
başqa bir tanrımı var? Siz nə az düşünüb
danışırsınız?
[27:63]
Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri ?z rəhməti (yağışı) önündə bir müjdəçi olaraq
göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?!
Allah (müşriklərin) Ona şərik qoşduqlarından
(bütlərdən) ucadır!
[27:64]
Yaxud (məxluqatı) öncə yaradan
(öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən
(yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!"
[27:65]
(Ya Rəsulum!) De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
[27:66]
Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona
qarşı kordurlar!"
(Müşriklər axirətə inanmadıqları
halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında
yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir
fayda verməyəcəkdir!)
[27:67]
Kafirlər dedilər: "Məgər bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib qəbirlərimizdən)
çıxardılacağıq?
[27:68]
Həqiqətən, bu (dirilmə) bizə və'd olunduğu kimi,
öncə atalarımıza da (və'd olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!"
[27:69]
(Ya Rəsulum!) De: "Yer üzünü gəzib-dolaşın,
günahkarların axırının necə olduğuna bir
baxın!"
[27:70]
(Ya Peyğəmbərim!) Onlardan (kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə və (sənə qarşı)
qurduqlarına (hiylələrə) görə də ürəyini qısma!
[27:71]
Onlar: Əgər doğru
danışırsınızsa, (deyin görək) bu və'd (bizi qorxutduğunuz əzab və'dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.
[27:72]
De: "Tez-tələsik istədiyiniz (əzabın) bir
hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!" (Müşriklər onlara və'd olunan əzabın bir hissəsini Uhüd vuruşunda
daddılar, qalanını isə Cəhənnəmdə dadacaqlar!)
[27:73]
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.
[27:74]
Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli
saxladığı və özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin sirlərini və
açıq-aşkar əməllərini) bilir.
[27:75]
Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda)
olmasın!
[27:76]
Həqiqətən, bu Qur'an İsrail oğullarına ixtilafda
olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.
[27:77]
Və
şübhəsiz ki, o mö'minlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir.
[27:78]
Həqiqətən, sənin Rəbbin onların (dini məsələlərdə ixtilafda olanların) arasında ?z hökmünü (ədalətlə) verəcəkdir. O, (hər şeyə) qalib
olandır, (hər şeyi) biləndir!
[27:79]
(Ya Rəsulum!) Sən ancaq Allaha təvəkkül et, çünki sən
açıq-aydın həqiqi dindəsən (haqq yoldasan).
[27:80]
Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala
bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!
[27:81]
Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı)
yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar.
(Allaha ürəkdən inanıb Ona canla-başla
itaət edərlər).
[27:82]
Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (mö'minlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim
adımızdan): "İnsanlar ayələrimizə inanmırdılar!" - deyər.
[27:83]
O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq.
Sonra onlar (bir yerə cəm edilib məhşərə) sürüklənərlər.
[27:84]
Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda (Allah)
buyurar: "Ayələrimizi anlamadığınız (bilmədiyiniz) halda, onları yalanmı hesab edirdiniz? Yaxud
siz (dünyada) nə edirdiniz? (O nə iş idi ki,
görürdünüz?)"
[27:85]
Etdikləri zülm (küfr) üzündən onlara deyilən söz yerinə yetər (və'd olunduqları əzab, müsibət başlarına gələr). Onlar heç danışa
da bilməzlər!
[27:86]
Məgər gecəni onların istirahəti üçün
(qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi
görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır.
[27:87]
Sur çalınacağı gün Allahın
istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın
yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya
düşər və onların hamısı Onun hüzuruna müt'i (zəlil) vəziyyətdə gələr.
[27:88]
(O gün) dağlara baxıb onları
donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud
keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi
bacarıqla (yerli-yerində) edən Allahın gördüyü
işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!
[27:89]
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar.
[27:90]
(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar.
(Mələklər onlara belə deyərlər: ) "Bu, yalnız
(dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)"
[27:91]
(Ya Rəsulum! De: ) "Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr
edilmişdir!
[27:92]
Və mənə Qur'an oxumaq
(buyurulmuşdur)!" Hər kəs doğru yolda olsa,
yalnız özü (öz xeyri)
üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan
çıxsa, (ona) de: "Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!" (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)
[27:93]
Və de:
"Həmd olsun Allaha! O ?z ayələrini (qüdrət nişanələrini) sizə
göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən (Məkkə müşrikləri və kafirlərin gördüyü
işlərdən) əsla xəbərsiz deyildir!"
Al-Qasas
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[28:1]
Ta, Sin, Mim!
[28:2]
Bu, (haqqı batildən ayıran, mö'cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir!
[28:3]
Biz inanan bir tayfa üçün sənə Musanın və Fir'onun hekayətindən (bir qismini)
olduğu kimi söyləyəcəyik.
[28:4]
Həqiqətən, Fir'on yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Fir'on) onların arasında olan bir tayfanı
(İsrail oğullarını) gücsüz (aciz) görüb onların
(yeni doğulan) oğlan uşaqlarını öldürür,
qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!
[28:5]
Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına)
mərhəmət göstərək, onları (xeyirxah
işlərdə) öndə gedənlər və (Fir'onun mülkünə) varislər edək.
[28:6]
Və
onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib
möhkəmləndirək, Fir'ona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi
(İsrail oğullarından
birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını)
göstərək.
[28:7]
Biz Musanın anasına (ilham yolu ilə, yaxud rö'yada):
"Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun,
onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq,
özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik.
[28:8]
(Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra
mamaçanın onun oğlu
olduğunu Fir'ona xəbər verəcəyindən qorxaraq körpəsini bir
sandığa qoyub Allaha dua edərək Nil çayına atdı.
Bu zaman Fir'on zövcəsi ilə oturub Nilə
tamaşa edirdi. Suyun üzündə bir
sandığın üzdüyünü görən Fir'on xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir'onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq
Musanı (içində olduğu sandıqla
birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir'on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə'sum uşaqları
öldürdüklərinə görə) günahkar idilər.
[28:9]
Fir'onun qadını (Asiyə) dedi: "Bu uşaq
mənim də, sənin də göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o
böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!" Onlar (işin nə yerdə olduğunu, bu
uşağın əlində həlak olacaqlarını) bilmirdilər.
[28:10]
(Oğlunun Fir'onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi bomboş
(sevimli balasının fikrindən başqa hər şeydən xali)
olmuşdu. Əgər (Allahın və'dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş
körpənin özünkü
olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: "Bu uşaq mənimdir!" - deyəcəkdi).
[28:11]
O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: "Onun dalınca get! (Əhvalatdan xəbər tut!)" - dedi. O da
(saraya yol tapıb Fir'onun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa
(Musanı) gördü.
[28:12]
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan
etmişdik. (Musanın bacısı Fir'on əhlinə) belə dedi: "Sizin üçün o
uşağa süd verməyi (ona
baxmağı) tə'min edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla yaxşı
davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?"
[28:13]
Beləliklə, gözü aydın
olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın və'dinin haqq olduğunu
bilsin deyə, (Musanı) anasına
qaytardıq. Lakin onların (insanların, yaxud Fir'on əhlinin) əksəriyyəti (Allahın və'dinin doğru
olduğunu) bilməz!
[28:14]
(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx
yaşlarına çatanda) ona
hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə
mükafatlandırırıq!
[28:15]
(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı)
girdi. Orada iki nəfərin vuruşduğunu
gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub
öldürdü və dedi: "Bu,
Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan)
azdırandır!"
[28:16]
(Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna
görə məni bağışla!"
(Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır,
rəhm edəndir!
[28:17]
(Musa) dedi: "Ey Rəbbim! Mənə bəxş etdiyin ne'mət haqqı (günahımı
bağışlamağına
and içirəm ki) mən əsla günahkarlara arxa
olamayacağam!"
[28:18]
Beləliklə, (Musa qibtini
öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində
qarşıladı. (Bir də nə görsə
yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün də başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: "Sən (gündə biri ilə
vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!"
[28:19]
(Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: "Ya Musa! Sən dünən birini vurub
öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!"
[28:20]
(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin
qatilinin Musa olduğu bütün Misir
xalqına bəlli oldu. Bu xəbər Fir'ona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fir'onun
şəhərin ucqarında yerləşən
sarayından) bir nəfər çaparaq gəlib dedi: "Ya Musa! Ə'yan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!"
[28:21]
(Musa) qorxu içində (ətrafına) göz
qoya-qoya oradan (şəhərdən) çıxıb: "Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!" - dedi.
[28:22]
O, Mədyən tərəfə yönəldiyi zaman dedi:
"Ola bilsin ki, Rəbbim mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!"
[28:23]
(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında
(heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız)
görüb dedi: "Sizə nə olub (dərdiniz nədir)?" Onlar:
"Cobanlar (heyvanlarını) sulayıb getməmiş biz
(qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır
(buna görə qoyunları
sulamağa biz gətiririk)", - deyə cavab verdilər.
[28:24]
(Musa) onlar üçün (yaxınlıqdakı
başqa bir quyudan su çəkib
qoyunlarını) suladı, sonra
da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!" (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey
tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi
dilədi).
[28:25]
Sonra (o iki qadından, qızdan) biri
utana-utana (Musanın) yanına gəlib dedi: "Atam
qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni
çağırır!" (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fir'onla olan əhvalatı) ona
söylədi. O kişi (Şüeyb
peyğəmbər) dedi: "Qorxma,
artıq zalım tayfanın əlindən qurtarmısan!"
[28:26]
(O iki qızın) biri dedi: "Atacan!
Onu muzdla (çoban) tut, çünki bu güclü, e'tibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!"
[28:27]
(Şüeyb) dedi: "Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə
qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti)
tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!"
[28:28]
(Musa) dedi: "Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu pozmaq
olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor
ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!"
[28:29]
Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola
çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək burada) durun.
Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki,
qızınasınız!"
[28:30]
(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: "Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
[28:31]
Əsanı (yerə) at!" (Musa əsanı yerə atdı). O əsanın ilan kimi qıvrıldığını gördükdə
dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: )
"Ya Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!
[28:32]
Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın. Əlini
(qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy) ki, (ilanın, yaxud əlinin
parıltısının səni bürüdüyü)
vahimə çəkilib getsin. Bu, Fir'ona və onun ə'yanlarına qarşı sənin Rəbbindən olan iki mö'cüzədir. Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış)
fasiq bir tayfadırlar!"
(Musa birinci dəfə əlini qoynuna qoyub
çıxartdıqda o, baxanlara bir nur kəsilib gözlərini qamaşdırar, onları qorxuya salar, ikinci dəfə qoyub çıxartdıqda
isə adi halına düşərdi).
[28:33]
(Musa) dedi: "Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər.
[28:34]
Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi (Fir'on əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!"
[28:35]
(Allah) buyurdu: "Sənin arxanı
qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (mö'cüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar
da (Fir'ona və ə'yanlarına) mütləq qalib gələcəksiniz!"
[28:36]
Musa açıq-aşkar ayələrimizlə (Fir'on əhlinin)
yanına gəldikdə onlar: "Bu (sənin tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə (sizin təbliğ etdiyiniz din, risalət haqqında) heç bir
şey eşitməmişik!" - dedilər.
[28:37]
Musa dedi: "Rəbbim ?z dərgahından
kimin hidayətlə (doğru yola rəhbərliklə) gəldiyini və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib olacağını
daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar! (Muradlarına yetişməzlər!)
[28:38]
Fir'on (istehza ilə) dedi: "Ey ə'yanlar! Mən sizin üçün
özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir
qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın
tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!
[28:39]
(Fir'on) və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, (öləndən sonra bir də dirlib) hüzurumuza qaytarılmaycaqlar!
[28:40]
Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. (Ya Rəsulum!) Bir gör
zalımların axırı necə oldu!
[28:41]
Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara
(Allahın əzabından qurtarmaq üçün)
heç bir kömək edilməyəcəkdir!
[28:42]
Bu dünyada onlara lə'nət damğası vurduq (hamı onlara lə'nət oxuyar), qiyamət günü isə onlar çirkin
(iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.
[28:43]
Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur,
doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab
verdik ki, bəlkə, (onun vasitəsilə) öyüd-nəsihət qəbul etsinlər.
[28:44]
(Ya Rəsulum!) Biz
Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib Fir'on əhlinin yanına getməsini
buyurduğumuz) zaman sən (Tur
dağının) qərb tərəfində (Musanı
gözləyənlər arasında) deyildin. Sən (buna) şahid olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız
Allahdan nazil olan vəhylərdir!)
[28:45]
Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun
ömür sürdülər. (Vəhy kəsildi; bir çox xəbərlər unudulub getdi, şəriət təhrif olundu). Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin.
(Sən Mədyəndə deyildin ki,
onların əhvalını bilib Məkkə əhlinə xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri Mədyən camaatından öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları
onlara olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri sənə) göndərən Bizik].
[28:46]
Və Biz
(Musaya) xitab etdiyimiz (Tövratı verdiyimiz) zaman da sən Tur dağının
yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı
(Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq (sənə bunları öyrədib onlara
peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!
[28:47]
?z əlləri ilə etdikləri əməlləri (qazandıqları
günahları) üzündən onlara bir müsibət üz verincə: "Ey Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinə uyub mö'minlərdən olaydıq!" - deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik. (Onların bəhanəsini kəsmək üçün belə
etdik).
[28:48]
Dərgahımızdan onlara (müşriklərə) haqq (Qur'an və Peyğəmbər) gəldikdə onlar: "Musaya verilən (mö'cüzələr) nə üçün eynilə ona da verilmədi?" - dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: "İki sehr (Tövrat və Qur'an) bir-birilə köməkləşdi və biz (iki
sehrbazın - Musanın və Muhəmmədin) hər birini inkar etdik!"
- deməmişdilərmi?
[28:49]
(Ya Rəsulum!) De: "Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qur'andan və Tövratdan) daha
doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe
olum!"
[28:50]
Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca
öz nəfsinə uyandan (Rəbbinə şərik
qoşandan, küfr edəndən) haqq yolu daha çox
azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!
[28:51]
Həqiqətən, Biz sözü (Qur'anı, keçmişlərə aid xəbərləri) onlar üçün bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!)
[28:52]
(Qur'andan) əvvəl kitab vermiş
olduğumuz kəslər (mö'min yəhudi və xaçpərəstlər) ona inanırlar.
[28:53]
Onlara (Qur'an) oxunduğu zaman: "Biz
ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş)
haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı,
Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!" - deyirlər.
[28:54]
(İki kitaba - Tövrata və Qur'ana inandıqları üçün müşriklərin gördükləri əzab-əziyyətə) səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi
yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı
olanlara) sərf edərlər.
[28:55]
Onlar boş (yersiz) bir söz
eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra
da onlarla çənə-boğaz olmaq) istəmirik!" - deyirlər.
[28:56]
(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru
yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)
[28:57]
(Qüreyşlilər) dedilər: "Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq". Məgər Biz onları ?zümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi,
(daxilində Kə'bə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların
əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu ne'mətin qədrini) bilməz!
[28:58]
Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir
hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır.
Onlara Biz varis olduq.
[28:59]
(Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz
yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!
[28:60]
Sizə verilən hər hansı bir şey
(dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (ne'mətlər) isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya
malını axirətin əbədi ne'mətlərindən üstün tutursunuz!)
[28:61]
Məgər verdiyimiz gözəl bir və'də (Cənnətə) qovuşan kimsə, (əvvəlcə) fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəm oduna) gətiriləcək kimsə ilə eyni ola bilərmi?!
[28:62]
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır:
"Mənim şəriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar)
haradadırlar?!
[28:63]
Haqlarında hökm (və'd etdiyimiz əzab) vacib olanlar (şeytanlar və müşriklərin rəisləri) deyəcəklər: "Ey Rəbbimiz! Bunlar
bizim (haqq yoldan) azdırdığımız kimsələrdir. ?zümüz nə cür
azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər (yalnız öz nəfslərinə uyurdular).
[28:64]
(Müşriklərə) belə deyiləcək: "Şəriklərinizi çağırın!" (Müşriklər)
ortaqlarını çağıracaq,
lakin onlar (müşriklərə) cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər onlar (dünyada) doğru yola gəlmiş olsaydılar (axirətdə əzab görməzdilər).
[28:65]
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır:
"Peyğəmbərlərə nə cavab verdiniz?"
[28:66]
O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin heybətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında
olacaqdır).
[28:67]
Tövbə edərək iman gətirib
yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları mümkündür.
[28:68]
Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların
(bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı
yoxdur. Allah pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik
qoşduqlarından (bütlərdən) ucadır! (Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan uludur!)
[28:69]
Sənin Rəbbin onların ürəklərinin gizli
saxladığı və özlərinin də aşkar
etdiyi hər şeyi (qəlblərinin sirlərini və açıq-aşkar əməllərini) bilir.
[28:70]
Odur Allah. Ondan başqa heç bir tanrı
yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur.
Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!
[28:71]
(Ya Rəsulum!) De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı,
(haqq olan) Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər (öyüd-nəsihət) eşitmirsinizmi?"
[28:72]
De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər (gecə ilə gündüzün bir-birinin əvəz etməsinin Allahdan sizə bir
lütf olmasını) görmürsünüzmü?"
[28:73]
(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qaranlıq) və gündüzü
(işıq) yaratdı ki,
(gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu ne'mətə görə Allaha) şükür edəsiniz!
[28:74]
O gün (qiyamət günü Allah müşriklərə) müraciət edib belə
buyuracaqdır: "Şəriklərim olduqlarını
iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?"
[28:75]
(O gün) hər ümmətdən (öz peyğəmbərləri olmaqla) bir şahid
çıxardacaq və (müşriklərə): "(Allah şərik qoşmağınızın lüzumu barədə) tutarlı dəlilinizi gətirin!" - deyəcəyik. Onlar haqqın
yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurub düzəltdikləri (bütlər) isə qeyb olacaqlar! (Onları qoyub qaçacaqlar!)
[28:76]
Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü
yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını
bir dəstə güclü adamın zorla
daşıya biləcəyi xəzinələr vermişdik.
Qövmü ona belə dedi: "(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah
(malına qürrələnib) sevinənləri sevməz!
[28:77]
Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O
maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu
mə'nasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq
etdiyi kimi, sən də (varından yoxsullara,
qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!"
[28:78]
(Qarun) dedi: "Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya
yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir.
Məgər o (Qarun) Allahın
ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).
[28:79]
(Bir gün Qarun) faxir libas geyib ö zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı ə'yanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!"
[28:80]
(Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün
Allahın mükafatı (təmənnasında olduğunuz
var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu ne'mətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!"
[28:81]
Nəhayət, (Musanın
duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha
qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq)
bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası
Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın ?zündən başqa o əzabdan heç kəs qurtara bilməz!)
[28:82]
Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: "Vay (biz heç bilməmişik)! Sən demə, Allah ?z bəndələrindən istədiyinin ruzisini artırarmış da,
azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat
tapmayacaqlarmış!"
[28:83]
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan
qorxub pis əməllərdən çəkinənlərindir!
[28:84]
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı
əməllə (səmimi-qəlbdən imanla) gəlsə, ona bundan (əməlindən) daha
yaxşısı verilər (Cənnətə nail olar). Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!)
[28:85]
(Ya Rəsulum!)
Qur'anı (oxumağı və təbliğ etməyi, yaxud
hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək
çıxdığın Məkkəyə) səni yenə də qaytaracaqdır. De: "Rəbbim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni də (yaxud doğru yolda olanı da), haqq yoldan
açıq-aşkar azanı da
(hamıdan) yaxşı tanıyır!"
[28:86]
Sən Qur'anın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma! (Kafirlər Peyğəmbər əleyhissəlama cürbəcür və'dlər verməklə onu öz
atalarının dininə də'vət edirdilər. O isə kafirlərin bu və'dini Allahın köməyi ilə həmişə rədd edirdi).
[28:87]
(Ya Rəsulum!)
Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə) də'vət et və əsla müşriklərdən olma!
[28:88]
Və
Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur.
Siz (qiyamət günü) məhz Onun hüzuruna
qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam üçün icrası əsla mümkün olmayan
bu şeyləri ona qadağan etmək və tez-tez xatırlatmaq əslində müşriklərin və kafirlərin əllərini ondan üzmələri və mə'nasız təkliflərlə onu narahat etməmələri üçündür).
Al-Ankabût
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[29:1]
Əlif, Lam, Mim!
[29:2]
İnsanlar (mö'minlər) yalnız:
"İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı
sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları
yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mö'min olduğunu ayırd edib bilək!)
[29:3]
Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!
[29:4]
Yoxsa pis əməllər edənlər əzabımızdan
sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
[29:5]
Hər kəs Allahla
qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi)
eşidəndir, biləndir!
[29:6]
(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı
onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdiklərin əməllərin savabı da,
günahı da yalnız özlərinə aiddir).
[29:7]
İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya:
gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).
[29:8]
Biz insana ata-anasına
yaxşılıq etməyi (onlarla
gözəl davranmağı)
tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik
qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma
qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!
[29:9]
İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)
[29:10]
Adamlar arasında elələri də vardır ki,
"Biz Allaha iman gətirdik!" - deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (mö'minlərə) bir zəfər gəlsə, mütləq: "Biz də sizinləyik!" - deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı)
bilmirmi?!
[29:11]
Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!
[29:12]
Kafir olanlar iman gətirənlərə dedilər: "Bizim yolumuza
(dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik". Halbuki
onların (iman gətirənlərin) heç bir
günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!
[29:13]
Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla (yoldan
çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət günü onlar
uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!
[29:14]
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların
arasında min ildən əlli əskik (doqquz yüz əlli il)
qaldı. Onlar zülm edərkən tufan onları
yaxaladı.
[29:15]
Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.
[29:16]
(Ya Rəsulum!)
İbrahimi də (yad et)! Bir zaman o
öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!
[29:17]
Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara
tanrı deməklə) yalan uydurursunuz.
Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona
tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun
hüzuruna qaytarılacaqsınız!"
[29:18]
(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki)
sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!
[29:19]
Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün
asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra
laxtalanmış qandan, daha sonra
bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq
çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)
[29:20]
(Ya Rəsulum!) De: "Yer üzünü gəzib
(Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını
yaradacaqdır. (Birinci
yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!
[29:21]
(Allah) istədiyinə əzab verər, istədiyini də
bağışlayar. Siz (qiyamət günü) məhz Onun hüzuruna
qaytarılacaqsınız!
[29:22]
Siz nə yerdə, nə də göydə (Allahı)
aciz buraxa bilməzsiniz! (Yerdə də olsanız, göyə də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan
başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!"
[29:23]
Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.
[29:24]
Tayfasının (İbrahimin sözlərinə) cavabı: "Onu öldürün, yaxud da
yandırın!" - deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas
etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
[29:25]
(İbrahim onlara) dedi: "Sizin
Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda
olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü
bir-birinizi inkar edəcək, bir-birinizə lə'nət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından
qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!"
[29:26]
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun
peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: "Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!"
[29:27]
Biz ona (İbrahimə) İshaqı və Yə'qubu bəxş etdik,
peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun
mükafatını verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!
[29:28]
(Ya Rəsulum!) Lutu da
(yad et)! Bir zaman o öz qövmünə demişdi:
"Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi
görürsünüz?
[29:29]
Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq,
mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?" Tayfasının (Lutun
sözlərinə) cavabı ancaq: "Əgər doğru
danışanlardansansa, bizə Allahın əzabını gətir!" - deməkdən ibarət oldu.
[29:30]
(Lut: ) "Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı
mənə yardım et!" - dedi.
[29:31]
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə'qubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun
peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)", dedilər.
[29:32]
(İbrahim) dedi: "Orada (onların
içində Allahın mö'min bəndəsi) Lut da var!" Onlar: "Biz orada kimin olduğunu (hamıdan)
yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!" - deyə cavab verdilər.
[29:33]
Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı.
(Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar
qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub mə'yus oldu). Onlar dedilər: "Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!
[29:34]
Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!"
[29:35]
Həqiqətən, Biz dərindən düşünən bir qövm
üçün (baxıb ibrət aslsınlar
deyə) o məmləkətdən açıq-aydın bir
nişanə (xarabalıq) qoyduq.
[29:36]
Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi:
"Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada
ibadət etməklə qiyamət gününə ümid bəsləyib savab işlər görün.
Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin!"
[29:37]
Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir sarsıntı
(zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar
(hamısı həlak oldu).
[29:38]
Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz xaraba
qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirikn)
əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq
yoldan çıxartdı.
[29:39]
Biz Qarunu da, Fir'onu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük etdilər və (buna görə də əzabımızdan) sovuşa bilmədilər!
[29:40]
Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına
görə cəza verdik). Kiminin
başı üstünə
(qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi,
onlar özləri özlərinə zülm edirdilər.
[29:41]
Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək
yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb
adicə bir yel nəticəsində
dağıldığı kimi,
onların bu dostlarının da heç bir e'tibarı yoxdur. Bərk ayaqda onları qoyub
qaçarlar).
[29:42]
Şübhəsiz ki, Allah onların
Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[29:43]
Biz bu məsəlləri insanlar üçün çəkirik.
Onları yalnız (haqqı) bilənlər anlayarlar.
[29:44]
Allah göyləri və yeri haqq olara (lazımınca) yaratdmışdır. Həqiqətən, bunda (bu
yaradılışda) mö'minlər üçün bir ibrət vardır!
[29:45]
(Ya Rəsulum!) Qur'anda
sənə vəhy olunanı oxu və
(vaxtı-vaxtında) namaz qıl.
Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq),
şübhəsiz ki, (savab e'tibarilə bütün başqa
ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün
yaxşı və pis əməllərinizi) bilir!