PART 21

 

[29:46]

Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: "Biz həm özümüzə nazil olana (Qur'ana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!"

[29:47]

(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Qur'anı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qur'ana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

[29:48]

(Ya Rəsulum!) Sən bundan (bu Qur'andan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).

[29:49]

Xeyr, bu (Qur'an) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər.

[29:50]

(Müşriklər: ) "Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) mö'cüzə nazil olmadı?" - dedilər. (Ya Rəsulum!) De: "Mö'cüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

[29:51]

Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!

[29:52]

De: "Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"

[29:53]

(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

[29:54]

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qaplayacaqdır!

[29:55]

O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: "Etdiyiniz əməllərin cəzasını dadın!" - deyə buyuracaqdır.

[29:56]

Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!

[29:57]

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!

[29:58]

İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!

[29:59]

O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!

[29:60]

(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)

[29:61]

(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): "Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?

[29:62]

Allah ?z bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir!

[29:63]

Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): "Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?" - deyə soruşsan, onlar mütləq: "Allahdır!" - deyə cavab verəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).

[29:64]

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).

[29:65]

(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.

[29:66]

Onlara verdiyimiz ne'məti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib zövz alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq biləcəklər!

[29:67]

Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın ne'mətinimi danırlar?

[29:68]

Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Qur'an və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)

[29:69]

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö'minlərin tərəfində durar!)

 

Ar-Rûm

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[30:1]

Əlif, Lam, Mim!

[30:2]

Rumlular (bizanslılar iranlılara) məğlub oldular.

[30:3]

(Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.

[30:4]

Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün mö'minlər sevinəcəklər;

[30:5]

Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

[30:6]

(Bu zəfəri Kitab əhlinə) Allah və'd etdi. Allah ?z və'dinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!

[30:7]

Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.

[30:8]

Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə vəəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.

[30:9]

Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox adab etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar mö'cüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

[30:10]

Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!

[30:11]

Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.

[30:12]

Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar. (?zlərini təmizə çıxarmaq üçün heç bir dəlil, sübut gətirə bilməyəcəklər).

[30:13]

(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.

[30:14]

Qiyamət qopacağı gün - məhz o gün (mö'minlərlə kafirlər bir-birindən) ayrılacaqlar.

[30:15]

İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar.

[30:16]

Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar (gətiriləcəklər).

[30:17]

Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şə'ninə tə'riflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)

[30:18]

Göylərdə və yerdə həmd (şükür və tə'rif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şə'ninə tə'riflər deyin! (İkindi və günorta namazlarını qılın!)

[30:19]

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.

[30:20]

Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

[30:21]

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!

[30:22]

Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!

[30:23]

Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), ne'mətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!

[30:24]

Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.

[30:25]

Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.

[30:26]

Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın bəndələridir). Hamısı Ona boyun əyər!

[30:27]

Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır).

[30:28]

(Allah) sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (özünüz kimi azad adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə, yox! Elə isə bəs Allaha ?z aciz bəndələrini, bütləri şərik qoşmağa necə razı olursunuz?) Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik.

[30:29]

Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!

[30:30]

(Ya Rəsulum! Ummətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman - təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).

[30:31]

(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!

[30:32]

O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə'zisi bütlərə, bə'zisi günəşə və aya, bə'zisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər.

[30:33]

İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra (Allah) ?z mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimiərilərindən bir qismi Rəbbinə şərik qoşar.

[30:34]

Bizim onlara verdiyimiz ne'mətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) mütləq biləcəksiniz!

[30:35]

Yoxsa Biz (müşriklərə Allaha) şərik qoşmaqlarını söyləyən (təsdiq edən) bir dəlil (kitab) göndərdik?!

[30:36]

İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal mə'yus olarlar (hər şeydən ümidlərini üzərlər).

[30:37]

Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

[30:38]

(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!

[30:39]

(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!

[30:40]

Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!

[30:41]

İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə'zi yerlərdə quraqlıq, qıtlıq olar, bə'zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə'zi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.

[30:42]

(Ya Rəsulum! Məkkə əhlinə) de: "Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.

[30:43]

(Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab çəkildikdən sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö'minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər).

[30:44]

Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki,

[30:45]

(Allah) iman gətirib saleh əməl edənlərə ?z lütfündən (?z kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!

[30:46]

Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə ?z mərhəmətindən daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne'mətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne'mətlərinə) şükür edəsiniz!

[30:47]

(Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö'cüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Mö'minlərə kömək etmək Bizə vacibdir! (Biz ?z və'dimizə əməl edərək mö'minlərə yardım etməliyik!)

[30:48]

Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.

[30:49]

Həənd ki üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) əvvəl (ondan) ümidlərini üzmüşdülər.

[30:50]

(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!

[30:51]

Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində əkinlərin) saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.

[30:52]

Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!

[30:53]

Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! (Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)

[30:54]

Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!

[30:55]

Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).

[30:56]

Elm və iman sahibləri isə belə deyərlər: "Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!"

[30:57]

O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah rizasını diləmələri) də istənilməz!

[30:58]

Biz bu Qur'anda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir mö'cüzə gətirsən belə, onlar mütləq: "Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!" - deyəcəklər.

[30:59]

Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyər!

[30:60]

(Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) və'di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni e'tinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)

 

Luqmân

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[31:1]

Əlif, Lam, Mim!

[31:2]

Bu hikmətli Kitabın (Qur'anın) ayələridir.

[31:3]

(O Qur'an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.

[31:4]

O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.

[31:5]

Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!

[31:6]

İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə'nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

[31:7]

Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!

[31:8]

İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.

[31:9]

Onlar orada əbədi qalacaqlar. Allahın (mö'minlərə verdiyi cənnət) və'di haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!

[31:10]

Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.

[31:11]

Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar).

[31:12]

Həqiqətən, Loğmana: "Allaha şükür et!" (deyə) hikmət verdik. Kim (Allahın ne'mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tə'rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)

[31:13]

(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)"

[31:14]

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!

[31:15]

Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!"

[31:16]

(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!

[31:17]

Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!

[31:18]

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!

[31:19]

Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Cünki ən çirkin səs uzunqulaq səsidir!

[31:20]

(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) ne'mətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər.

[31:21]

Onlara (Məkkə əhlinə): "Allahın nazil etdiyinə (Qur'ana) tabe olun!" deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!" - deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)

[31:22]

Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qur'andan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)

[31:23]

Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

[31:24]

Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!

[31:25]

(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!

[31:26]

Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tə'rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)

[31:27]

Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!

[31:28]

(Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!

[31:29]

(Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində)əyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!

[31:30]

Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!

[31:31]

(Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə'zisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, (Allahın ne'mətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!

[31:32]

(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bə'ziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bə'ziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!

[31:33]

Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və'di, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah ?z bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!

[31:34]

Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!

 

As-Sajdah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[32:1]

Əlif, Lam, Mim!

[32:2]

Kitabın (Qur'anın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!

[32:3]

Yoxsa (müşriklər): "(Muhəmməd) onu özündən uydurmuşdur!" - deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!

[32:4]

Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət (əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

[32:5]

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr.

[32:6]

O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

[32:7]

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.

[32:8]

Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi.

[32:9]

Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu ne'mətlərə) az şükür edirsiniz!

[32:10]

(Axirətə inanmayanlar) dedilər: "Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?" Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!

[32:11]

(Ya Rəsulum!) De: "Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!"

[32:12]

(Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: "Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!" - deyəndə görəydin!

[32:13]

Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Cünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)

[32:14]

(Kafirlər Cəhənnəmə girdikdə Allah onlara belə buyurar: ) "Bu günə yetişəcəyinizi unutduğunuza görə indi dadın (əzabı)! Biz də sizi unutduq. (Cəhənnəmdə köməksiz buraxdır). Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!"

[32:15]

Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.

[32:16]

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.

[32:17]

Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö'minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne'mətlər gizlənib saxlandığını heç kəs bilməz!

[32:18]

Məgər mö'min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!

[32:19]

İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Mə'va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar).

[32:20]

Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyiləcəkdir.

[32:21]

Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!

[32:22]

Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!

[32:23]

Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam me'rac gecəsi Musa ilə görüşüb danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.

[32:24]

(Cətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə'yin etmişdik.

[32:25]

(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin onların (mö'minlərlə kafirlərin) arasında qiyamət günü ixtilafda olduqları (dini) məsələlər barədə hökm verəcəkdir!

[32:26]

Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri (peyğəmbərlərini yalançı saydıqlarından ötrü) məhv etdiyimizi görmürlərmi? Həqiqətən, bunda (Məkkə müşrikləri üçün) ibrətlər vardır. Məgər (haqqa) qulaq asmayacaqlar?

[32:27]

Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə) görmürlər?

[32:28]

Onlar: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu fəth (Məkkənin fəthi, Bədr vuruşu, yaxud qiyamət günü) nə vaxt olacaqdır? - deyə soruşarlar.

[32:29]

(Ya Rəsulum!) De: "Fəth günü kafirlərlə (sonrakı) imanı heç bir fayda verməz və onlara (tövbə etmək üçün) möhlət də verilməz!"

[32:30]

(Ya Rəsulum!) Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin ölümünü, başına bir iş gələcəyini və ya sənə qələbə çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər çalacaqsan, çünki Allah səninlədir!)

 

Al-Ahzâb

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[33:1]

Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[33:2]

Rəbbindən sənə vəhy olunana (Qur'ana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!

[33:3]

Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!

[33:4]

Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mə'nasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!

[33:5]

Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!

[33:6]

Peyğəmbər mö'minlərə onların özlərindən daha yaxındır. (Mö'minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö'minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında mö'minlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan mö'minlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).

[33:7]

(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki,

[33:8]

(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!

[33:9]

Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne'mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.

[33:10]

O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö'minlər Allahın ?z və'dinə doğru olduğuna inanır, münafiqlər isə e'tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).

[33:11]

Məhz onda (Xəndək vuruşunda) mö'minlər imtahana çəkilmiş (kimin həqiqi mö'min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.

[33:12]

O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan və'd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər.

[33:13]

O zaman onlardan bir tayfa: "Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!" - demişdi. Başqa bir dəstə isə: "Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)" - deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.

[33:14]

Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.

[33:15]

Halbuki bundan əvvəl (Uhüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual olunacaqdır!

[33:16]

(Ya Peyğəmbər! Bu münafiqlərə) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)

[33:17]

De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.

[33:18]

Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: "Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)" - deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,

[33:19]

(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (mö'minlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!

[33:20]

(Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö'minlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.

[33:21]

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!

[33:22]

Mö'minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: "Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) və'didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö'minlərə kafirlər üzərində qalib olmağı və'd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!" Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı.

[33:23]

Mö'minlərərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi dəəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki,

[33:24]

Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!

[33:25]

Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah mö'minlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

[33:26]

Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.

[33:27]

(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!

[33:28]

Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!

[33:29]

Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allahərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbər əleyhissəlamın xanımları dünya ne'mətlərindən vaz keçib axirət yurdunu daha üstün tutdular).

[33:30]

Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!