PART
22
[33:31]
Sizdən hər kim
Allaha və Rəsuluna itaət edib
yaxşı işlər görsə, onun mükafatını
ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə)
tükənməz (gözəl,
minnətsiz) ruzi
hazırlamışıq.
[33:32]
Siz ey Peyğəmbərin zövcələri! Allahdan
qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız
daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə)
danışmayın, yoxsa qəlbində mərəz (şəkk,
nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız
zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud
qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)
[33:33]
Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq
olmayın. (Bər-bəzəyinizi taxaraq evdən
çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
[33:34]
Allahın evlərinizdə oxunan ayələrini (Qur'anı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (mö'minlərə)
lütfkardır, (bəndələrinin bütün əməllərindən)
xəbərdardır!"
[33:35]
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö'min kişilər və qadınlar, (Allaha) müt'i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan
kişilər və qadınlar və Allahı çox
zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət
(bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!
[33:36]
Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö'min kişiyə və qadına öz
işlərində başqa yol seçmək (öz
ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha
və Onun Peyğəmbərinə asi
olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!
[33:37]
(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) ne'mət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne'mət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla
(boşama), Allahdan qorx!" - deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu
almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun
boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini
boşadıqları zaman onlarla
evlənməkdə mö'minlərə heç bir çətinlik (günah)
olmasın! (Bu işdən
mö'minlərə
heç bir günah gəlmədiyini bildirmək üçün belə bir
övrətlə birinci səni evləndirib bütün müsəlmanlara
nümunə etdik). Allahın
hökmü mütləq yerinə yetər!
[33:38]
Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur.
Daha öncə gəlib-getmiş (Davud, Süleyman və
başqaları kimi) peyğəmbərlər
barəsində də Allahın qayda-qanunu (sünnəsi)
belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)
[33:39]
O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə
kifayətdir.
[33:40]
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası
deyildir. (Oğul odur ki, kişinin
öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!
[33:41]
Ey iman gətirənlər! Allahı çox
zikr edin!
[33:42]
Onu səhər-axşam təqdis edib şə'ninə tə'riflər deyin! (Sübh, günorta,
ikindi, axşam və gecə namazlarını
qılın!)
[33:43]
Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı
dilərlər!). Allah mö'minlərə rəhm edəndir!
[33:44]
(Mö'minlərin) Ona qovuşacaqlarını
gün (Cənnətdə bir-birinə)
xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua)
"salam"dır! (Allah) onlar üçün çox qiymətli
(tükənməz, gözəl) mükafat
hazırlamışdır.
[33:45]
Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!
[33:46]
(Biz səni) Allahın
izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq
göndərdik!
[33:47]
Mö'minlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!
[33:48]
Kafirlərə və münafiqlərə itaət etmə. Onların
(sənə
olan) əziyyətlərinə əhəmiyyət
vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət
edər.
[33:49]
Ey iman gətirənlər! Əgər mö'min qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb
gözləmə müddətini başa vurmağa məcbur
etməyin. Aranızda
yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl tərzdə sərbəst buraxın!
[33:50]
Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını,
xalalarının
qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mö'min qadını - digər mö'minlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr
barəsində ("Nisa" surəsində)
nə hökm etdiyimizi (onlara hansı qadınları
halal buyurduğumuzu və bu məsələdə
onları Peyğəmbərlə bir tutmamağımızın
hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə)
bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə
halal etdik). Allah bağışlayandır, rəhm edəndir!
[33:51]
(Ya Rəsulum!) Onlardan (zövcələrindən)
istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) tə'xirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz
yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini tə'xirə
saldığın, yaxud ric'i talaqla boşadığın)
övrətlərindən
də istədiyini
(yenidən) öz
yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların
gözlərinin aydın
olması (sevinmələri), kədərlənməmələri və
sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox
kimə meyl etdiyini) bilir.
Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza
verməkdə tələsməz!)
[33:52]
Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları,
gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!
[33:53]
Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə
yeməyə
icazə verilmədən (yeməyə də'vət olumadan)
girib onun bişməsini gözləməyin.
Lakin də'vət olunduqda gedin və
(yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə
qapılmayıb
dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə
əziyyət verir, amma o sizdən
(bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin
zövcələrindən) bir
şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə
daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik
bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!
[33:54]
Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud onu (qəlbinizdə) gizli
saxlasanız, (fərqi yoxdur) Allah
hər şeyi biləndir! (Sizin bütün aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha mə'lumdur!)
[33:55]
Onlara (Peyğəmbərin və mö'minlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları,
bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara görünmək, onlarla
söhbət etmək xüsusunda) heç bir günah
yoxdur. (Siz ey
qadınlar!) Allahdan qorxun! (Onun sizə
buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
[33:56]
Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat
göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!
(Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)
[33:57]
Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lə'nət eləmiş (?z rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab
hazırlamışdır!
[33:58]
Mö'min kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!
[33:59]
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə
de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini
başdan-ayağa gizlədən) örtüklərini
örtsünlər. Bu onların tanınması
(cariyə deyil, azad
qadın
olduqlarının bilinməsi)
və onlara əziyyət verilməməsi
üçün daha münasibdir. Allah
bağışlayandır, rəhm edəndir!
[33:60]
Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə
qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.
[33:61]
(Onlar) məl'unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.
[33:62]
Allahın (onlardan)
öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!
[33:63]
Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).
[33:64]
Şübhəsiz ki, Allah kafirlərə lə'nət eləmiş və onlar üçün yanar
od hazırlamışdır.
[33:65]
Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər.
[33:66]
Uzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala
düşdüyü) gün onlar: "Kaş
Allaha müt'i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.
[33:67]
Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə
itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.
[33:68]
Ey Rəbbimiz! Onlara ikiqat əzab ver,
onları böyük bir lə'nətə
(əzaba) düçar elə!"
[33:69]
Ey iman gətirənlər! Musaya əziyyət verən
kəslər
kimi olmayın. Allah (Musanı) onların dediklərindən
(böhtanlarından) təmizə çıxartdı. O, Allah
yanında çox hörmətli (qədir-qiymətli) idi.
[33:70]
Ey iman gətirənlər! Allahdan qorxun və doğru
söz söyləyin!
[33:71]
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı
bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
[33:72]
Biz əmanəti (Allaha itaət və ibadəti, şər'i hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən
(götürüb özləri ilə
daşımaqdan) qorxub çəkindilər. Ona insan
yükləndi. Həqiqətən, o çox zalım, çox
cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi).
[33:73]
Allah münafiq kişiləri və qadınları,
müşrik kişiləri və qadınları əzaba
uğratsın, mö'min
kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına
tapşırdı). Allah
(mö'minləri) bağışlayandır,
rəhm edəndir!
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[34:1]
Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!
[34:2]
Yerə daxil
olanı da, (yerdən)
çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir.
(Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir,
bağışlayandır!
[34:3]
(Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de:
"Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda)
olmasın!"
[34:4]
(Bütün bunlar ona görədir ki, Allah) iman gətirib
yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları
bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
[34:5]
Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.
[34:6]
(Kitab əhlindən Abdullah ibn Salam kimi)
elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Qur'anın) haqq
olduğunu və onun (mö'minlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.
[34:7]
Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər: "Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa
qarışandan) sonra yenidən yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?
[34:8]
Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?" Xeyr,
axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).
[34:9]
Məgər onlar
başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? (Yer və göy
onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda
tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!
[34:10]
Həqiqətən, Biz Davuda ?z dərgahımızdan
bir lütf bəxş edib: "Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla)
birlikdə Allahı təqdis edib şə'ninə tə'riflə deyin!" - deyə buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq.
(Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).
[34:11]
(Biz Davuda belə buyurduq: )
"Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları)
toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri
kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!"
[34:12]
Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol,
günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mə'dənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi,
Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun
yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa,
ona cəhənnəm odunun əzabından
daddırırdıq.
[34:13]
Onun (Süleyman) üçün nə istəsə - mə'bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun
birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu ne'mətə şükür edin!) Bəndələrimdən (ne'mətlərimə) şükür edəni azdır!
[34:14]
Sonra (Süleymanın) ölümünü hökm
etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac
qurdu xəbər verdi. (Süleymanın
əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə
yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində
qalmazdılar.
[34:15]
Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan
(dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:
) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin.
(Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də)
bağışlayan bir Rəbbdir!"
[34:16]
Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini
göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr
ağacı olan iki bağçaya çevirdik.
[34:17]
Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?
[34:18]
Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlət (Şam və Urdun) arasında
bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada
gediş-gəliş yaratmışdıq (belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər). (Onlara belə demişdik: ) "Gecələri-gündüzləri (istədiyiniz vaxt) orada arxayın gəzib-dolanın!"
[34:19]
Lakin onlar: "Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!" - dedilər və öz-özlərinə zülm etdilər. Biz
onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, ?vs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində "Səba əhli kimi pərən-pərən düşdülər" məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbir, (ne'mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
[34:20]
İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mö'min istisna
olmaqla, hamısı ona uydu.
[34:21]
Əslində (İblisin)
onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün
(İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Mö'minlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər).
[34:22]
(Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın".
Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!
[34:23]
Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bə'zi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): "Rəbbiniz nə buyurdu?" - deyə soruşar, o biriləri də: "Haqqı
(buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!" - deyə cavab verərlər.
[34:24]
(Ya Peyğəmbər! Müşriklərə) de: "Göylərdə və yerdən sizə ruzi verən kimdir?" (Əgər onlar sənə: "Bilmirik",- deyə cavab versələr) de: "Allahdır!
Elə isə doğru yolda olan, yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa
siz?"
[34:25]
De: "Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual
olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual
olunmayacağıq!
[34:26]
De: "Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!"
[34:27]
De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O
(bir olan) Allahdır!"
[34:28]
(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün
insanlara (mö'minlərə Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!
[34:29]
Onlar (Məkkə müşrikləri): "Əgər doğru
danışırsınızsa, (bir xəbər verin görək) bu və'd (əzab və'dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə
soruşarlar.
[34:30]
(Onlara) belə de: "Sizə və'd olunmuş bir gün
(qiyamət günü) vardır ki, ondan
bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"
[34:31]
(Kitab əhlinin mö'minləri məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük",- söylədikləri zaman) kafir olanlar dedilər: "Biz nə bu Qur'ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!"
(Ya Rəsulum!) Kaş sən o zalımları
(haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı
tutanlara (tabe olanların öz rəislərinə): "Əgər siz olmasaydınız,
biz mütləq mö'min olardıq!" - dedikləri zaman görəydin.
[34:32]
(Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: "Əcaba, sizə
doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz
günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)"
[34:33]
Acizlər özlərini yuxarı
tutanlara deyərlər: "Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı
danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz". Onlar əzabı gördükdə için-için
peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.
[34:34]
Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər göndərdikdə, onun naz-ne'mət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, mö'cüzələri) inkar edirik!" - dedilər.
[34:35]
Onlar: "Bizim mal-dövlətimiz və
övladımız (iman gətirən bu yoxsullarınkından) daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olamsaydı, bol ruzi verməzdi)" - dedilər.
[34:36]
(Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!"
[34:37]
Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də
oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı
işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları
qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq
içində yaşayacaqlar.
[34:38]
(Bizi) aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə (qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər.
[34:39]
(Ya Peyğəmbər!) De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah
yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!"
[34:40]
O gün (qiyamət günü Allah) onları
(müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: "Bunlar sizəmi ibadət edirdilər?"
[34:41]
(Mələklər: ) "Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi", - deyə cavab verəcəklər.
[34:42]
Bu gün bir-birinizə nə bir xeyir (fayda) nə də bir zərər verə bilərsiniz. Zalımlara da: "Dadın (dünyada) yalan hesab
etdiyiniz cəhənnəm odunun əzabını!" - deyəcəyik.
[34:43]
Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq
oxunduğu zaman: "Bu ancaq
sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!" deyər, (Qur'an
haqında isə: ) "Bu, uydurma yalandan başqa bir şey
deyildir!" söyləyərlər. Kafir olanlara haqq
(Qur'an) gəldikdə onun barəsində: "Bu yalnız
açıq-aşkar bir sehrdir!" - deyərlər.
[34:44]
Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.
[34:45]
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda
birinə belə nail olmamışlar.
Amma onlar Mənim Peyğəmbərimi yalançı
saydılar. (Ya Rəsulum! Bir
görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib
onlara olan ne'mətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün
təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)
[34:46]
(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin
yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir
divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!"
[34:47]
De: "Mən (bunun müqabilində) sizdən heç bir muzd
(mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə
şahiddir!"
[34:48]
De: "Rəbbim haqqı (vəhyi və risaləti ?z peyğəmbərlərinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!"
[34:49]
De: "Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!" (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o
özlüyündə puçdur!)
[34:50]
De: "Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Qur'an) sayəsindədir. Həqiqətən, O (kimin nə dediyini)
eşidəndir, (dua edən bəndələrinə) yaxındır.
[34:51]
(Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə mənzərə!) Artıq qaçıb can
qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar.
[34:52]
Onlar: "Ona (Qur'ana və ya Muhəmməd əleyhissəlama) inandıq!"
- deyirlər. Amma (axirət kimi) uzaq bir
yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!)
[34:53]
Halbuki onlar bundan əvvəl onu (Allah kəlamını, yaxud Peyğəmbəri) inkar etmişdilər və uzaq bir yerdən qeybə
(qaranlığa daş) atırdılar (qeybə dair bilmədikləri şeylər barəsində danışırdılar).
[34:54]
Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir.
(Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Cünki onlar da (axirət əzabı barəsində) dərin bir şəkk içində idilər.
Fâtir
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[35:1]
Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
[35:2]
Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne'mətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir
şeyi də ?zündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[35:3]
Ey insanlar! Allahın sizə olan ne'mətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq
varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan)
döndərilirsiniz?
[35:4]
Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər təkzib olunmuşdu. Bütün
işlər (axırda) ancaq Allaha
qayıdacaqdır
(qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə
yardım göstəriləcəkdir!)
[35:5]
Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və'di haqdır. Dünya həyatı sizi
aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!
[35:6]
Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O
özünə uyanları cəhənnəm əhli olmağa çağırır.
[35:7]
Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı
işlər görənləri isə bağışlanma və böyük bir mükafat (Cənnət) gözləyir!
[35:8]
Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın
doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!
[35:9]
Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (?lüləri) diriltmək də belədir!
[35:10]
Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak
söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına)
yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.
[35:11]
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt
yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. ?mür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması
da ancaq kitabda (lövhi-məhfuzda)
yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox
asandır.
[35:12]
İki dəniz eyni deyildir. Birinin
suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir,
taxdığınız (inci və mərcan kimi) bəzəklər
çıxardırsınız. Onun (Allahın) lütfündən (ne'mətindən) ruzi diləyib
axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara
görə), bəlkə, (Allaha) şükür edəsiniz.
[35:13]
(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe)
etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan
Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.
[35:14]
Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı
eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq
qabiliyyəti verməmişdir). ?zləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu
(onlara büt kimi ibadət etdiyinizi)
danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!
[35:15]
Ey insanlar! Siz Allaha
möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə'rifə) layiqdir! (Onun bütün
işləri bəyəniləndir!)
[35:16]
Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.
[35:17]
Bu, Allah üçün çətin deyildir!
[35:18]
Heç bir günahkar başqasının
günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq
üçün (başqa birisini köməyə) çağırsa və
(çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında)
namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı
özünə yetişər). Axır dönüş
ancaq Allahadır!
[35:19]
Kor ilə görən eyni olaz.
[35:20]
Zülmətlə nur da (eyni
deyildir)!
[35:21]
Kölgə (sərin) ilə isti (eyni olmaz).
[35:22]
Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar
kimi kafirlə mö'min, küfrlə iman, Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!
[35:23]
Sən ancaq (müşrikləri, kafirləri Allahın əzabı ilə) qorxudan bir
peyğəmbərsən!
[35:24]
Doğrudan da, Biz səni haqla (Qur'anla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun
içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!
[35:25]
Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar (heç ürəyini qısma). Onlardan
əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri onlara açıq-aşkar mö'cüzələr, səhifələr və (Tövrat, İncil
kimi) nurani kitab gətirmişdilər.
[35:26]
Sonra Mən o küfr edənləri (əzabla) yaxaladım. (Ya
Peyğəmbər! Bir görəydin) Mənim onları inkar etməyim (ne'mətimi nifrətə çevirərək cəzalandırmağım) necə oldu!
[35:27]
(Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağdırdığını
görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ,
qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) peyda etdik.
[35:28]
İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların
da bu cür müxtəlif rəngləri vardır. Allahdan ?z bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar
elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı
başa düşür və Ondan daha çox
qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (mö'minləri) bağışlayandır!
[35:29]
Allahın Kitabını oxuyan, namaz
qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli
və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar ki,
[35:30]
(Allah) onlara (əməllərinin) mükafatlarını versin və ?z lütfündən (kərəmindən) onlara artırsın!
Həqiqətən, (Allah) bağışlayandır, qədirbiləndir! (Bəndələrinə Ona etdikləri şükür
müqabilində bol ne'mət əta edər).
[35:31]
(Ya Peyğəmbər!) Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab
(Qur'an) haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır, (hər, şeyi)
görəndir!
[35:32]
Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əmələrdən çox olar), kimisi
mö'tədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də
Allahın izni ilə yaxşı
işlərdə (başqalarını ötüb) irəli keçər
(yaxşı əməlləri pis əməllərindən çox olar). Bu
(Kitaba varis olmaq) böyük lütfdür!
[35:33]
Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun
bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
[35:34]
Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz
bağışlayandır, qədirbiləndir!
[35:35]
Elə bir Rəbb ki, ?z lütfü (kərəmi) ilə bizi (əbədi
qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!"
[35:36]
Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!
[35:37]
Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi
buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!" (Onlara belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)!
Zalımların imdadına çatan
olmaz!"
[35:38]
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!
[35:39]
Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin küfrü öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey
artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!
[35:40]
(Ya Rəsulum! Məkkə müşriklərinə) de: "Mənə bir göstərin (deyin) görüm,
Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara
(ilahi) bir kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o
zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və'd verirlər.
[35:41]
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan
başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan
da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər).
[35:42]
(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq
doğru yolda olacaqları barədə Allaha çox möhkəm and
içmişdilər. Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini
artırdı (haqq yoldan daha da uzaqlaşdılar).
[35:43]
(Bu isə onların)
yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz
sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları
müsibətlərimi (həmin müsibətlərin onların öz
başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik
tapmazsan!
[35:44]
Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu
görmürlərmi? Halbuki onlar bunlardan
daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
[35:45]
Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib
qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Cünki Allah
öz bəndələrini görəndir!
Yâ-Sîn
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[36:1]
Ya, Sin!
[36:2]
(Ya Rəsulum!) Hikmətlə dolu Qur'ana and olsun ki,
[36:3]
Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş,
şəriət sahibi olan) peyğəmbərlərdənsən!
[36:4]
Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini
olan islam dinindənsən. Bu yolu tutub
gedən haqqa yetişər).
[36:5]
Bu Qur'an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,
[36:6]
(Onunla Cahiliyyət dövründə) ataları
(Allahın əzabı ilə) qorxudulmamış və (Allahın
hökmlərindən, imandan, tövhiddən) qafil olan bir
tayfanı xəbərdar edib qorxudasan!
[36:7]
And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini ?z əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit
etmişik).
[36:8]
Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları
yuxarı qalxmış, gözləri aşağı
dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına
bağlandığı üçün
başlarını yuxarı qaldırmağa, gözlərini də
aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).
[36:9]
Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini)
bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor
edilmiş, bütün iman yolları üzlərinə
bağlanmışdır. Onlar zahirən görsələr də, mə'nən kordurlar).
[36:10]
(Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!
[36:11]
Sən ancaq Qur'ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə)
bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!
[36:12]
Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik.
Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.
[36:13]
(Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini
(antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.
[36:14]
O zaman onlara iki elçi göndərmişdik, amma onlar
ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini)
üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik!"
[36:15]
(Antakiyalılar: ) "Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, mö'cüzə) nazil etməmişdir. Siz
sadəcə olaraq yalan
danışırsınız!" - dedilər.
[36:16]
(Elçilər) dedilər: "Rəbbimiz bizim,
doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.
[36:17]
Bizim vəzifəmiz yalnız (Allahın
hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!"
[36:18]
(Antakiyalılar) dedilər: "Biz sizdə bir nəhslik
gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq
üz verdi. Gəlişinizlə aramıza
nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi,
yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır".
[36:19]
(Elçilər)
dedilər: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz
ucbatınızdandır (öz
küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu
uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz
(günah etməkdə) həddi aşan bir camaatsınız!"
[36:20]
Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!
[36:21]
Sizdən (haqqa də'vət müqabilində) heç bir muzd
(mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!
[36:22]
(Antakiyalılar Həbib Həccardan: - Sən bu elçilərə tabe olmusanmı? - deyə soruşduqda o dedi: )
"Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
[36:23]
Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.
[36:24]
Belə
olacağı təqdirdə mən (haqq yoldan)
açıq-aşkar azmış olaram.
[36:25]
(Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"
[36:26]
(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından):
"Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne'mətləri, hörmət-izzəti gördükdən sonra) dedi:
"Kaş qövmüm biləydi ki,
[36:27]
Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!"