PART
24
[39:32]
Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri olduğunu deyən), özünə gələn həqiqəti (Qur'anı, peyğəmbəri) təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! (Əlbəttə, vardır!)
[39:33]
Haqqı (Qur'anı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və mö'minlər) isə əsl müttəqilərdir.
[39:34]
Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!
[39:35]
Allah (bununla)
onların etdikləri ən pis işlərin üstünü
örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir).
[39:36]
(Ya Peyğəmbər!) Məgər Allah ?z bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər)
isə səni
Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın
yoldan
çıxartdığı kimsəyə heç kəs
yol göstərə bilməz.
[39:37]
Allahın doğru
yola saldığı kimsəni də heç kəs yoldan
çıxarda bilməz. Məgər Allah (mülkündə hər şeyə qalib olan) yenilməz qüvvət sahibi, intiqam sahibi
deyilmi?!
[39:38]
Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim
yaratmışdır?!"
- deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər. (Ya
Peyğəmbər!) De:
"Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq
(sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül
edənlər yalnız Ona təvəkkül
edərlər!"
[39:39]
De: "Ey qövmüm! Siz
özünüzə uyğun tərzdə işinizi görün, mən
də özümə münasib şəkildə
işimi görəcəyəm (və ya siz əlinizdən
gələni edin, mən də
əlimdən gələni edəcəyəm). Siz mütləq biləcəksiniz ki,
[39:40]
Rüsvayçı əzab kimə gələcək, kim həmişəlik əzaba düçar olacaqdır!"
[39:41]
(Ya Peyğəmbər!) Biz Kitabı (Qur'anı) insanlar üçün sənə
haqq olaraq nazil etdik. Kim
doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən!
[39:42]
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü
zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da
ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). ?lümünə
hökm olunmuş
kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu
bir daha bədənlərinə qayıtmaz, beləliklə
də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış)
kimsələrin canlarını isə müəyyən bir müddətədək
(əcəlləri gəlib
çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə)
qaytarar. Həqiqətən, bunda düşünən bir qövm
üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!
[39:43]
Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya
Peyğəmbər!) De: "Onlar heç bir şeyə malik olmadıqları
və heç bir şey
qanmadıqları halda (şəfaətmi edəcəklər)?!"
[39:44]
De: "Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin
və yerin hökmü Onun əlindədir.
Sonra siz (qiyamət
günü) Onun hüzuruna
qaytarılacaqsınız!"
[39:45]
Allah tək olaraq anıldığı (la ilahə illallah
deyildiyi) zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər,
tanrılar) yad edildiyi zaman isə
onları dərhal sevinc bürüyər.
[39:46]
De: "Ey göyləri və yeri yoxdan yaradan, ey
gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları
(məsələlər) barəsində
Sən hökm edəcəksən!"
[39:47]
Yer üzündə nə (sərvət) varsa, hamısı,
üstəlik bir o qədər də kafirlərin olmuş
olsaydı, mütləq onun qiyamət gününün pis əzabından
qurtarmaq üçün fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). Və
(o zaman) Allahdan onlara
güman etmədikləri (gözləmədikləri əzab)
görünəcəkdir.
[39:48]
Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!
[39:49]
İnsana bir zərər toxunduğu
(sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir ne'mət ə'ta etdikdə: "Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!"
- deyər. Xeyr, bu bir imtahandır,
lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!
[39:50]
Şübhəsiz ki, bu sözü onlardan
(Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya
[39:51]
Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə müşriklərinin) zülm edənləri də qazandıqları
günahların cəzasına düçar olacaqlar. Onlar (Allahı) aciz buraxan deyillər (qaçıb canlarını əzabımızdan
qurtara bilməzlər).
[39:52]
Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!
[39:53]
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın.
Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O
bağışlayandır, rəhm edəndir!
[39:54]
(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!
[39:55]
Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qur'ana) tabe
olun!
[39:56]
(Elə edin
ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma!
Həqiqətən, mən (Allahın hökmlərinə, Qur'ana, Peyğəmbərə və mö'minlərə) istehza edirdim!" - deməsin.
[39:57]
Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" -
söyləməsin.
[39:58]
Və ya əzabı gördüyü zaman:
"Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!" - deməsin!
[39:59]
(Onun bu sözlərinin cavabında Allah belə buyurar: ) "Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, (iman gətirməyə) təkəbbür göstərdin və kafirlərdən olsun!"
[39:60]
(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)
[39:61]
Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik
(cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər.
[39:62]
Allah hər şeyin
xaliqidir. O, hər şeyə vəkildir!
[39:63]
Göylərin və yerin açarları
(ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər - məhz onlar ziyana uğrayanlardır!
[39:64]
De: "Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan
başqasınamı ibadət etməyi əmr edirsiniz?"
[39:65]
(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan,
bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
[39:66]
Xeyr, yalnız Allaha ibadət et və (Onun ne'mətlərinə) şükür edənlərdən ol!"
[39:67]
(Müşriklər) Allahı
lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq,
göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!
[39:68]
Sur (birinci dəfə) çalınacaq,
Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı
yıxılıb öləcək. Sonra bir daha
çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!
[39:69]
Yer öz Rəbbinin nuru ilə
işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!
[39:70]
Hər kəs öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir!
[39:71]
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü
biz) kafirlər barəsində vacib oldu!" - deyə cavab
verəcəklər.
[39:72]
(Onlara) belə deyiləcək: "Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!"
(İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!
[39:73]
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun
qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): "Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız
Cənnətə daxil olun!"
- deyəcəklər.
[39:74]
Onlar isə: "Bizə verdiyi və'dini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha
həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada
yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!" - deyəcəklər.
[39:75]
(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın)
arasında ədalətlə hökm olunacaq (mö'minlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə mö'minlər tərəfindən bir ağızdan):
"Aləmlərin Rəbbi olan Allaha həmd olsun!" - deyiləcəkdir!
Ghâfir
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[40:1]
Ha, Mim!
[40:2]
Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır-
[40:3]
Günahları bağışlayan,
tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan
(Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır
dönüş də Onadır!
[40:4]
Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları
(ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində
yaşamaları) səni
aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
[40:5]
Onlardan əvvəl Nuh qövmü,
sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş,
hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub
öldürməyə) cəhd göstərmiş və haqqı
yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə
aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu!
[40:6]
Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi!
[40:7]
Ərşi
daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və mö'minlərin
bağışlanmasını diləyərək belə deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!
[40:8]
Ey Rəbbimiz!
Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da
özlərinə və'd buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!
[40:9]
Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O gün
(qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük
qurtuluş (uğur) budur!"
[40:10]
Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: "Allahın nifrəti sizin
(dünyadakı pis əməllərinizə görə bu gün)
özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha
böyükdür. Cünki siz imana də'vət olunduğunuz zaman
öz küfrünüzdə davam edib dururdunuz!"
[40:11]
Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın
belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz
öz günahlarımızı e'tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?"
[40:12]
(Onlara belə cavab veriləcəkdir: ) "Bu (əzab) ona görədir ki, (dünyada)
yalnız Allah
çağırıldığı (Allahdan başqa heç bir
tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə
inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan
Allahındır!"
[40:13]
Sizə ayələrini (mö'cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!
[40:14]
(Ey mö'minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız
Ona aid edərək (ixlasla) ibadət edin!
[40:15]
Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö'minlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi
Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o,
insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla
məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə
qorxutsun!
[40:16]
Elə bir
gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah
buyuracaq: ) "Bu gün hökm kimindir?" (Heç kəsin qımıldanmağa belə cür'əti
çatmadığından Allah ?zü
cavab verəcəkdir: ) "Bir olan
(heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!"
[40:17]
Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir!
[40:18]
(Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə biməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün)
zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!
[40:19]
Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!
[40:20]
Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan
(Allahdan) başqa ibadət etdikləri (bütlər) isə heç bir şey hökm
edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi)
eşidəndir, görəndir!
[40:21]
Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi.
Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı.
[40:22]
Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö'cüzələr gətirmiş, onlar
isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası
şiddətlidir!
[40:23]
Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.
[40:24]
Fir'onun, (onun vəziri) Hamanın və Qarunun
yanına. Onlar isə: "Bu sehrbazdır, yalançıdır!" - dedilər.
[40:25]
(Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, mö'cüzələrlə) gəldikdə onlar:
"Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını
öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!"
- dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.
[40:26]
Fir'on dedi: "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın.
Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram".
[40:27]
Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah
aparıram!"
[40:28]
Fir'on ailəsindən olub imanını
gizli saxlayan bir kişi dedi:
"Məgər siz bir adamı:
"Rəbbim Allahdır!" - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar
mö'cüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir
qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan
atmaqla) həddi aşanı,
yalançını doğru yola müvəffəq etməz.
[40:29]
Ey qövmüm! Bu gün hökm sizindir. Yer
üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!" Fir'on dedi: "Mən sizə ancaq münasib gördüyüm rə'yimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!"
[40:30]
O mö'min adam dedi: "Ey qövmüm! Mən sizə (kafir) firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram!
[40:31]
Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm). Allah ?z bəndələrinə əsla zülm etmək istəməz! (Allah ?z qullarına
onlar günah etmədən cəza verməz, günahı olanları da cəzasız buraxmaz!)
[40:32]
Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram!
[40:33]
(Qorxudan) üz çevirib qaçacağınız
gün sizi Allahdan (Allahın əzabından)
qoruyan tapılmaz.
Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!"
[40:34]
And olsun ki, daha öncə Yusif sizə
açıq-aşkar dəlillər(mö'cüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: "Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!" - dediniz. Allah
(küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!
[40:35]
O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında
(onlara qarşı) nifrət artırar.
Allah hər təkəbbür sahibinin, zalımin
ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!
[40:36]
Fir'on (istehza ilə) dedi: "Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim -
[40:37]
Göylərin yollarına
(yetişim) və Musanın
Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı
sayıram!" Fir'ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan
çıxarıldı. Fir'onun hiyləsi ancaq boşa çıxdı. (Fir'on xeyli xərc çəkib uca bir bina tikdirdi.
Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir
şey edə bilmədi).
[40:38]
O mö'min adam dedi: "Ey qövmüm! Mənim ardımca gəlin, sizi
doğru yola çıxardım!
[40:39]
Ey qövmüm! Bu dünya həyatı keçici bir
şeydir (fanidir), axirət isə əbədi yurddur!
[40:40]
Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud
qadın mö'min ikən bir
yaxşılıq etsə, belələri Cənnətə daxil olub
saysız-hesabsız ruziyə çatar!
[40:41]
Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata də'vət etdiyim halda, siz məni Cəhənnəmə (cəhənnəm oduna) də'vət edirsiniz!
[40:42]
Siz məni Allahı
inkar etməyə, bilmədiyim bir
şeyi Ona şərik
qoşmağa çağırdığınız halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram!
[40:43]
Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın
(dilsiz-ağılsız bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik
qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!
[40:44]
(Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq
xatırlayacaqsınız. Mən öz
işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!"
[40:45]
Beləliklə, Allah onu (o mö'min
şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Fir'on əhlini isə şiddətli əzab sardı (suya qərq oldular).
[40:46]
Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda
yandırılarlar. Qiyamət qopduğu
gün isə (deyiləcəkdir): "Fir'on əhlini ən şiddətli əzaba salın!"
[40:47]
O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz
başçılarına) deyəcəklər: "Biz (dünyada) sizə tabe
idik. İndi siz cəhənnəm odunun (azacıq da
olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!"
[40:48]
Təkəbbür göstərənlər deyəcəklər: "Biz hamımız oradayıq (cəhənnəm odundayıq). Allah
artıq ?z bəndələri arasında
(lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə yoxdur!)"
[40:49]
Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa,
bircə gün əzabımızı
yüngülləşdirsin!"
[40:50]
(Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar
mö'cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: )
"Elə isə özünüz dua
edin!" - deyəcəklər. Kafirlərin duası isə boş
şeydir (heç vaxt qəbul olunmaz).
[40:51]
Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!
[40:52]
Elə bir
gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün)
onları lə'nət və axirət yurdunun pis əzabı
gözləyir.
[40:53]
And olsun ki, Biz Musaya doğru yolu
göstərən rəhbər (Tövrat) verdik və İsrail oğullarını kitaba varis etdik!
[40:54]
Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!
[40:55]
(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın
(sənə və mö'minlərə verdiyi zəfər) və'di haqdır. (Ummətinin sənin özünə aid etdiyin)
günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt
namaz qıl!)
[40:56]
Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük
iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç
vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!
[40:57]
Doğrudan da, göylərin və yerin
yaradılışı insanların
yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!
[40:58]
Korla görən, iman gətirib
yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!
[40:59]
O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin
insanların çoxu (buna) inanmaz!
[40:60]
Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə
sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!
[40:61]
Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi
qazanmağınız, əlləşib
vuruşmağınız üçün) gündüzü işıqlı yaradan
Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu
(Onun lütfünə) şükür etməz!
[40:62]
Bu sizin Rəbbiniz, hər şeyin
xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! Siz necə
(aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə
dönürsünüz?)
[40:63]
Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər!
[40:64]
Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) ne'mətlərdən ruzi verən Allahdır!
Bu sizin Rəbbiniz olan Allahdır.
Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan
ucadır, xeyir-bərəkəti bol və daimidir!)
[40:65]
Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı
yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
[40:66]
(Ya Peyğəmbər!) De: "Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!"
[40:67]
Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra
laxtalanmış qandan yaradan, sonra
(analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq,
qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün
bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.
[40:68]
Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda
(bir şeyi yaratmaq istədikdə) ona ancaq: "Ol!"
- deyər, o da dərhal olar.
[40:69]
(Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də (haqdan) döndərilirlər!
[40:70]
Kitabı (Qur'anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö'cüzələri və hökmləri) yalan hesab
edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə'ruz qalacaqlarını) mütləq biləcəklər!
[40:71]
O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər
[40:72]
Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar,
[40:73]
Sonra da onlara belə deyiləcəkdir: "Haradadır
şərik qoşub ibadət etdikləriniz -
[40:74]
Allahdan qeyri?!" (Müşriklər) deyəcəklər: "Onlar bizdən qeyb oldular.
Xeyr, biz əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!" Allah (haqq yoldan) kafirləri belə azdırar!
[40:75]
(Onlara belə deyiləcəkdir: ) "Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir!
[40:76]
Girin cəhənnəmin qapılarına
(təbəqələrinə) orada əbədi qalmaq üçün!"
Təkəbbürlülərin sığınacağı necə də pisdir!
[40:77]
(Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və mö'minlərə verdiyi zəfər) və'di haqdır. Ya onlara və'd etdiyimizin (əzabın) bir
qismini (diri ikən) sənə göstərəcək, ya da səni ?z dərgahımıza
aparacağıq. Onlar Bizim
hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü
dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar!)
[40:78]
Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik.
Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi
haqqında xəbər verməmişik. Heç
bir peyğmbər Allahın izni olmadan bir mö'cüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan
danışanlar (batil söyləyənlər) elə oradaca ziyana
uğrayarlar.
[40:79]
Sizin üçün minməyə heyvanlar yaradan
Allahdır. Onlardan yedikləriniz də var.
[40:80]
Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Urəyinizdən keçən bir arzuya
onları minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə
daşınırsınız.
[40:81]
O isə ?z ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar
edə bilərsiniz?!
[40:82]
Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları
(dünya
[40:83]
Peyğəmbərləri onlara
açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi.
(Və ya: peyğəmbərləri onlara açıq-aşkar mö'cüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına -
qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı).
[40:84]
Onlar əzabımızı
gördükdə dedilər: "Biz yalnız
Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!"
[40:85]
Amma əzabımızı
gördükləri zaman iman gətirmələri - Allahın ?z bəndələri barəsində öncə olub-keçmiş (tətbiq
edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular).
Fussilat
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[41:1]
Ha, Mim!
[41:2]
(Bu Qur'an) mərhəmətli, rəhmli (olan Allah)
tərəfindən nazil edilmişdir.
[41:3]
Ərəbcə Qur'an olaraq (onu) bilən bir qövm
üçün əyələri müfəssəl izah edilmiş bir
kitabdır.
[41:4]
(Bu Qur'an) həm (mö'minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan.
Onların (Məkkə əhlinin) əksəriyyəti (Qur'andan) üz
döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).
[41:5]
(Ya Peyğəmbər!) Onlar deyərlər: "Sənin bizi də'vət etdiyinə (tövhid
dininə) qarşı qəlblərimiz örtülü,
qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)"
[41:6]
(Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin
tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan
bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
[41:7]
O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!
[41:8]
İman gətirib yaxşı işlər görənləri tükənməz (minnətsiz) ruzi
gözləyir!"
[41:9]
(Ya Peyğəmbər!) De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!
[41:10]
O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların
neçə gün ərzində
yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların
hamısını birlikdə dörd gündə xəlq etdi).
[41:11]
Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü
yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab verdilər.
[41:12]
Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün
işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını)
qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!"
[41:13]
(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: "Mən sizi Ad və Səmud ildırımı
kimi bir ildırımla (bu
tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!"
[41:14]
Onlara əvvəllər də, sonralar da bir-birinin
ardınca: "Yalnız Allaha
ibadət edin" - deyən peyğəmbərlər gəldiyi zaman onlar: "Əgər Rəbbimiz (bizim ancaq Ona
iman gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!" - deyə cavab
vermişdilər.
[41:15]
Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: "Bizdən daha qüvvətli kim ola bilər?!" Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.
[41:16]
Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.
[41:17]
Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu
göstərdik, amma onlar korluğu
(küfrü) doğru yoldan üstün
tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici
ildırım əzabı yaxaladı.
[41:18]
İman gətirib (Allahdan) qorxanları
isə xilas etdik.
[41:19]
Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün
onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.
[41:20]
Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
[41:21]
Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?"
- deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi
danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz
Onun hüzuruna
qaytarılırsınız!"
[41:22]
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah
işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın
bilməyəcəyini zənn edirsiniz.
[41:23]
Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana
uğrayanlardan oldunuz!
[41:24]
İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar (Allahdan) riza
diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul ediməz).
[41:25]
Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar caladıq. ?zlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan
(kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü)
onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar
ziyan çəkənlər oldular!
[41:26]
Kafir olanlar (öz dostlarına): "Bu
Qur'anı dinləməyin, o oxunduqda
(eşidilməsin deyə) səs-küy (şuluqluq)
salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!" - dedilər.
[41:27]
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!
[41:28]
Budur Allahın düşmənlərinin cəzası - Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!
[41:29]
Kafir olanlar deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları
ayaqlarımız altına salaq, paymal olsunlar!"
[41:30]
Şübhəsiz: "Rəbbimiz Allahdır!"
- deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə və'd olunan Cənnətlə sevinin!
[41:31]
Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey
vardır.
[41:32]
Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!"
[41:33]
(Xalqı) Allaha tərəf çağıran,
yaxşı iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
[41:34]
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö'min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda
aranızda düşmənçilik olan
şəxsi, sanki yaxın bir
dost görərsən!
[41:35]
Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız
böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!
[41:36]
Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha
sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
[41:37]
Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan
ibadət edin)!
[41:38]
Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Cünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şə'ninə tə'riflər deyərlər.
[41:39]
Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!
[41:40]
Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü (Allahın hüzuruna) arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir.
[41:41]
?zlərinə Qur'an gəldiyi zaman onu
yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar).
O (Qur'an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır.
[41:42]
Nə
öncə, nə də sonra batil ona yol tapa
bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə'rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.
[41:43]
(Ya Rəsulum!) Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə deyilənlər deyilir. Həqiqətən, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəza verəndir!
[41:44]
Əgər Biz onu özgə bir dildə olan Qur'an etsəydik (Məkkə müşrikləri): "Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı
deyildimi?! Bu nədir? (Qur'an) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!" - deyərdilər. (Ya Rəsulum!) De: "O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman
gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Qur'an) onları kor
etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar).
[41:45]
Biz Musaya da kitab vermişdik və onun (Tövratın) barəsində də ixtilaf düşmüşdü.
(Ya Peyğəmbər!) Əgər sənin Rəbbinin (cəzanın qiyamət gününə qədər tə'xirə
salınması haqqındakı) öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı (dünyada ikən əzabı dadardılar). Həqiqətən, (müşriklər Qur'an) barəsində çox dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər!
[41:46]
Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. (Ya Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!