PART 25

 

[41:47]

O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək yalnız Ona aiddir. O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. (Allah) onlara (müşriklərə məzəmmət və istehza ilə):əriklərim haradadır? - deyəcəyi gün, onlar: "(Ey Rəbbimiz!) Biz Sənə ərz etdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verə biləcək) heç bir şahid yoxdur!" - deyə cavab verəcəklər.

[41:48]

?ncə (dünyada) ibadət etdikləri (bütlər) onlardan qeyb olacaq və onlar özləri üçün qaçıb can qurtarmağa bir yer olmadığını yəqin edəcəklər.

[41:49]

(Kafir, nankor) insan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümüdsizliyə qapılıb mə'yus olar.

[41:50]

Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək (dadızdırsaq), mütləq: "Bu elə mənim haqqımdır. Qiyamətin (qiyamət saatının) qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl ne'mət (Cənnət) gözləyir!" - deyər. Biz kafir olanlara (dünyada) nə etdiklərini mütləq (bir-bir) xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq.

[41:51]

(Kafir, naşükür) insana ne'mət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).

[41:52]

(Ya Peyğəmbər! O kafirlərə) de: "Bir söyləyin görək, əgər (bu Qur'an) Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir nifaq (ədavət) içində olan kəsdən (haqq yolu) daha çox azmış kim ola bilər?!

[41:53]

Onun (Qur'anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!

[41:54]

(Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O (?z elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!

 

Ash-shûrâ

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[42:1]

Ha, Mim!

[42:2]

Eyn, Sin, Qaf!

[42:3]

(Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!

[42:4]

Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur!

[42:5]

Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!

[42:6]

(Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah ?zü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)

[42:7]

(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur'an vəhy etdik. (Axirətdə insanların) bir qismi (mö'minlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!

[42:8]

Əgər Allah diləsəydi, onların hamısını (eyni dində olan) vahid bir ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) ?z mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!

[42:9]

Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. ?lüləri O dirildir. Hər şeyə O qadirdir!

[42:10]

Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona tövbə edirəm!)

[42:11]

Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!

[42:12]

Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!

[42:13]

(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də'vət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

[42:14]

Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər tə'xirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yə'qin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Qur'an göndərilmiş müşriklər də) onun (Qur'nın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.

[42:15]

(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) də'vət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: "Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"

[42:16]

Allahın də'vəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!

[42:17]

Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi olan şəriəti) haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat (qiyamət saatı) yaxındır!

[42:18]

Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.

[42:19]

Allah ?z bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!

[42:20]

Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.

[42:21]

Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (və'd) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!

[42:22]

(Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük ne'mət!

[42:23]

Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)

[42:24]

Yoxsa onlar: "(Muhəmməd) Allaha qarşı yalan uydurdu!" - deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Qur'anı sənə büsbütün unutdurar). Allah batili məhv edər və haqqı ?z sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.

[42:25]

Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.

[42:26]

İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, ?z ne'mətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!

[42:27]

Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (?z bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini ?z əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar).

[42:28]

(İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, ne'mətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tə'rifə (şükrə) layiq olan da Odur.

[42:29]

Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!

[42:30]

Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.

[42:31]

Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!

[42:32]

Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.

[42:33]

Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (ne'mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

[42:34]

Yaxud onları (gəmi əhlini) qazandıqlarına (günahlarına) görə məhv edər və bir çoxunu bağışlayar!

[42:35]

Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!

[42:36]

Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;

[42:37]

O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;

[42:38]

O kəslər üçün ki, Rəbbinin də'vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

[42:39]

Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə'ruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər).

[42:40]

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!

[42:41]

Zülmə mə'ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).

[42:42]

Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!

[42:43]

Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!

[42:44]

Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) ?zündən başqa yol göstərən olmaz. (Ya Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: "(Pərvərdigara!) Geri dönməyə dünyaya qayıtmağa) bir yol varmıdır?" - deyən görəcəksən.

[42:45]

Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!" Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar.

[42:46]

Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin e'tiqadına görə) zəlalətə saldığı kimsə üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!

[42:47]

(Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin də'vətini qəbul edin! (Ona iman gətirin!) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!

[42:48]

(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də'vətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana ?z dərgahımızdan bir mərhəmət (ne'mət) daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!

[42:49]

Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.

[42:50]

Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!

[42:51]

(Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və rö'ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma ?zü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!

[42:52]

(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (mö'minlərə mə'nəvi həyat verən Qur'an) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə də'vət edib haqqa qovuşdurursan).

[42:53]

O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!

 

Az-Zukhruf

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[43:1]

Ha, Mim!

[43:2]

(Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,

[43:3]

Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur'an etdik.

[43:4]

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).

[43:5]

Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur'anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur'anla sizə öyüd-nəsihət verməməliyikmi?!)

[43:6]

Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.

[43:7]

Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!

[43:8]

Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur'anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir).

[43:9]

Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, mütləq: "Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!" - deyə cavab verəcəklər.

[43:10]

O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.

[43:11]

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!

[43:12]

Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

[43:13]

Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne'mətini yada salaraq deyəsiniz: "Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.

[43:14]

Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!"

[43:15]

Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona ?z bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne'mətlərinə) açıq-aşkar naşükürdür!

[43:16]

Yoxsa O, yaratdıqlarından qızları ?zünə övlad götürüb oğlanları sizə məxsus etdi?!

[43:17]

Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.

[43:18]

Onlar bərbəzək içində böyüdülüb, mübahisəəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?

[43:19]

Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!

[43:20]

Onlar dedilər: "Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!" Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.

[43:21]

Yoxsa onlara bundan (bu Qur'andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!

[43:22]

Xeyr (belə bir şey yoxdur). Onlar: "Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!" - deyirlər.

[43:23]

(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne'mət içində yaşayan böyükləri (valıları) sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!" - dedilər.

[43:24]

(Hər peyğəmbər öz ümmətinə) belə dedi: "Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!" Onlar: "Biz sizinlə göndərilənləri (şəriəti, mö'cüzələri) inkar edirik!" - deyə cavab verdilər.

[43:25]

Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!

[43:26]

Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;

[43:27]

Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!"

[43:28]

(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar!

[43:29]

Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Qur'an) və (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim!

[43:30]

Onlara haqq (olan Qur'an) gəldikdə: "Bu sehrdir, biz onu inkar edirik!" - dedilər.

[43:31]

Onlar dedilər: "Məgər bu Qur'an iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Urvə bin Məs'uda) nazil edilməli deyildimi?"

[43:32]

(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə'zilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!

[43:33]

Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.

[43:34]

Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik).

[43:35]

Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur!

[43:36]

Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.

[43:37]

(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!

[43:38]

Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!"

[43:39]

Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!

[43:40]

(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!

[43:41]

Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl ?z dərgahımıza) götürüb aparsaq, (bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!

[43:42]

Yaxud (sən həyatda ikən) onlara və'd etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik!

[43:43]

Buna görə də sən özünə vəhy olunandan (Qur'andan) yapış. Həqiqətən, sən düz yoldasan!

[43:44]

Şübhəsiz ki, o (Qur'an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!

[43:45]

Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis mö'minlərindən) soruş: "Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!"

[43:46]

Biz Musanı ?z mö'cüzələrimizlə Fir'on və onun ə'yan-əşrafının yanına göndərmişdik. O demişdi: "Mən aləmlərin Rəbbinin elçisiyəm!"

[43:47]

(Musa) mö'cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö'cüzələrə lağ edib gülmüşdülər.

[43:48]

Onlara bir-birindən böyük olan mö'cüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!

[43:49]

Onlar dedilər: "Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!"

[43:50]

Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.

[43:51]

Fir'on öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!

[43:52]

Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!

[43:53]

(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!"

[43:54]

Beləliklə, (Fir'on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!

[43:55]

(Fir'on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik.

[43:56]

Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.

[43:57]

(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: "Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!" ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: "Yəhudilər Uzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!" - deyə sevindilər).

[43:58]

Onlar dedilər: "Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!" Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!

[43:59]

O (Məryəm oğlu İsa) ancaq ne'mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.

[43:60]

Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər).

[43:61]

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

[43:62]

Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!

[43:63]

İsa açıq-aşkar mö'cüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bə'zi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!

[43:64]

Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!"

[43:65]

Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: "İsa Allahın oğludur!" - dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!

[43:66]

Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!

[43:67]

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!

[43:68]

(Müttəqilərə belə deyiləcəkdir: ) "Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz!

[43:69]

O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar.

[43:70]

Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"

[43:71]

(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!

[43:72]

Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir!

[43:73]

Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!

[43:74]

Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar.

[43:75]

Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!

[43:76]

Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).

[43:77]

Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz (həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!

[43:78]

(Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır: ) "Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı".

[43:79]

Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük!

[43:80]

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!

[43:81]

(Ya Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!

[43:82]

Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!"

[43:83]

(Ya Peyğəmbər!) Qoy onlar və'd olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!

[43:84]

Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!

[43:85]

Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!

[43:86]

(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illallah" deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).

[43:87]

And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?

[43:88]

Onun (Muhəmməd əleyhissəlamın): "Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!" - deməsi də (dərgahımızda mə'lumdur)!

[43:89]

(Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın deyə, rastlaşdıqda) "Salam!" de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq biləcəklər!

 

Ad-Dukhân

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[44:1]

Ha, Mim!

[44:2]

(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki,

[44:3]

Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri ?z əzabımızla) qorxuduruq!

[44:4]

Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur -

[44:5]

Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk -

[44:6]

Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

[44:7]

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!

[44:8]

Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.

[44:9]

Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur'ana və Peyğəmbərə istehza edirlər).

[44:10]

(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!)

[44:11]

(Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar).

[44:12]

(Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər: ) "Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!" (Məkkə müşriklərinin bu yalvarışından sonra Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).

[44:13]

Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəldi,

[44:14]

Onlar isə ondan üz çevirib belə dedilər: "(Bu başqası tərəfindən) öyrədilmiş bir divanədir! (?zü heç bir şey bilmir, Qur'anı kimsə ona öyrədir)".

[44:15]

Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!

[44:16]

Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!

[44:17]

And olsun ki, Biz onlardan əvvəl Fir'on qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.

[44:18]

(O demişdi: ) "Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mö'təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!

[44:19]

Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!"

[44:20]

(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) "Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!

[44:21]

Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!"

[44:22]

Sonra (Musa) Rəbbinə belə dua etdi: "Həqiqətən, bunlar günahkar bir qövmdür! (Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)"

[44:23]

(Allah buyurdu: ) "Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx. Siz (Fir'on və onun qövmü tərəfindən) tə'qib olunacaqsınız!

[44:24]

Dənizi də açıq (və sakit) burax! (Dəryanı - Nil çayını keçdikdən sonra əsanı suya vurub orada açılmış yolları bağlama. Qoy Fir'on və qoşunu dəryada yollar açıldığını görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!"

[44:25]

(Fir'onun bütün ə'yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

[44:26]

Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər).

[44:27]

Və zövq aldıqları neçə-neçə ne'mətlər (tərk etdilər).

[44:28]

(Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını (İsrail oğullarını) varis etdik!

[44:29]

Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi!)

[44:30]

İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq,

[44:31]

Fir'ondan (xilas etdik). Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!

[44:32]

And olsun ki, Biz onları (İsrail övladını) ?zümüz bilə-bilə aləmlərdən (bir hikməti-ilahi ilə zəmanələrindəki bəşər əhlindən) üstün tutduq.

[44:33]

Onlara (özlərini necə aparacaqlarını bilmək üçün) hər biri açıq-aşkar bir imtahan olan mö'cüzələr (dənizin yarılması, bildirçin əti, qüdrət halvası və s.) verdik.

[44:34]

(Ya Peyğəmbər!) Bunlar (sənin qövmünün müşrikləri) mütləq deyəcəklər:

[44:35]

Bu (ölüm) elə bizim ilk (və son) ölümümüzdür ki var. Biz bir daha dirildiləcək deyilik!

[44:36]

Əgər (öləndən sonra Allahın bizi dirildəcəyini) doğru deyirsinizsə, (bizdən qabaq ölmüş) atalarımızı (dirildib) gətirin görək!

[44:37]

(Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən padşahlarından Tövrata inanan Əbu Kərb Əs'ədin) Tübbə' qövmü, yaxud onlardan əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları məhv etdik.

[44:38]

Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!

[44:39]

Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!

[44:40]

Şübhəsiz ki, (haqqı batildən, yaxşını yamandan, mö'mini kafirdən) ayırd etmə günü onların hamısının (bir yerdə olma) vaxtıdır!

[44:41]

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Heç kəs heç kəsdən Allahın əzabını dəf edə bilməz!)

[44:42]

Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir!

[44:43]

Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı

[44:44]

Günahkar (kafir) kimsənin yeməyidir!

[44:45]

O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar;

[44:46]

Qaynar su qaynayan kimi!

[44:47]

(Allah əzab mələklərinə buyurar: ) "Onu tutub Cəhənnəmin tən ortasına sürüyün!

[44:48]

Sonra başına əzab olaraq qaynar su tökün!

[44:49]

(Və ona belə deyin: ) "(Bu əzabı) bir dad görək! Sən ki (öz aləmində) çox qüvvətli, möhtərəm bir şəxs idin!"

[44:50]

Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)!

[44:51]

Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə -

[44:52]

Bağçalarda və bulaqlar başında olacaqlar!

[44:53]

Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

[44:54]

(Mö'minlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

[44:55]

Onlar orada (cənnət ne'mətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər.

[44:56]

Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları cəhənnəm əzabından qorumuşdur -

[44:57]

Sənin Rəbbindən bir lütf olaraq (ya Peyğəmbər!) Bu, böyük qurtuluşdur (uğurdur)!

[44:58]

Biz onu (Qur'anı ümmətin üçün) ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr!

[44:59]

(Ya Peyğəmbər!) Sən (müşriklərin ölümünü, məğlubiyyətini) gözlə. Şübhəsiz ki, onlar da (sənin ölümünü, məğlubiyyətini) gözləyirlər!

 

Al-Jâthiyah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[45:1]

Ha, Mim!

[45:2]

Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi (olan Allah) tərəfindəndir.

[45:3]

Həqiqətən, göylərdə və yerdə mö'minlər üçün ibrətlər vardır!

[45:4]

Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər vardır.

[45:5]

Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.

[45:6]

(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur'ana) inanmadıqdan sonra hansı kəlama inanırlar?

[45:7]

Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!

[45:8]

O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi (Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!

[45:9]

O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri (qiyamət günü) alçaldıcı bir əzaba düçar olacaqlar!

[45:10]

Qarşıda (öləndən sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə də Allahdan başqa dost tutduqları (ibadət etdikləri bütlər) onlara bir fayda verəcəkdir (Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar böyük bir əzaba düçar olacaqlar!

[45:11]

Bu (Qur'an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı bir əzab gözləyir.

[45:12]

Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!

[45:13]

Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!

[45:14]

(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir).

[45:15]

Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.

[45:16]

And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara pak ne'mətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına) üstün etmişdik.

[45:17]

Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!

[45:18]

Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa özünü məhvə düçar edərsən! Peyğəmbər mə'sum olduğu üçün Muhəmməd əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).

[45:19]

Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!

[45:20]

Bu (Qur'an) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!

[45:21]

Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Dünyada naz-ne'mət içində yaşayan kafirlər: "Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!" - deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş mö'minlərə məxsusdur).

[45:22]

Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır).

[45:23]

(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Cünki alimlə cahilin məs'uliyyəti eyni ola bilməz!)

[45:24]

(Qiyaməti inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır).

[45:25]

(Qiyamətə dair) ayələrimiz onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman onların dəlili: "Əgər doğru deyirsinizsə, (vəfat etmiş) atalarımızı (dirildib) gətirin görək!" - deməkdən başqa bir şey deyildir.

[45:26]

(Ya Peğəmbər!) De: "Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü (dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılışından çox asan olduğunu) bilməz!"

[45:27]

Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün - məhz o gün batil danışanlar (Allaha iftira yaxanlar) ziyana uğrayacaqlar!

[45:28]

(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir: ) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir!

[45:29]

Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!"

[45:30]

İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları ?z mərhəmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)

[45:31]

Kafir olanlara isə (belə deyiləcəkdir): "Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!

[45:32]

(Sizə: ) "Allahın (ölüləri dirildəcəyi barədəki) və'di haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!" - deyildiyi zaman: "O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!" - deyə cavab verdiniz.

[45:33]

(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!

[45:34]

(Onlara belə) deyiləcəkdir: "Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!

[45:35]

Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!" Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!

[45:36]

(Və'dinə sadiq qalaraq mö'min bəndələrinə verdiyi ne'mətlərə və kafirləri, azğınları düçar etdiyi əzaba görə) göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!

[45:37]

Göylərdə və yerdə böyüklük (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!