PART 26

 

Al-Ahqâf

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[46:1]

Ha, Mim!

[46:2]

Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!

[46:3]

Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana də'vət edən öyüd-nəsihətdən) üz döndərdilər.

[46:4]

(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur'andan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!

[46:5]

Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!

[46:6]

İnsanlar məərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.

[46:7]

Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Qur'an) barəsində: "Bu, aşkar bir sehrdir!" - deyirlər.

[46:8]

Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!" - deyirlər. (Ya Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur'an) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!"

[46:9]

De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

[46:10]

De: "Bir deyin görək, əgər (bu Qur'an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Qur'anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"

[46:11]

Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur'an, islam dini) yaxşı bir şey olsaydı, (mö'minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Qur'anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!" - deyəcəklər.

[46:12]

Ondan (Qur'andan) əvvəl Musanın (İsrail oğullarına, mö'minlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur'an özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!

[46:13]

Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

[46:14]

Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!

[46:15]

Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Cünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne'mətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (?zümü cani-dildən Allaha təslim edənlərdənəm!)"

[46:16]

Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru və'də görə cənnət əhli içərisində olacaq kimsələrdir!

[46:17]

(?zünü Allaha, axirət gününə iman gətirməyə də'vət edən) ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və'd edirsiniz?! - deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan, Allahın və'di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.

[46:18]

Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!

[46:19]

Hamının (mö'minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.

[46:20]

Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne'mətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!"

[46:21]

(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"

[46:22]

Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə və'd etdiyini (əzabı) gətir görək!" - deyə cavab vermişdilər.

[46:23]

(Hud) demişdi: "(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!"

[46:24]

Onu (özlərinə və'd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir buludəklində) gördükləri zaman: "Bu bizə yağış yağdıracaq buluddur!" - dedilər. (Hud isə onlara belə dedi: ) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!

[46:25]

O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!" Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!

[46:26]

(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Cünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.

[46:27]

And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).

[46:28]

Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlaşıb qeyb oldular. Bu, (Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz yalanları və öz uydurmalarıdır.

[46:29]

(Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Qur'anı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Qur'an oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Qur'anı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).

[46:30]

Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!

[46:31]

Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!

[46:32]

Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"

[46:33]

Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!

[46:34]

Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"

[46:35]

(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və'd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Qur'an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)

 

Muhammad

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[47:1]

Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç edəcəkdir.

[47:2]

İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qur'ana) inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).

[47:3]

Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qur'ana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

[47:4]

(Ey mö'minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür - müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah ?z yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

[47:5]

(Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir.

[47:6]

Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.

[47:7]

Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.

[47:8]

Kafirlərə gəldikdə isə - hamısı məhv olsun - onların əməllərini puça çıxardar!

[47:9]

Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur'anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi.

[47:10]

Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri (belə şeylər) gözləyir!

[47:11]

Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!

[47:12]

Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (?ləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!

[47:13]

(Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha qüvvətli neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!

[47:14]

Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.

[47:15]

Müttəqilərə və'd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!

[47:16]

(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): "(Muhəmməd) bu saat nə dedi?!" - deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!

[47:17]

Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (mö'minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!

[47:18]

Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!

[47:19]

(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mö'min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə'lumdur. Ondan heç nə gizli qalmaz!)

[47:20]

Mö'minlər: "Kaş (cihad barəsində) bir surə nazil olaydı!" - deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəzəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -

[47:21]

İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri və'də) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!

[47:22]

Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!

[47:23]

Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lə'nət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!

[47:24]

Onlar Qur'an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)

[47:25]

Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).

[47:26]

Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): "Biz bə'zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!" - demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!

[47:27]

Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?

[47:28]

Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.

[47:29]

Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!

[47:30]

(Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra tanınmayan münafiqlər qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).

[47:31]

(Ey mö'minlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə mə'lum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri - kimin həqiqi, kimin yalançı mö'min olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)

[47:32]

Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. (Allah) onların bütün əməllərini puç edəcəkdir!

[47:33]

Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin vəəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!

[47:34]

Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!

[47:35]

Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə də'vət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!

[47:36]

Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər).

[47:37]

Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi (yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.

[47:38]

Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla beləərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!

 

Al-Fath

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[48:1]

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kə'bənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!

[48:2]

Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan ne'mətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!

[48:3]

Allah sənə yenilməz qələbə verəcəkdir!

[48:4]

Mö'minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (?z dərgahından) arxayınlıq (rahatlıq və mə'nəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[48:5]

(Cihad əmri ona görədir ki) Allah mö'min kişiləri və qadınları əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur (uğurdur)!

[48:6]

(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də mö'minlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lə'nət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!

[48:7]

Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[48:8]

(Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.

[48:9]

(Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şə'ninə tə'riflər deyəsiniz!

[48:10]

(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey'əti-rizvanla) sənə bey'ət edənlər, şübhəsiz ki, Allaha bey'ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey'əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!

[48:11]

(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: "Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!" Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: "Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!

[48:12]

Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö'minlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!

[48:13]

Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!

[48:14]

Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!

[48:15]

Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: "Qoyun biz də sizin arxanızca gələk!" Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: "Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur" Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)". Xeyr, onlar özləri çox az qanan kimsələrdir!

[48:16]

(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: "Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər".

[48:17]

(Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər!

[48:18]

(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey'ət etdikləri zaman Allah mö'minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mə'nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.

[48:19]

Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[48:20]

Allah sizə çox-çox qənimətlər və'd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö'minlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).

[48:21]

Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək qənimətlər və'd buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir!

[48:22]

Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.

[48:23]

(Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və mö'minlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).

[48:24]

Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahli Məkkə müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdu).

[48:25]

Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mö'min kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz mö'minlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). Amma Allah istədiyini ?z mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin vermədi). Əgər onlar (mö'minlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!

[48:26]

Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə "bismillahir-rəhmanir-rəhim", "Muhəmmədun rəsulullah" sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö'minlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mə'nəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah" sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!

[48:27]

And olsun ki, Allah-təala ?z Peyğəmbərinin (Məkkə fəthi) rö'yasının çin olduğunu təsdiq etdi. (Ey mö'minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə'ziniz) başınızı qırxdırmış, (bə'ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bə edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq "inşallah" demək lazımdır!)

[48:28]

Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün ?z Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!

[48:29]

Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö'minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö'minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və'd buyurmuşdur!

 

Al-Hujurât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[49:1]

Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

[49:2]

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.

[49:3]

Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (mö'minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!

[49:4]

(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!

[49:5]

Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah (tövbə edənləri) bağışlayandır, rəhm edəndir!

[49:6]

Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!

[49:7]

(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!

[49:8]

Bu isə Allah dərgahından olan lütf və ne'mət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[49:9]

Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!

[49:10]

Həqiqətən, mö'minlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!

[49:11]

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə'nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (?zlərinə zülm edənlərdir!)

[49:12]

Ey iman gətirənlər! Cox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə'zisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

[49:13]

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

[49:14]

(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e'tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

[49:15]

Mö'minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!

[49:16]

(Ya Peyğəmbər! Bu bədəvilərə) de: "Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Allah hər şeyi biləndir!

[49:17]

Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!"

[49:18]

Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah sizin nə etdiklərinizi görəndir!

 

Qâf

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[50:1]

Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur'ana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!

[50:2]

Bəli! ?zlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:" Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)

[50:3]

Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!"

[50:4]

Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!

[50:5]

Lakin onlara haqq (Qur'an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).

[50:6]

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

[50:7]

Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!

[50:8]

(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.

[50:9]

Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik.

[50:10]

Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) -

[50:11]

Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!

[50:12]

Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi.

[50:13]

Ad (qövmü), Fir'on (əhli), Lut qardaşları;

[50:14]

Əykə əhli və Tübbə' qövmü - bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara və'd etdiyim (əzab) gerçəkləşdi.

[50:15]

Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!

[50:16]

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə'lumdur!)

[50:17]

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!

[50:18]

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!

[50:19]

?lüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!

[50:20]

(?ləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və'd olunmuş gündür (əzab günüdür)!

[50:21]

Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir.

[50:22]

(Ona belə deyiləcəkdir: ) "Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"

[50:23]

Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: "Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!"

[50:24]

(Allah o iki mələyə buyuracaqdır: ) "Atın Cəhənnəmə hər bir inadcıl kafiri;

[50:25]

Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni!

[50:26]

O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!"

[50:27]

Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: "Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!"

[50:28]

(Allah) buyuracaqdır: "Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.

[50:29]

Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!"

[50:30]

O gün Biz Cəhənnəmə: "Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə cavab verəcəkdir.

[50:31]

Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.

[50:32]

(Onlara deyiləcəkdir: ) "Bu, və'd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;

[50:33]

Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!

[50:34]

Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!"

[50:35]

Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö'minlərin təsəvvür edə bilmədikləri ne'mətlər, Allahın rizasını və s.) mövcuddur!

[50:36]

Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) "Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?" (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.

[50:37]

Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!

[50:38]

And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

[50:39]

(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə'ninə təriflər de!

[50:40]

Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!

[50:41]

(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: "Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!" - deyəcək və suru ikinci dəfə üfürəcəkdir).

[50:42]

O gün (bütün yaranmışlar) dəətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!

[50:43]

Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır!

[50:44]

O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür'ətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məər günüdür).

[50:45]

Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur'anla öyüd-nəsihət ver!

 

Adh-Dhâriyât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[51:1]

(Toz-torpağı) sovurub-dağıdan küləklərə;

[51:2]

Yağış yüklü buludlara;

[51:3]

Asanlıqla üzüb gedən gəmilərə;

[51:4]

Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,

[51:5]

Sizə və'd olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).

[51:6]

Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!

[51:7]

(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,

[51:8]

(Ey müşriklər!) Sizin (Qur'an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə'ziniz Qur'ana şe'r, Peyğəmbərə şair, bə'ziniz də Qur'ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).

[51:9]

Ondan (Qur'andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur'andan və Peyğəmbərdən də elə o dönər!)

[51:10]

Məhv olsun yalançılar! (Allah onlara lə'nət eləsin!)

[51:11]

O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!

[51:12]

Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.

[51:13]

O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.

[51:14]

(Mələklər onlara deyəcəklər: ) "Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!"

[51:15]

Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;

[51:16]

Rəbbinin onlara verdiyini alacaqlar. Cünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.

[51:17]

Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.

[51:18]

Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.

[51:19]

Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.

[51:20]

Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.

[51:21]

Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?

[51:22]

Göydə də ruzinin (yağış, qar) və və'd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və'd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).

[51:23]

Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.

[51:24]

(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?

[51:25]

Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): "Bunlar tanımadığım kimsələrdir!" -dedi.

[51:26]

O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.

[51:27]

Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi.

[51:28]

(İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.

[51:29]

(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: "Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)"

[51:30]

Onlar: "Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!" - dedilər.