PART 27

 

[51:31]

(Sonra İbrahim) dedi: "Ey elçilər! Sizin işiniz nədir?"

[51:32]

Onlar dedilər: "Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.

[51:33]

Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).

[51:34]

(Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!"

[51:35]

Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö'minləri çıxartdıq.

[51:36]

Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq.

[51:37]

Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).

[51:38]

Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir'onun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.

[51:39]

O, bütün ə'yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): "Bu sehrbazdır, yaxud da dəlidir!" - demişdi.

[51:40]

Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).

[51:41]

Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.

[51:42]

O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.

[51:43]

Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman onlara: "Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!" - deyilmişdi.

[51:44]

Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-baxa ildırım vurmuşdu.

[51:45]

Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala bilmişdilər).

[51:46]

Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Cünki onlar (Allahın itaətindən çıxmış) fasiqlər idilər.

[51:47]

Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik).

[51:48]

Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!)

[51:49]

Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!

[51:50]

(Ya Rəsulum! Bu insanlara de: ) "Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!

[51:51]

Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

[51:52]

(Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.

[51:53]

Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!

[51:54]

(Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).

[51:55]

Sən (onlara Qur'anla) öyüd-nəsihət ver. Cünki öyüd-nəsihət mö'minlərə fayda verir.

[51:56]

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

[51:57]

Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!

[51:58]

Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!

[51:59]

Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!

[51:60]

Və'd olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!

 

At-Tûr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[52:1]

And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;

[52:2]

And olsun yazılmış kitaba (Tövrata, Qur'ana, yaxud bütün ilahi kitablara) -

[52:3]

Açıq dəri üzərində (olan kitaba);

[52:4]

And olsun (mələklərin ibadət etdiyi) Beytülmə'mura;

[52:5]

And olsun yüksək tavana (uca göyə)

[52:6]

Və dolub daşan (alovlanan) dənizə ki,

[52:7]

Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!

[52:8]

Onu heç kəs dəf edə bilməz!

[52:9]

O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),

[52:10]

Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.

[52:11]

O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!

[52:12]

O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.

[52:13]

O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

[52:14]

(Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!

[52:15]

(Vəhyə, Qur'ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?

[52:16]

Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!"

[52:17]

Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne'mətlər içində olacaqlar.

[52:18]

Rəbbinin onlara əta etdiyi ne'mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.

[52:19]

(Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;

[52:20]

Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

[52:21]

İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!

[52:22]

Onları istədikləri meyvə və ətlə (bol-bol) tə'min edəcəyik.

[52:23]

Onlar orada bir-birinəərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.

[52:24]

Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

[52:25]

Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.

[52:26]

Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.

[52:27]

Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.

[52:28]

Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və'dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!"

[52:29]

Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne'məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!

[52:30]

Yoxsa onlar (sənin barəndə): "(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!" - deyirlər.

[52:31]

De: "Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!"

[52:32]

Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.

[52:33]

Yoxsa onlar: "Onu (Qur'anı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.

[52:34]

Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur'an) kimi bir kəlam gətirsinlər!

[52:35]

Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!

[52:36]

Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!

[52:37]

Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!

[52:38]

Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!

[52:39]

Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!

[52:40]

Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!

[52:41]

Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)

[52:42]

Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!

[52:43]

Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!

[52:44]

Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!" - deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).

[52:45]

Elə isə (dəətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!

[52:46]

O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.

[52:47]

Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!

[52:48]

(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

[52:49]

Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə'ninə tə'riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)

 

An-Najm

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[53:1]

Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,

[53:2]

Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!

[53:3]

O, kefi istəyəni (havadan) danışmır.

[53:4]

Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.

[53:5]

Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.

[53:6]

O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü.

[53:7]

O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.

[53:8]

Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.

[53:9]

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.

[53:10]

Sonra (Cəbrail Allahın ?z) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.

[53:11]

Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).

[53:12]

Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?

[53:13]

And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me'rac vaxtı) görmüşdü;

[53:14]

(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.

[53:15]

(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə'va cənnəti onun yanındadır.

[53:16]

O zaman Sidrəni nələr bürümüşdü, nələr!

[53:17]

Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).

[53:18]

And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö'cüzələrindən) bir qismini (Beytül-mə'muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.

[53:19]

(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!

[53:20]

Digər üçüncü (büt) olan Mənat da həmçinin?!

[53:21]

Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!

[53:22]

Elə isə bu ədalətsiz bölgüdür!

[53:23]

Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur'an və Peyğəmbər) gəlmişdir.

[53:24]

Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər).

[53:25]

Axirətdə, dünya da ancaq Allahındır!

[53:26]

Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah ?z istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö'minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər).

[53:27]

Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər.

[53:28]

Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!

[53:29]

Artıq (ya Peyğəmbər!) Bizim Qur'anımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!

[53:30]

Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır!

[53:31]

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!

[53:32]

(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. ?zünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!

[53:33]

(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni,

[53:34]

Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni?

[53:35]

Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və'd etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).

[53:36]

Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!

[53:37]

Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)

[53:38]

(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) "Heç bir günahkar başqasının günahına yüklənməz!

[53:39]

İnsana ancaq öz zəhməti (sə'yi, çalışması, əməli) qalar!

[53:40]

Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə'yi, əməli) görünəcəkdir!

[53:41]

Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!"

[53:42]

Həqiqətən, axır dönüş sənin Rəbbinədir!

[53:43]

Güldürən də, ağladan da Odur!

[53:44]

?ldürən də, dirildən də Odur!

[53:45]

(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur -

[53:46]

(Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən.

[53:47]

(?lüləri) yenidən diriltmək də Ona aiddir!

[53:48]

(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur!

[53:49]

Şi'ranın (Şi'ra ulduzunun) da Rəbbi Odur!

[53:50]

Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi.

[53:51]

Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı.

[53:52]

Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.

[53:53]

(Lut qövmünün yurdu) Mö'təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu).

[53:54]

Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi!)

[53:55]

(Ey insan!) Sən öz Rəbbinin hansı ne'mətlərinə şəkk edirsən?!

[53:56]

Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!

[53:57]

(Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı.

[53:58]

Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz!)

[53:59]

İndi siz bu kəlama (Qur'ana) təəccübmü edirsiniz?

[53:60]

Həm də gülürsünüz, heç ağlamırsınız!

[53:61]

Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e'tina etmirsiniz).

[53:62]

(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)

 

Al-Qamar

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[54:1]

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö'cüzəsi ilə) parçalandı.

[54:2]

Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö'cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" - deyərlər.

[54:3]

Onlar (ayın parçalanmasını, digər mö'cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

[54:4]

And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

[54:5]

(Bu Qur'an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

[54:6]

Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəətli) bir şeyə (məərə) çağıracağı günədək!

[54:7]

Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

[54:8]

Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" - deyəcəklər.

[54:9]

Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: "(Bu) divanədir!" - demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.

[54:10]

(Nuh) Rəbbinə dua edib: "Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!" - dedi.

[54:11]

Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

[54:12]

Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.

[54:13]

Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.

[54:14]

(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.

[54:15]

And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:16]

Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:17]

And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:18]

Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:19]

Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.

[54:20]

O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.

[54:21]

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:22]

And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:23]

Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

[54:24]

Onlar demişdilər: "Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!

[54:25]

Məgərərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!"

[54:26]

(Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) "Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!

[54:27]

Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!

[54:28]

Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvəəcəkdir). Hərə öz növbəsində hazır olsun!"

[54:29]

Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.

[54:30]

(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

[54:31]

Biz onlara bircə dəətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.

[54:32]

And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:33]

Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.

[54:34]

Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;

[54:35]

Dərgahımızdan bir lütf olaraq! Biz (ne'mətimizə) şükür edəni belə mükafatlandırırıq!

[54:36]

And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.

[54:37]

Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) "İndi əzabımı və təhdidlərimi dadın!" - (dedik).

[54:38]

And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).

[54:39]

(Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik).

[54:40]

And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:41]

And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir'on əhlinə də gəlib çatmışdı.

[54:42]

Onlar ayələrimizin (mö'cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.

[54:43]

(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!

[54:44]

Yoxsa onlar: "Biz (Muhəmməd və mö'minlərdən) intiqam ala biləcək bir zümrəyik!" - deyirlər?

[54:45]

(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!

[54:46]

Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).

[54:47]

Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm oduərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).

[54:48]

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!" (deyiləcəkdir).

[54:49]

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.

[54:50]

Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)

[54:51]

And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

[54:52]

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!

[54:53]

Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!

[54:54]

Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,

[54:55]

(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!

 

Ar-Rahmân

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[55:1]

Rəhman! (Mərhəmətli olan Allah!)

[55:2]

(?z peyğəmbərinə) Qur'anı öyrətdi.

[55:3]

İnsanı yaratdı.

[55:4]

Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.

[55:5]

Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).

[55:6]

Otlar da, ağaclar da (Allaha) səcdə edər!

[55:7]

Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!

[55:8]

Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).

[55:9]

Tərəzini düz tutun, çəkini əskiltməyin! (Cəkidə insaflı olun, tərəzini korlamayın!)

[55:10]

Yeri də (bütün) məxluqat üçün O döşədi.

[55:11]

Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;

[55:12]

(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.

[55:13]

(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:14]

İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.

[55:15]

(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.

[55:16]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:17]

İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.

[55:18]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:19]

(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).

[55:20]

Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).

[55:21]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:22]

Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.

[55:23]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:24]

Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.

[55:25]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:26]

(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).

[55:27]

Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.

[55:28]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:29]

Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).

[55:30]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:31]

Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik).

[55:32]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:33]

Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)

[55:34]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:35]

(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.

[55:36]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:37]

(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!

[55:38]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:39]

O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir!)

[55:40]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:41]

Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir).

[55:42]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:43]

(Onlara belə deyiləcəkdir: ) "Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!"

[55:44]

Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.

[55:45]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:46]

Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!

[55:47]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:48]

(O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir).

[55:49]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:50]

Orada (o cənnətlərdə) iki axar bulaq vardır.

[55:51]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:52]

Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö'minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).

[55:53]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:54]

Onlar (mö'minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö'minlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).

[55:55]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:56]

Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.

[55:57]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:58]

Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.

[55:59]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:60]

Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!

[55:61]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:62]

Onlardan (o iki cənnətdən) başqa (mö'minlər üçün) daha iki cənnət (Firdovs və Mə'va cənnətləri) vardır.

[55:63]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:64]

(O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).

[55:65]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:66]

Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.

[55:67]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:68]

Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.

[55:69]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:70]

Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.

[55:71]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:72]

Cadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.

[55:73]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:74]

Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.

[55:75]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:76]

Onlar (mö'minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.

[55:77]

Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!

[55:78]

(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!

 

Al-Wâqi‘ah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[56:1]

Qiyamət vaqe olacağı (qopacağı) vaxt

[56:2]

Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!

[56:3]

O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.

[56:4]

Yer hərəkətə gəlib şiddətlə titrədiyi,

[56:5]

Dağlar parça-parça olub ovxalandığı

[56:6]

Və toz kimi səpələndiyi zaman

[56:7]

Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:

[56:8]

Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)

[56:9]

Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)

[56:10]

Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)

[56:11]

Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.

[56:12]

Onlar Nəim cənnətlərində olacaqlar.

[56:13]

(?ndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

[56:14]

Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).

[56:15]

(Onlar qızıl-gümüş, lə'l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,

[56:16]

Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.

[56:17]

Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;

[56:18]

(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.

[56:19]

(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.

[56:20]

(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr

[56:21]

Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).

[56:22]

(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.

[56:23]

(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.

[56:24]

Onlar (bu ne'mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.

[56:25]

Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.

[56:26]

Eşitdikləri söz ancaq "salam" olacaqdır.

[56:27]

Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?

[56:28]

(Onlar) tikansız sidr ağacları,

[56:29]

Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;

[56:30]

Cəkilməyən (daimi) kölgəliklərdə;

[56:31]

Axar su kənarında;

[56:32]

Bol meyvələr -

[56:33]

Tükənməz və qadağan edilməyən (meyvələr) içində

[56:34]

Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!

[56:35]

Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!

[56:36]

Onları bakirə qızlar,

[56:37]

Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

[56:38]

Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!

[56:39]

(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

[56:40]

Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).

[56:41]

Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?

[56:42]

(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,

[56:43]

Qapqara duman kölgəsində olacaqlar!

[56:44]

(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.

[56:45]

Onlar bundan əvvəl (dünyada) naz-ne'mət içində idilər.

[56:46]

?zləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.

[56:47]

Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!

[56:48]

Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!"

[56:49]

(Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da,

[56:50]

Mə'lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məərə) cəm ediləcəklər.

[56:51]

Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!

[56:52]

Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,

[56:53]

Qarınlarınızı onunla dolduracaqsınız.

[56:54]

Ustündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.

[56:55]

?zü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.

[56:56]

Bu onların haqq-hesab günündəki ziyafətidir.

[56:57]

(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?

[56:58]

Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?

[56:59]

Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!

[56:60]

Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,

[56:61]

(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!

[56:62]

And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!

[56:63]

Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?

[56:64]

Onu bitirən sizsiniz, yoxsa Biz?!

[56:65]

Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:

[56:66]

Biz ziyana uğramış,

[56:67]

Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik! (deyərdiniz). "

[56:68]

Bəs içdiyiniz suya nə deyirsiniz?

[56:69]

Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!

[56:70]

Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne'mətlərinə) şükür etmirsiniz?

[56:71]

Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?

[56:72]

Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?

[56:73]

Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.

[56:74]

Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!

[56:75]

Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki -

[56:76]

Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz -

[56:77]

(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur'andır.

[56:78]

(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).

[56:79]

Ona yalnız pak olanlar toxuna bilər!

[56:80]

(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

[56:81]

İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)

[56:82]

Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?

[56:83]

(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman

[56:84]

Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).

[56:85]

Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!

[56:86]

Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,

[56:87]

Və əgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!

[56:88]

Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,

[56:89]

(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!

[56:90]

Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),

[56:91]

(Ona özü kimi olan yoldaşlarının dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə salam olsun!" (deyiləcəkdir).

[56:92]

Əgər (ölən kimsə Allahın ayələrini, mö'cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,

[56:93]

(Ona) qaynar su ziyafəti veriləcək

[56:94]

Və özü də Cəhənnəmə atılacaqdır.

[56:95]

Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!

[56:96]

Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)

 

Al-Hadîd

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[57:1]

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə'ninə tə'riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[57:2]

Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

[57:3]

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah ?z əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, ?zü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).

[57:4]

Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!

[57:5]

Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!

[57:6]

Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!

[57:7]

(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!

[57:8]

Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu babanız Adəmin belində, yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində) sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin - bu sizin üçün daha yaxşıdır!)

[57:9]

Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün ?z bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!

[57:10]

(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e'tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və'd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

[57:11]

Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!

[57:12]

O gün (qiyamət günü, ya Peyğəmbər!) mö'min kişilərin və qadınların (səmimi e'tiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö'lə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) "Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!" Bu, böyük qurtuluşdur (uğurdur)!

[57:13]

O gün münafiq kişi və qadınlar iman gətirənlərə: "(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!" - deyəcəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: "Geriyə dönüb işıq axtarın!" (Bu sözlərdən sonra) onların (mö'minlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.

[57:14]

(Münafiqlər divarın içəri tərəfində olan mö'minləri) səsləyib deyəcəklər: "Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!" (Mö'minlər) belə cavab verəcəklər: "Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (mö'minlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!

[57:15]

(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!"

[57:16]

İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Qur'an) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!

[57:17]

(Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!

[57:18]

Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!

[57:19]

Allaha və peyğəmbərinə iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.

[57:20]

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.

[57:21]

(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!

[57:22]

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!

[57:23]

Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!

[57:24]

O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim (Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər). Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tə'rifə) layiqdir! (Onun bütün əməlləri bəyəniləndir!)

[57:25]

And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö'cüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mə'dənlərdən çıxartdıq) ki, Allah (?zünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

[57:26]

And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Qur'anı) onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir!

[57:27]

Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa) peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.

[57:28]

Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə ?z mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!

[57:29]

(Muhəmməd əleyhissəlama iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə) heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf (mərhəmət, ne'mət) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf (kərəm) sahibidir! [Və ya: kitab əhli Allahın lütfündən heç bir şeyə nail olmayacaqlarını, həqiqətən, lütfün (mərhəmətin) Allahın əlində olduğunu, Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini bilmədikləri üçünmü küfrdə israr edib dururlar? Halbuki bunu çox ə'la bilirlər].