PART
28
Al-Mujâdilah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[58:1]
(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin
danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
[58:2]
Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların
anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.
[58:3]
Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır!
[58:4]
Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da
gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!
[58:5]
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o
cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın
haqlı olmasını sübut
edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir
əzab gözləyir!
[58:6]
Allah onların hamısını
dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb
yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər bir şeyə şahiddir!
[58:7]
(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa,
(hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın
dördüncüsü, beş
adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar,
(Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara
etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!
[58:8]
(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan
olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları
(münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın
salamladığı kimi salamlamır ("əssəlamu əleykə" əvəzinə "əsammu əleykə - sənə ölüm olsun!" - deyərək guya salam verir) və ürəklərində: "(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?" - deyirlər. Onlara girib
yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!
[58:9]
Ey iman gətirənlər! Bir-birinizlə xəlvət
danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və (qiyamət günü) hüzuruna
toplanacağınız Allahdan
qorxun!
[58:10]
Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma
(pıçıldaşma) iman gətirənləri mə'yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan)
onlara heç bir zərər yetirə bilməz. Mö'minlər yalnız Allaha təvəkkül etsinlər!
[58:11]
Ey iman gətirənlər! Sizə: "Məclislərdə (mö'min
qardaşlarınıza) yer
verin!" - deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: "Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş
edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah
etdiyiniz əməllərdən xəbərdardır!
[58:12]
Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah
yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey
tapmasanız (ürəyinizi
qısmayın). Cünki Allah
bağışlayandır, rəhm edəndir!
[58:13]
Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki,
siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz
qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!
[58:14]
(Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını (mö'min müsəlmanların sirlərini onlara verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin riyakar
olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri barədə) yalandan and içirlər.
[58:15]
Allah onlar üçün şiddətli bir əzab
hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!
[58:16]
Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.
[58:17]
Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından)
qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
[58:18]
Allah onların hamısını
dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey
qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!
[58:19]
Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara
unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın
firqəsi - məhz onlar ziyana uğrayanlardır!
[58:20]
Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr içərisində olacaqlar!
[58:21]
Allah (lövhi-məhfuzda): "And olsun
ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
[58:22]
(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla
- öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və ?z dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta
etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan
razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın
dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın
firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.
Al-Hashr
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[59:1]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə'ninə tə'riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[59:2]
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında
yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz
yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey mö'minlər!) Siz onların
(öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz
qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı.
Belə ki, onlar evlərini həm öz əlləri, həm də mö'minlərin əlləri ilə uçurdub
dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın!
[59:3]
Əgər Allah onlara (yurdlarından çıxardılıb) sürgün
olunmağı hökm etməsəydi, onları
dünyada mütləq (başqa bir) əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı gözləyir!
[59:4]
Bu onların Allaha və Onun Peyğəmbərinə asi olmalarına görədir. Kim Allaha asi olsa (bilsin
ki), Allahın cəzası çox
şiddətlidir!
[59:5]
(Ey mö'minlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud (toxunmayıb) onu kökü üstündə salamat
qoymağınız Allahın
iznilədir. Və bu (Allahın
öz Rəbbinə asi olan) fasiqləri rüsvay etməsi üçündür.
[59:6]
(Ey mö'minlər!) Allahın onların (Bəni Nəzər qəbiləsinin) mallarından ?z
Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah ?z peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir!
[59:7]
Allah ?z Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla)
verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrabaya, yetimlərə, yoxsullara və (pulu
qurtarıb yolda qalan) müsafirə
(yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan
edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
[59:8]
(Bu qənimət) yurdlarından qovulub çıxardılmış,
Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar
(imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!
[59:9]
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına
(şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları
özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!
[59:10]
Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din)
qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"
[59:11]
(Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: "Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö'minlər) sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" - deyən münafiqləri görmədinmi? Allah
onların xalis yalançı olduğuna şahiddir!
[59:12]
And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla
birlikdə (öz yurdlarından)
çıxmazlar. Əgər (mö'minlər) onlarla vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq)
arxa çevirib qaçar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz!
[59:13]
(Ey mö'minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan
Allahdan çox sizsiniz. Bu isə onların
(Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına görədir.
[59:14]
Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cür'ət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür.
(Ya Peyğəmbər!) Sən onların əlbir
olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm
olmalarıdır.
[59:15]
Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını
(dünyada) dadmış kimsələrə (Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir əzab gözləyir.
[59:16]
(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması)
Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana:
"Kafir ol !" - deyər. (İnsan)
kafir olan kimi (Şeytan onu qoyub
qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!"
- deyər.
[59:17]
Onların hər ikisinin (Şeytanla onun aldatdığı
adamın, eləcə də münafiqlərlə Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik
qalmaqdır. Zalımların
(kafirlərin) cəzası budur!
[59:18]
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan
qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
[59:19]
Allahı unutduları üçün Allahın da
onları özlərinə unutdurduğu (xeyirlərini başa
düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
[59:20]
Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!
[59:21]
(Ya Peyğəmbər!) Əgər Biz bu Qur'anı bir
dağa nazil etsəydik, sən onun Allahın
qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun
öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.
[59:22]
O ?zündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün
bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız mö'minləri bağışlayan Rəhimdir!)
[59:23]
O ?zündən başqa heç bir tanrı (mə'bud) olmayan, (bütün məxluqatın)
ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq
olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir
şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona
qoşduqlarından (şəriklərdən) ucadır.
[59:24]
O, (hər şeyi)
yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna)
ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı)
Onu təqdis edib şə'ninə tə'riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Al-Mumtahanah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[60:1]
Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur'anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz
onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən)
çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada
çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi
(bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha)
bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq
yoldan azmışdır!
[60:2]
Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
[60:3]
Nə
(xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən
ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
[60:4]
İbrahim və onunla birlikdə olanlar
(mö'minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan
başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin
aranızda həmişə ədavət və nifrət olacaqdır!"
Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım
yalnız budur)!" - deməsi
istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq
Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.
[60:5]
Ey Rəbbimiz! Bizi
kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!"
[60:6]
(Ey mö'minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə'rifə (şükrə) layiqdir!
[60:7]
(Ey mö'minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz
kimsələr (Məkkə müşrikləri) arasında
(onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah
bağışlayandır, rəhm edəndir!
[60:8]
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
[60:9]
Allah sizə ancaq sizinlə din yolunda
vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan
edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
[60:10]
Ey iman gətirənlər! Mö'min qadınlar sizin yanınıza mühacir kimi
gəldikləri zaman onları imtahana çəkin. Allah
onların imanını çox gözəl bilir (onları
yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö'min
olduqlarını bilsəniz, artıq
onları kafirlərin yanına
qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır.
Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz
kəbininiz altında
saxlamayın. (Həmin
qadınlara) verdiyiniz mehri
(onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib
mö'minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[60:11]
Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla
vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına)
getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz
Allahdan qorxun!
[60:12]
Ya Peyğəmbər! Mö'min qadınlar
Allaha heç bir şərik
qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız
uşaqlarını diri-diri
torpağa gömməyəcəklərini), özgə kişilərdən olan
uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey'ət etmək üçün yanına gəldikləri zaman onların bey'ətini qəbul et və Allahdan
onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[60:13]
Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir
qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da
axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!
As-Saff
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[61:1]
Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şə'ninə tə'riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[61:2]
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə'zi müsəlmanlar: "Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!" - deyirdilər. Lakin cihad əmri nazil olduqda
bu, bir çöx mö'minlərin xoşuna gəlmədi).
[61:3]
Etməyəcəyiniz bir şeyi demək Allah
yanında böyük qəzəbə səbəb olar.
[61:4]
Şübhəsiz ki, Allah ?z yolunda
möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
[61:5]
(Ya Rəsulum!) Xatırla
ki, bir zaman Musa öz qövmünə demişdi:
"Ey qövmüm! Mənim Allahın
sizə göndərilmiş
peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?" Onlar (haqdan) üz döndərdi. Allah (?zünə asi olan) fasiqləri doğru
yola yönəltməz!
[61:6]
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi:
"Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara
açıq-aşkar mö'cüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər.
[61:7]
İslama də'vət olunduğu halda, Allaha
qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!
[61:8]
Onlar Allahın nurunu (islam dinini) öz
ağızları (öz iftiraları və şər sözləri) ilə
söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.
[61:9]
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün ?z Peyğəmbərini hidayət (Qur'an) və haqq dinlə göndərən Odur!
[61:10]
Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu)
göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?
[61:11]
(O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
[61:12]
(Əgər belə etsəniz) O sizin
günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil
edər. Bu, böyük
qurtuluşdur (uğurdur)!
[61:13]
(Sizi hələ) sevdiyiniz başqa bir
şey (bir ne'mət) də - Allah dərgahından
kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya
Peyğəmbər!) Mö'minlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!
[61:14]
Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: "Allah yolunda mənim köməkçilərim kimdir?" -
demiş, həvarilər də: "Allahın köməkçiləri bizik!" - deyə cavab
vermişdilər. Nəhayət, İsrail
oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
Al-Jumuah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[62:1]
Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün)
hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şə'ninə tə'riflər deyər!
[62:2]
(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara
(Allahın) ayələrini oxuyar, onları
(günahlardan, şirk və küfr
çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Qur'anı və şəriəti) öyrədər.
[62:3]
(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara
qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[62:4]
Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
[62:5]
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu
daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub
öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə
yazıldığını bilməyən, onlardan
faydalanmağı bacarmayan)
ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair)
Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola
yönəltməz!
[62:6]
(Ya Peyğəmbər!) De: "Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia
edirsinizsə, (və bunu) doğru
deyirsinizsə, onda (Allahdan) ölüm
diləyin! (Cünki Allah dərgahındakı ne'mətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
[62:7]
Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları
günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
[62:8]
(Ya Peyğəmbər!) De: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra
siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
[62:9]
Ey iman gətirənlər! Cümə günü namaza
çağırıldığınız
zaman Allahı zikr etməyə tələsin və alış-verişi
buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
[62:10]
Namaz qılınıb qurtardıqdan
sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə
qayıdın!) Və Allahı çox
zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
[62:11]
Onlar (mö'minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub
ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında
olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah
ruzi verənlərin ən
yaxşısıdır!"
(Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir
karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O
vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına
işarə edilmişdir).
Al-Munâfiqûn
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[63:1]
(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin,
doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah
həm də münafiqlərin xalis yalançı
olduqlarına şəhadət verir.
[63:2]
Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
[63:3]
Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular.
Buna görə də onların ürəklərinə möhür vurulmuş,
özləri isə anlamaz kimsələr olmuşlar.
[63:4]
(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir,
danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və mö'minlərə əyan olacağından qorxub) hər bir
qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
[63:5]
Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin
bağışlanmağınızı diləsin!"-deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
[63:6]
Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
[63:7]
Onlar: "Allahın Peyğəmbəri yanında olanlara bir
şey verməyin ki,
dağılıb getsinlər!" - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin
münafiqlər (bunu) anlamazlar.
[63:8]
Onlar: "Əgər biz (Bəni Müstəliq
vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha,
Onun Peyğəmbərinə və mö'minlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
[63:9]
Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən
yayındırmasın! Hər kəs bunu etsə (Allahı
yada salmasa), belələri əsl ziyana
uğrayanlardır.
[63:10]
Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
[63:11]
Və (bilin
ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
At-Taghâbun
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[64:1]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə'ninə tə'riflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
[64:2]
Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz
mö'min. Allah nə etdiklərinizi görəndir!
[64:3]
O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.
(İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!
[64:4]
O, göylərdə və yerdə olanları da, sizin
gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
[64:5]
(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı?
Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
[64:6]
Cünki peyğəmbərləri onlara açıq-aşkar
mö'cüzələr gətirir, onlar isə: "Məgər bizi doğu yola (özümüz kimi adi) bir insanmı
salacaqdır?!" - deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz
döndərirlər. Allahın (onların
ibadətinə) ehtiyacı yoxdur. Allah
heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tə'rifə) layiqdir!
[64:7]
Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada)
etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox
asandır!
[64:8]
Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur'ana) iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır!
[64:9]
Allahın sizi (haqq-hesab üçün)
toplanmış gününə cəm edəcəyi gün - məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq
axirəti əldən verdiklərinə görə, bə'zi mö'minlərin də dünyada
bacardıqlarından az
yaxşı əməllər etdiklərinə görə aldanmaları
bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun
günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
[64:10]
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar.
Ora necə də pis məskəndir!
[64:11]
Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha
iman gətirsə, (Allah) onun qəlbini haqqa
doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi,
indini və gələcəyi) biləndir!
[64:12]
Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
[64:13]
Allahdan başqa heç bir tanrı (mə'bud) yoxdur. Buna görə də mö'minlər ancaq Allaha təvəkkül etsinlər!
[64:14]
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan
sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi
ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən
daşındırmışdılar). Onlardan özünüzü
gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və
bağışlasanız (daha yaxşı olar). Cünki Allah
(günahları çox) bağışlayandır, rəhm edəndir!
[64:15]
Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir
imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
[64:16]
Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
[64:17]
Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin
üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!
[64:18]
(Allah) gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!
At-Talâq
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[65:1]
(Ya Peyğəmbər!) ?vrətləri
boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun.
Onları - açıq-aşkar bir pis iş (zina) etməyənə qədər - (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu,
Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah
bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
[65:2]
Bunların (bu qadınların)
gözləmə müddəti başa çatdıqda
(barışmaq istəsəniz) onları
yaxşılıqla (mehrlərini verib) yola
salın. (Sonradan aranızda ixtilaf
olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir
çıxış yolu əta edər.
[65:3]
Və ona
gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah ?z əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü
(hədd, müddət) tə'yin etmişdir.
[65:4]
(Yaşa dolmaqla) heyzdən kəsilmiş
qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları
müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan
sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə
qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini
(dünya və axirətdə) asan edər.
[65:5]
Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü
örtər və (axirətdə) mükafatını artırar.
[65:6]
Onları
(boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz
yaşadığınız yerdə sakin edin. (Bu qadınları)
sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar
gözləmə müddətləri qurtarandan sonra) sizin
üçün uşaq əmizdirirlərsə, onların (süd)
haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər). ?z aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə
razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər.
[65:7]
Varlı-karlı olan öz varına
görə (süd haqqı) versin.
İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah
heç kəsi ?zünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra
asanlıq (yoxsulluqdan sonra
dövlət) əta edər.
[65:8]
Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara
şiddətli cəza verib görünməmiş
müdhiş əzaba düçar etdik.
[65:9]
Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana
uğramaq oldu.
[65:10]
Allah onlar üçün şiddətli əzab hazırladı. Ey
iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun!
Allah sizin üçün Qur'an nazil etmiş,
[65:11]
Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana)
çıxartmaq üçün Allahın
açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu
(mö'minlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!
[65:12]
Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır.
Allahın hər şeyə qadir olduğunu,
Allahın hər şeyi elm (?z əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.
At-Tahrîm
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[66:1]
Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi
(dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah
bağışlayandır, rəhm edəndir!
[66:2]
Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz)
andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir!
[66:3]
Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona
(Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da:
"Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan
(Allah) xəbər verdi!" - deyə cavab vermişdi.
[66:4]
(Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı
olar). Cünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah,
yardım göstərənləri isə Cəbrail, əməlisaleh mö'minlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh mö'minlərdir. Bunlardan sonra da mələklər onun
yardımçısıdır).
[66:5]
Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı
zövcələr - müsəlman,
mö'min, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul
qadınlar və bakirə qızlar versin!
[66:6]
Ey iman gətirənlər! ?zünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun
yanacağı insanlar və daşlar
(daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın
onlara verdiyi əmrlərə asi olamayan,
buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).
[66:7]
(Kafirlər cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: ) "Ey kafir
olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!"
[66:8]
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha
qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz
günahlarınızın üstünü örtsün və sizi (ağacları)
altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah ?z
Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların
(iman) nuru (qıl
körpüsü üstündə onlara yol
göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şö'lə saçarkən onlar belə deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu
tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!"
[66:9]
Ya Peyğəmbər! Kafirlərə qarşı
(qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş.
Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!
[66:10]
Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa)
girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" - deyildi.
[66:11]
Allah iman gətirənlərə isə Fir'onun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ey
Rəbbim! Mənim üçün ?z dərgahında - Cənnətdə bir ev tik. Məni Fir'ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" - demişdi.
[66:12]
(Allah mö'min qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış
İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona ?z ruhumuzdan (?z
yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.