PART
29
Al-Mulk
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[67:1]
Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!
[67:2]
Hansınızın əməlcə daha gözəl olduğunu
sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur.
O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
[67:3]
Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü
qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
[67:4]
Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada
(axtardığını tapmayıb) zəif, yorğun
düşərək yenə də sənə tərəf qayıdacaqdır!
[67:5]
And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar)
üçün yandırıb-yaxan alovlu atəş əzabı
hazırladıq.
[67:6]
Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
[67:7]
Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!
[67:8]
O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora
(Cəhənnəmə) atıldıqca onun
gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər gəlməmişdimi?"
- deyə soruşacaqlar.
[67:9]
Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan
peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah
heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox
azmısınız!"
[67:10]
Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb
ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!"
- deyəcək,
[67:11]
Və beləcə öz
günahlarını e'tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
[67:12]
Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat
gözləyir!
[67:13]
(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
[67:14]
Məgər yaradan (sizin gizli
saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
[67:15]
Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin,
(Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!
[67:16]
(Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə
batırmayacağına əminsinizmi?!
[67:17]
Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla)
qorxutmağımın necə olduğunu
mütləq biləcəksiniz.
[67:18]
Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım
(inkar etməyim) necə oldu.
[67:19]
Məgər onlar başları
üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah)
saxlayır. Həqiqətən, O, hər şeyi
görəndir!
[67:20]
Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun
?zündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq,
aldanmaqdadırlar!
[67:21]
Əgər (Allah) ?z ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər.
[67:22]
Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq
yoldadır, yoxsa düz yolda düz gedən?!
[67:23]
(Ya Peyğəmbər!) De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın ne'mətlərinə) nə az şükür edirsiniz!"
[67:24]
De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun
hüzuruna
toplanacaqsınız!"
[67:25]
Onlar (müşriklər) deyirlər: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu və'd (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?"
[67:26]
De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
[67:27]
Kafirlər əzabın
yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: "Sizin
(dünyada) istədiyiniz (və həmişə istehza edib
inanmadığınız) əzab budur!" - deyiləcəkdir.
[67:28]
(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından)
kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda
verməz. Allahın əzabından
nicat tapmaq üçün ancaq Onun
haqq dininə iman gətirmək lazımdır!)
[67:29]
De: "O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq
yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!"
[67:30]
De: "Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim
sizə axar su gətirə bilər?!
Al-Qalam
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[68:1]
Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara)
ki,
[68:2]
Sən (ya Rəsulum!) Rəbbinin ne'məti sayəsində divanə deyisən!
[68:3]
Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
[68:4]
Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
[68:5]
(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,
[68:6]
Hansınızın divanə olduğunu!
[68:7]
Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan
olanları da ən gözəl tanıyandır!
[68:8]
Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!
[68:9]
(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq
göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)
[68:10]
(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;
[68:11]
Qeybət edənə, söz gəzdirənə;
[68:12]
Xeyrə mane
olana, (zülm etməkdə) həddi aşana, günaha
batana;
[68:13]
Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
[68:14]
O, mal-dövlət, oğul-uşaq sahibi
olsa belə!
[68:15]
Ayələrimiz ona oxunduğu zaman o:
"(Bunlar) qədimlərin əfsanələridir!" - dedi.
[68:16]
Biz (tezliklə) onun burnuna damğa
basacağıq!
[68:17]
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun
meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
[68:18]
Və heç bir
istisna yeri də qoymamışdılar
(inşallah deməmişdilər).
[68:19]
Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
[68:20]
Və o (yanıb)
qapqara qaraldı (külə döndü).
[68:21]
Onlar səhər qalxıb bir-birini belə səslədilər:
[68:22]
Əgər (məhsul)
yığacaqsınızsa, bağınıza tez gedin!"
[68:23]
Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
[68:24]
(Elə edin
ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!
[68:25]
Onlar (yoxsulları) bağa buraxmağa
qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda
(yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]
[68:26]
(Bağı) bu vəziyyətdə (yanıb külə
dönmüş) gördükdə dedilər: "Yəqin ki, (yolumuzu) azmışıq!
[68:27]
Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!"
[68:28]
Onların ən ağıllısı (və insaflısı) dedi:
"Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli
olduğunuzu demədimmi?!"
[68:29]
Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər.
[68:30]
Onlar bir-birini danlamağa
başladılar.
[68:31]
Və dedilər: "Vay
halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
[68:32]
Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha
yaxşısını versin. Biz Rəbbimizdən (bizi
bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!"
[68:33]
(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!
[68:34]
Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!
[68:35]
Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!
[68:36]
(Ey kafirlər! Siz dünyada yoxsul mö'minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün
olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?
[68:37]
Yoxsa (Allahdan nazil olmuş) bir
kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!
[68:38]
Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı
yazılmışdır?!
[68:39]
Və ya
hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!
[68:40]
(Ya Peyğəmbər!) Onlardan soruş ki,
hansı biri buna zamindir?
[68:41]
Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni
olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!
[68:42]
İş çətinləşəcəyi (baldırlar
açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar
olacağı) və səcdəyə (namaza) də'vət olunacaqları gün onlar
(səcdə etməyə) qadir olmayacaqlar.
[68:43]
Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar
(dünyada) sağlam olduqları ikən səcdəyə də'vət olunurdular.
[68:44]
(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur'anı) yalan sayanları Mənə tapşır. Biz
onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.
[68:45]
Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.
[68:46]
Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!
[68:47]
Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah
yanında mö'minlərdən üstün
olacağını oradan öyrənib) yazırlar?!
[68:48]
(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq
sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq
(Rəbbinə) dua etmişdi.
[68:49]
Əgər Rəbbindən ona bir mərhəmət (ne'mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.
[68:50]
Amma (tövbə etdikdən sonra) Rəbbi onu (?z bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi.
[68:51]
(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur'anı
eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər.
[68:52]
Halbuki bu (Qur'an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)
Al-Hâqqah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[69:1]
Haqq olan qiyamət!
[69:2]
Nədir qiyamət?!
[69:3]
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
[69:4]
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
[69:5]
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
[69:6]
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
[69:7]
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş
görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
[69:8]
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
[69:9]
Fir'on da, ondan əvvəlkilər də, alt-üst olmuş
Mö'təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
[69:10]
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da
onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
[69:11]
Həqiqətən, hər tərəfi su basdığı
zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
[69:12]
Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu
eşidib yadda saxlasın!
[69:13]
Sur bircə dəfə üfürüləcəyi;
[69:14]
Yer və dağlar
qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
[69:15]
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət
qopacaqdır!
[69:16]
Və (göy) süst
düşüb parçalanacaqdır!
[69:17]
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
[69:18]
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli
qalmayacaqdır!
[69:19]
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
[69:20]
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!"
[69:21]
Bundan belə o, xoş güzəran içində,
[69:22]
Yüksək bir Cənətdə olacaqdır.
[69:23]
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır
(mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
[69:24]
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş
günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
[69:25]
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
[69:26]
Hesabımın nə olduğunu bilməyəydim!
[69:27]
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
[69:28]
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını
məndən dəf edə bilmədi).
[69:29]
Mülküm (səltənətim) də məhv olub getdi!"
[69:30]
(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub
qandallayın!
[69:31]
Sonra da Cəhənnəmə atın!
[69:32]
Daha sonra onu yetmiş arşın
uzunluğunda zəncirlə bağlayın!
[69:33]
Cünki o, böyük olan Allaha
inanmırdı.
[69:34]
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu
yedirtməyə rəğbət oyatmırdı.
[69:35]
Bu gün bax burda onun yaxın bir dostu
yoxdur.
[69:36]
İrindən başqa bir yeməyi də yoxdur.
[69:37]
Onu ancaq günahkarlar yeyər!"
[69:38]
And içirəm gördüklərinizə,
[69:39]
Və görmədiklərinizə ki,
[69:40]
Bu (Qur'an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona
nazil etdiyi) sözüdür!
[69:41]
O, şair sözü deyildir! Nə az inanırsınız!
[69:42]
O, kahin sözü də deyildir! Nə az
düşünürsünüz!
[69:43]
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
[69:44]
Əgər o (Peyğəmbər) özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi,
[69:45]
Biz ondan mütləq şiddətli intiqam
alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
[69:46]
Sonra onun şah damarını
qopardardıq!
[69:47]
Və heç
biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
[69:48]
Şübhəsiz ki, bu (Qur'an) müttəqilərə bir öyüd-nəsihətdir.
[69:49]
(Ey insanlar!) İçərinizdə onu yalan hesab
edənlər olduğunu da, əlbəttə, bilirik.
[69:50]
Şübhəsiz ki, bu (Qur'an) kafirlər üçün bir peşmançılıqdır (ona
inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
[69:51]
Doğrudan da, bu (Qur'an) gerçək bir həqiqətdir.
[69:52]
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!
Al-Maârij
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[70:1]
(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
[70:2]
(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
[70:3]
(O əzab yüksək) dərəcələr sahibi olan
Allahdandır!
[70:4]
Mələklər və ruh (Cəbrail) Onun dərgahına
(dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
[70:5]
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq
keçirmədən) səbr et!
[70:6]
Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq
görürlər (ona inanmırlar).
[70:7]
Biz isə onu yaxın
görürük (ona inanırıq).
[70:8]
O gün göy göyərmiş mis kimi
olacaq;
[70:9]
Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
[70:10]
Və dost
dostu arayıb axtarmayacaqdır (hərə öz hayına
qalacaqdır).
[70:11]
Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini
tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün
əzabından qurtarmaq üçün
günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz
oğullarını;
[70:12]
?vrətini və qardaşını;
[70:13]
(Cətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
[70:14]
Və yer
üzündə olanların hamısını - təki özünü (Allahın əzabından)
qurtarsın!
[70:15]
Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
[70:16]
(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən
ayırır).
[70:17]
Cağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
[70:18]
Və
(mal-dövlət) yığıb
saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
[70:19]
Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
[70:20]
Ona bir pislik üz verdikdə fəryad qoparar.
[70:21]
Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
[70:22]
Namaz qılanlar istisnadır!
[70:23]
O kəslər ki, daim namaz
qılarlar;
[70:24]
O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır
-
[70:25]
Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına
qısılıb dilənməyən) kimsə üçün;
[70:26]
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
[70:27]
O kəslər ki, Rəbbinin əzabından
qorxub tir-tir əsərlər;
[70:28]
Cünki onların Rəbbinin əzabından (bu
əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
[70:29]
O kəslər ki, ayıb yerlərini qoruyub
saxlayarlar (zina etməzlər);
[70:30]
?vrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
[70:31]
Bundan artığını istəyənlər isə həddi aşanlardır;
[70:32]
O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü
yerinə yetirərlər;
[70:33]
O kəslər ki, düzgün şəhadət verərlər
[70:34]
Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
[70:35]
Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
[70:36]
(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
[70:37]
Sağdan və soldan dəstə-dəstə gəlirlər?
[70:38]
Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına
ümid edir?
[70:39]
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq!
(İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir.
İnsanın e'tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün
başlıca şərt onun Allaha
iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
[70:40]
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
[70:41]
Onları özlərindən daha yaxşısı
ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt'i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
[70:42]
Elə isə (ya Peyğəmbər!) qoy onlar və'd
olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
[70:43]
O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
[70:44]
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və'd olunmuş həmin qiyamət günüdür!
Nûh
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[71:1]
Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik.
[71:2]
O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir
peyğəmbərəm!
[71:3]
Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
[71:4]
(Əgər belə etsəniz) O sizin
günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə'xirə salınmaz. Kaş biləydiniz!"
[71:5]
O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də'vət etdim!
[71:6]
Lakin də'vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir
şeyə yaramadı.
[71:7]
Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də'vət etdimsə, onlar (də'vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
[71:8]
Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də'vət etdim.
[71:9]
Daha sonra onlara (iman gətirmək lazım olduğunu)
aşkar söylədim və gizli bildirdim".
[71:10]
Və dedim:
"(Tövbə edib) Rəbbinizdən
bağışlanmağınızı diləyin. Cünki O,
(tövbə edən bəndəsinin günahlarını) çox
bağışlayandır!
[71:11]
O sizə göydən bol yağış
göndərər;
[71:12]
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
[71:13]
Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz?
Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
[71:14]
Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış
qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
[71:15]
Məgər görmürsünüz ki, Allah
yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!
[71:16]
Orada ayı bir nur, günəşi də bir çıraq
etdi.
[71:17]
Və Allah
sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
[71:18]
Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da)
çıxardacaqdır.
[71:19]
Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına
döşədi) ki,
[71:20]
Onun geniş yollarında gəzəsiniz!"
[71:21]
Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti,
oğul-uşağı
özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
[71:22]
(Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
[71:23]
Və
(tabeçiliyində olanlara) dedilər: "?z
tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva'ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!"
[71:24]
Onlar çoxlarını yoldan
çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq
onların zəlalətini artır!"
[71:25]
Onlar öz günahlarından dolayı
suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər!
[71:26]
Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
[71:27]
Cünki sən onları (sağ)
buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir
(oğul-uşaq) doğub-törədəcəklər.
[71:28]
Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö'min kimi daxil olan
kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö'min kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!"
Al-Jinn
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[72:1]
(Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh
namazı vaxtı Qur'anı dinləyib öz həmcinslərinin yanına
qayıtdıqları zaman) dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir
Qur'an eşitdik.
[72:2]
O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik
qoşmayacağıq.
[72:3]
Həqiqətən, Rəbbimizin calalı çox
ucadır. O ?zünə nə bir zövcə
götürmüşdür, nə də bir uşaq!
[72:4]
Doğrusu, bizim səfehimiz (İblis) Allah
barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
[72:5]
Biz elə güman edirdik
ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
[72:6]
Həqiqətən, (Cahiliyyət dövründə) bə'zi insanlar bir para cinlərə pənah aparır, bununla da
onların təkəbbürünü (azğınlığını)
artırırdılar (cinlər özləri haqqında çox
böyük fikirlərə düşürdülər).
[72:7]
Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
[72:8]
Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu
gördük.
[72:9]
Biz (Muhəmməd əleyhissəlamın
peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün
(göyün) bə'zi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun
onu gözlədiyini görər.
[72:10]
Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir
xeyir diləmişdir.
[72:11]
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var,
olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
[72:12]
Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan
(Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman
Allahı aciz edə bilmərik).
[72:13]
Doğrusu, biz hidayət yolunu göstərəni (Qur'anı) dinlədiyimiz zaman ona
iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa mə'ruz qalmaqdan (başqasının günahlarının
ona yüklənməsindən) qorxar.
[72:14]
Şübhəsiz ki, aramızda (Allaha
və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu
axtarıb tapanlardır.
[72:15]
(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)"
[72:16]
(Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol
yağış verərdik ki,
[72:17]
Onları bununla (bu ne'mətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.
[72:18]
Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!
[72:19]
Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az
qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə
keçsinlər (izdihamın
çoxluğundan bir-birinin üstünə minsinlər).
[72:20]
(Ya Peyğəmbər!) De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!"
[72:21]
De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)"
[72:22]
De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç
bir sığınacaq tapa bilmərəm!
[72:23]
(Mənim əlimdən) Allah dərgahından
olanı və Onun göndərdiklərini (Qur'anı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir
şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"
[72:24]
Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu
biləcəklər.
[72:25]
De: "Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət tə'yin edəcəyini bilmirəm!
[72:26]
Qeybi bilən ancaq Odur və ?z qeybini heç kəsə əyan etməz;
[72:27]
Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq
Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir mö'cüzə olaraq vəhy yolu ilə qeybdən bə'zi xəbərlər bildirər). Allah onların
önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
[72:28]
(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda
olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini ?z elmi ilə) ehtiva
etmişdir. O, hər şeyi
bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!"
Al-Muzzammil
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[73:1]
Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan
Peyğəmbər)!
[73:2]
Gecəni - az bir hissəsi istisna
olmaqla - qalxıb namaz qıl!
[73:3]
(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
[73:4]
Və ya bir
qədər ondan çox! (Sənin gecəni oyaq qalıb
namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox
olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla
(ağır-ağır) Qur'an oxu!
[73:5]
Həqiqətən, Biz sənə (məs'uliyyəti) ağır bir kəlam (Qur'an) vəhy edəcəyik.
[73:6]
Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Qur'an oxumaq, dua etmək) daha münasibdir!
[73:7]
Cünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır.
(Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır.
Gecə isə insan rahatlaşır,
heç kəs ona mane olmur. İnsan öz daxilinə
qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).
[73:8]
Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona
tərəf yönəl.
[73:9]
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (?zünə) ancaq Onu vəkil et!
[73:10]
(Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və iftiralarına)
səbr et. Onlardan gözəl tərzdə ayrıl!
[73:11]
(Ayələrimizi) yalan sayan
var-dövlət sahiblərini mənə tapşır və onlara bir az
möhlət ver! (Tezliklə cəzalarına yetişərlər).
[73:12]
Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm;
[73:13]
Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!
[73:14]
O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar
(dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
[73:15]
Həqiqətən, Biz - Fir'ona peyğəmbər göndərdiyimiz kimi - sizə də (qiyamət günü
Allahın hüzurunda) şahidlik
edəcək peyğəmbər göndərdik.
[73:16]
Fir'on o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm özünün, həm də onunla birlikdə olanları
suda boğduq).
[73:17]
Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ
saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından)
özünüzü necə qoruyacaqsınız?!
[73:18]
(O gün) göy parçalanaraq, (Allahın) və'di yerinə yetəcəkdir.
[73:19]
Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (İbadət və itaətlə Allaha
yaxınlaşar!)
[73:20]
(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən
(yatağından) qalxıb bə'zən gecənin təqribən üçdə ikisini, bə'zən yarısını, bə'zən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq
Allahdır. O sizin bunu (gecə
vaxtlarını və
saatlarını) ölçüb saya
bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq
qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün
sizi əfv etdi (sizə rüsxət verdi). Qur'andan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bə'ziləri Allahın lütfündən ruzi axtarmaq
üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qur'andan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül
xoşluğu ilə) bir borc verin. ?zünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha
xeyirli və daha böyük
mükafatı olduğunu görəcəksiniz. Allahdan
bağışlanmağınızı diləyin. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
Al-Muddaththir
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[74:1]
Ey (libasına) bürünüb sarınan
(Peyğəmbər)!
[74:2]
Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!
[74:3]
?z Rəbbini uca tut!
[74:4]
Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
[74:5]
(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)
[74:6]
(Etdiyin yaxşılığı) çox
bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)
[74:7]
Rəbbinin yolunda (Rəbbinin
rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!
[74:8]
Elə ki, sur
çalındı,
[74:9]
O gün çox ağır bir gün olacaqdır;
[74:10]
(O gün) kafirlər üçün asan olmayacaqdır!
[74:11]
(Ya Peyğəmbər!) Məni ?z yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn
Müğirə kimi kafirin cəzasını
yalnız Mənə tapşır!)
[74:12]
Mən ona bollu
mal-dövlət əta etdim;
[74:13]
Yanında hazır duran oğullar
(verdim);
[74:14]
Ona (hər şeyi)
artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).
[74:15]
(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
[74:16]
Xeyr (bu ola bilməz). Cünki o, ayələrimizə qarşı inadkar
oldu.
[74:17]
Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!
[74:18]
O (Qur'an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
[74:19]
?lüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).
[74:20]
Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
[74:21]
Sonra (qövmünün üzünə) baxdı.
[74:22]
Sonra üz-gözünü turşutdu,
qaşqabağını tökdü.
[74:23]
Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
[74:24]
Və dedi:
"Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir
şey deyildir!
[74:25]
Bu yalnız bəşər sözüdür!"
[74:26]
Biz onu Səqərə atacağıq (orada yandıracağıq).
[74:27]
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!
[74:28]
O (heç kəsi sağ) qoymaz
və (salamat) buraxmaz!
[74:29]
İnsanı yandırıb-yaxar!
[74:30]
Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.
[74:31]
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların
sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların
kitablarında bu mələklərin sayı on doqquzdur),
iman gətirənlərin imanının daha
da artması, kitab əhlinin və mö'minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: "Allah bu misalla nə demək istəyir?" - demələri üçün (on doqquz) etdik.
Allah istədiyi kimsəni (haqq yoldan)
belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin
ordularını özündən
başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir
öyüd-nəsihətdir!
[74:32]
Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;
[74:33]
Dönüb-qayıdan (yaxud gündüzün
dalınca gələn) gecəyə
[74:34]
Və sökülməkdə olan dan yerinə ki,
[74:35]
(Cəhənnəm) böyük bəlalardan biridir!
[74:36]
(O, Allahın əzabı ilə) qorxudur insanları -
[74:37]
Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri
qalmaq istəyənləri!
[74:38]
Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
[74:39]
Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
[74:40]
Onlar cənnətlərdədirlər; bir-birindən
soruşacaqlar;
[74:41]
Günahkarlar barəsində (və sonra həmin günahkarlara
müraciət edib belə deyəcəklər):
[74:42]
Sizi Səqərə (Cəhənnəmə) salan nədir?
[74:43]
Onlar deyəcəklər: "Biz namaz
qılanlardan deyildik;
[74:44]
Yoxsulu da yedirtməzdik;
[74:45]
Batilə dalanlarla birlikdə biz də dalardıq;
[74:46]
Haqq-hesab gününü yalan sayardıq.
[74:47]
?lüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)".
[74:48]
Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!
[74:49]
Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).
[74:50]
Onlar sanki vəhşi eşşəklərdir.
[74:51]
(O eşşəklər ki) aslandan hürküb qaçarlar!
[74:52]
Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər.
[74:53]
Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar!
[74:54]
Xeyr, bu (Qur'an) bir öyüd-nəsihətdir!
[74:55]
İstəyənlər ondan öyüd alar.
[74:56]
Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də,
bağışlamağa da layiq olan ancaq Odur!
Al-Qiyâmah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[75:1]
And içirəm qiyamət gününə;
[75:2]
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
[75:3]
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun
sümüklərini bir yerə yığa bilməyəcəyik?!
[75:4]
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də,
barmaqlarının uclarını da) düzəltməyə qadirik!
[75:5]
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis
işlər görmək) istəyər.
[75:6]
Və
(istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?"
- deyə soruşar.
[75:7]
Göz (heyrətdən) bərələcəyi;
[75:8]
Ay tutulacağı;
[75:9]
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
[75:10]
Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer
haradadır?" - deyəcəkdir.
[75:11]
Xeyr, (o gün) heç bir sığınacaq
olmayacaqdır!
[75:12]
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
[75:13]
O gün insana öncə etdiyi və sonraya
qoyduğu nə varsa
(sağlığında dünyada
gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı)
xəbər veriləcəkdir!
[75:14]
Doğrusu, insan özü-özünə şahiddir!
[75:15]
O, hər cür
üzrxahlıq etsə də, (qəbul olunmaz)!
[75:16]
(Ya Peyğəmbər! Cəbrail sənə Qur'an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur'anı təkrar etmə, yalnız dinlə!)
[75:17]
Cünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
[75:18]
Biz onu (Cəbrailin dili ilə)
oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
[75:19]
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
[75:20]
Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
[75:21]
Axirəti isə tərk edirsiniz.
[75:22]
O gün neçə-neçə üzlər sevinib güləcək,
[75:23]
?z Rəbbinə baxacaqdır!
[75:24]
O gün neçə-neçə üzlər tutulub qaralacaq,
[75:25]
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla)
qırılacağını anlayacaqdır!
[75:26]
Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
[75:27]
(Onu bu bəladan) kim xilas edə bilər? - deyiləcəyi,
[75:28]
(Can üstə olan kimsə)
ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
[75:29]
Və (ölüm qorxusundan) qıçı-qıçına
dolaşacağı zaman,
[75:30]
Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
[75:31]
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur'anı) təsdiq etdi, nə də namaz qıldı.
[75:32]
Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
[75:33]
Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
[75:34]
Vay sənin halına,
vay!
[75:35]
Yenə də vay sənin halına,
vay!
[75:36]
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
[75:37]
Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
[75:38]
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
[75:39]
Sonra da ondan biri kişi, biri qadın
olmaqla iki cift (həmtay)
yaratdı.
[75:40]
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
Al-Insân
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[76:1]
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa
layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü
olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir
şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə'ni ulu babamız Adəm torpaqdan və
[76:2]
Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının
toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin
xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
[76:3]
Biz ona haqq yolu göstərdik. İstər (ne'mətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz
işidir).
[76:4]
Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
[76:5]
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur
qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.
[76:6]
O (kafur) elə bir çeşmədir ki,
Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
[76:7]
Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü
(etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.
[76:8]
Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah
rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
[76:9]
(Və sonra
da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik.
Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
[76:10]
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş),
cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub
qaralacağı qiyamət günündən) qorxuruq!"
[76:11]
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
[76:12]
Və
onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
[76:13]
Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.
[76:14]
(Cənnət
ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların
ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
[76:15]
(Cənnətdəki xidmətçilər) onların ətrafında
gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
[76:16]
Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə
etmişlər.
[76:17]
Orada onlara zəncəfil qatılmış
(zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.
[76:18]
(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu
boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.
[76:19]
Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci
olduqlarını zənn edərsən.
[76:20]
(Orada) hara baxsan, ne'mət və böyük bir mülk görərsən.
[76:21]
(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak
bir şərab içirdəcəkdir.
[76:22]
(Onlara belə deyiləcəkdir: ) "Bu sizin
(dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"
[76:23]
(Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur'anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.
[76:24]
Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor
olana boyun əymə!
[76:25]
Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
[76:26]
Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şə'ninə tə'riflər de! (Təhəccüd namazını
qılıb gecəni ibadət içində keçir!)
[76:27]
Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
[76:28]
Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik.
Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
[76:29]
Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
[76:30]
(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[76:31]
(Allah) istədiyi kimsən ?z mərhəmətinə qovuşdurar.
Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab
hazırlamışdır!
Al-Mursalât
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[77:1]
And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
[77:2]
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
[77:3]
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
[77:4]
And olsun (haqla batili) ayıranlara;
[77:5]
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
[77:6]
(Mö'minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
[77:7]
Sizə və'd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
[77:8]
Ulduzlar sönəcəyi;
[77:9]
Göy yarılacağı;
[77:10]
Dağlar parça-parça olub
dağılacağı (toz kimi havada uçacağı);
[77:11]
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
[77:12]
(Belə
soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
[77:13]
(Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!"
[77:14]
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
[77:15]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:16]
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
[77:17]
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
[77:18]
Biz günahkarlarla belə rəftar edirik.
[77:19]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:20]
Məgər sizi bir qətrə zəif (dəyərsiz)
[77:21]
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
[77:22]
Müəyyən bir vaxta qədər.
[77:23]
Biz (nütfədən insan yaratmağa) qadir
olduq. Nə gözəl qadir olanlarıq Biz!
[77:24]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:25]
Məgər Biz yeri məskən etmədikmi
[77:26]
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
[77:27]
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
[77:28]
O gün vay halına (bu ne'mətləri) yalan sayanların!
[77:29]
(O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin
(dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
[77:30]
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"
[77:31]
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
[77:32]
O (hər biri) bir saray boyda qığılcımlar saçar.
[77:33]
O (qığılcımlar), sanki
sarı dəvə sürükləridir.
[77:34]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:35]
Bu elə bir gündür ki,
(qiyaməti yalan sayanlar) danışa bilməzlər.
[77:36]
Onlara üzr istəməyə izin də verilməz.
[77:37]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:38]
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
[77:39]
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
[77:40]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:41]
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
[77:42]
İstədikləri meyvə içində
olacaqlar!
[77:43]
(Onlara belə deyiləcəkdir: ) "(Dünyada)
etdiyiniz (yaxşı) əməllərə görə
nuşcanlıqla yeyin-için!
[77:44]
Biz yaxşı əməl sahiblərini belə
mükafatlandırırıq!"
[77:45]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:46]
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az
kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
[77:47]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:48]
Onlara: "Namaz qılın!" -
deyildiyi zaman namaz qılmazlar!
[77:49]
O gün vay halına (qiyaməti) yalan sayanların!
[77:50]
(Bu kafirlər) ona da (Qur'ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!