PART 4
[3:93]
Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə'qub peyğəmbərin) yalnız özü
özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail
övladına halal idi. (Ya
Rəsulum! Yəhudilərə) de: "Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!"
[3:94]
Bundan sonra Allaha qarşı yalan
uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!
[3:95]
(Ya Rəsulum!) De: "Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim
dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi"
[3:96]
Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə'bəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.
[3:97]
Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və
sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac
deyildir!
[3:98]
De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi
olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?"
[3:99]
De: "Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri
döndərməyə çalışaraq onlar
üçün əyri yol
axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir".
[3:100]
Ey mö'minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa,
onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.
[3:101]
Sizə
Allahın hökmləri oxunduğu
və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha
(Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola
yönəldilmişdir.
[3:102]
Ey iman gətirənlər! Allahdan layiqincə qorxun.
Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!
[3:103]
Hamılıqla Allahın ipinə (dininə, Qur'ana)
möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən)
ayrılmayın! Allahın sizə verdiyi ne'mətini
xatırlayın ki, siz
bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne'məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas
etdi. Allah ?z ayələrini sizin üçün bu şəkildə
aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!
[3:104]
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran,
xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu
camaat), həqiqətən nicat tapmış
şəxslərdir.
[3:105]
(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və
ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
[3:106]
Bə'zi üzlərin ağ, bə'zi üzlərin isə qara
olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!" - deyiləcəkdir.
[3:107]
Uzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!
[3:108]
Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq.
Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.
[3:109]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda
Allaha qayıdacaqdır!
[3:110]
(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha
inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə'zi iman gətirən şəxslər vardır, lakin
çox hissəsi haqq yoldan
çıxanlardır.
[3:111]
Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq
olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.
[3:112]
Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar
Allahın ayələrini inkar etmiş,
peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha
qarşı üsyan etmiş və həddi aşmışlar.
[3:113]
Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat
vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.
[3:114]
Onlar Allaha, axirət gününə inanır,
(insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.
[3:115]
Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız
qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları
tanıyır!
[3:116]
Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
[3:117]
Onların bu dünyada sərf etdikləri şey,
özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
[3:118]
Ey iman gətirənlər! ?zündən
başqasını özünüzə sirdaş
(dost) tutmayın. Onlar sizin
barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı
olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha
böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.
[3:119]
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara)
inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De:
"Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir.
[3:120]
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü
qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.
[3:121]
(Ya Rəsulum!) Sən müharibədən ötrü mö'minlərə (əlverişli) mövqelər hazırlamaq üçün
sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Uhüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
[3:122]
(O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq
geri çəkilmək fikrinə düşmüşdü.
Halbuki, Allah onların yardımçısı idi. Gərək mö'minlər (hər işdə) Allaha təvəkkül etsinlər!
[3:123]
(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda,
Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün
Allahdan qorxun!
[3:124]
O zaman sən mö'minlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza
yetişməsi sizə kifayət etməzmi?"
[3:125]
Bəli, əgər səbr edib (Allahdan)
qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.
[3:126]
Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan
Allahdandır ki,
[3:127]
O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri
dönsünlər.
[3:128]
(Ya Rəsulum!) Bu
işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.
[3:129]
Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini
bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
[3:130]
Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi)
qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
[3:131]
Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
[3:132]
Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!
[3:133]
Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.
[3:134]
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını
yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların
günahlarından keçərlər. Allah
yaxşılıq edənləri sevər.
[3:135]
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını
istəyərlər. Axı günahları
Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona
qayıtmazlar.
[3:136]
Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq
və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar.
Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!
[3:137]
(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub
keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
[3:138]
Bu, (belə əfvalatlar) insanlardan
(xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru
yola göstəriş) və nəsihətdir.
[3:139]
(Uhüd müharibəsində baş vermiş bə'zi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər mö'minsinizsə, siz (Allah
yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!
[3:140]
Əgər siz (Uhüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar
arasında növbə ilə dəyişdiririk ki, Allah
iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
[3:141]
(Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.
[3:142]
Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?
[3:143]
Siz (Bədr
vuruşunda) ölümlə
qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Uhüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.
[3:144]
Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi
dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.
[3:145]
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O,
(lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!
[3:146]
Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı)
vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!
[3:147]
Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi
aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!" - deməkdən başqa sözləri olmamışdır.
[3:148]
Nəhayət, Allah onlara həm dünya ne'mətlərini, həm də ən gözəl axirət ne'mətini (Cənnəti) verdi. Allah
yaxşı iş görənləri sevər!
[3:149]
Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi
geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.
[3:150]
Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O,
yardım edənlərin ən
yaxşısıdır.
[3:151]
Haqqında heç bir dəlil nazil etmədiyi
şeyi Allaha şərik
qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin
sığınacaqları yer nə pisdir!
[3:152]
(Uhüd müharibəsində) siz onları
Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi və'dinə sadiq çıxdı.
Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bə'ziləri dünyanı, bə'ziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Cünki
Allah mö'minlərə qarşı mərhəmətlidir!
[3:153]
Siz (düşməndən qaçaraq dağa)
qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan
şeylərə və
uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz
işlərdən xəbərdardır!
[3:154]
Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu
göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: "Bu işdə bizim üçün bir şey (xeyir) varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)". Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca
öldürülməzdik", - deyirlər. (Ya Rəsulum!) De: "Əgər siz evlərinizdə
olsaydınız belə,
alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları
(niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!"
[3:155]
(Uhüd müharibəsində) iki ordu
qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bə'zi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan
çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah
artıq onları bağışladı. Həqiqətən, Allah
bağışlayandır, həlimdir!
[3:156]
Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər", - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun
deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!
[3:157]
Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın
sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada)
topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir.
[3:158]
?lsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!
[3:159]
(Ya Rəsulum!)
Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
[3:160]
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də mö'minlər Allaha təvəkkül etsinlər!
[3:161]
Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq
edilməz!
[3:162]
Allahın rizasını qazanmaq
ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!
[3:163]
Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah
onların etdiyi işləri görəndir.
[3:164]
Allah mö'minlərə lütf etdi. Cünki
onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis
əməllərdən) təmizləyən, onlara Kitabı (Qur'anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki
bundan əvvəl onlar
açıq-aydın zəlalət içərisində idilər.
[3:165]
Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş
nəfəri əsir alaraq) onları
ikiqat müsibətə düçar etdiyiniz halda, (Uhüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman:
"Bu haradan gəldi?" - dediniz. (Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir!
[3:166]
(Uhüd müharibəsində) iki ordunun
qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki,
mö'minləri ayırd etsin.
[3:167]
Və
münafiqləri onlardan fərqləndirsin. Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) - deyildi. Onlar: "Əgər biz vuruşa bilsəydik, sizin
ardınızca gələrdik" - deyə cavab verdilər. Onlar o gün
imandan çox küfrə
yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah
onların (bütün) gizlətdiklərini çox yaxşı
bilir!
[3:168]
(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq
assaydılar, öldürülməzdilər", - deyənlərə (Ya Rəsulum!) söylə: "Əgər doğru deyirsinizsə, onda (bacarın)
ölümü özünüzdən
uzaqlaşdırın!"
[3:169]
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında
ruzi (cənnət ruzisi) əta olunur.
[3:170]
Onlar Allahın ?z mərhəmətindən onlara bəxş etdiyi ne'mətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail
olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq
edirlər.
[3:171]
Onlar Allahdan gələn ne'mət və mərhəmətə görə, həm də Allahın mö'minlərin mükafatını puça çıxarmayacağına
görə sevincək olurlar.
[3:172]
Yaralandıqdan sonra Allahın və Peyğəmbərin də'vətini qəbul etmiş
şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!
[3:173]
O kəslər ki, xalq onlara:
"Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə)
toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz)
onların imanını daha da
artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" - deyə cavab verdilər.
[3:174]
Sonra da Allahın ne'məti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını
qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.
[3:175]
Sizi yalnız o Şeytan öz
dostlarından (guya onların çox qüvvətli olmasıyla)
qorxudub çəkindirir. Amma siz onlardan
qorxmayın! Əgər mö'minsinizsə, Məndən qorxun!
[3:176]
Küfrə can
atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!
[3:177]
Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar
Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı
bir əzaba düçar olacaqlar!
[3:178]
Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları
üçündür. Onlar alçaldıcı
bir əzab görəcəklər!
[3:179]
Allah pisi yaxşıdan (münafiqi
mö'mindən) ayırmaq üçün
mö'minləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bə'zi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan
qorxsanız, sizi böyük bir mükafat gözləyir!
[3:180]
Allah tərəfindən bəxş olunmuş
mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü
boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası
Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!
[3:181]
Allah kasıbdır, biz isə dövlətliyik! - deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz
onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: "Dadın atəşin əzabını!" - deyəcəyik.
[3:182]
Bu əzab sizin öz
əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!
[3:183]
Allah (Tövratda) bizə əmr etmişdir ki, onun
yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq! - deyənlərə belə cavab ver: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö'cüzələr və dediklərinizi (dediyiniz
qurbanları) gətirmişdilər. Əgər doğru
danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?"
[3:184]
(Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Cünki səndən əvvəl açıq mö'cüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.
[3:185]
Hər bir kəs (canlı)
ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına
çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey
deyildir.
[3:186]
Əlbəttə, siz malınız və canınızla imtahan
ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.
[3:187]
(Ya Rəsulum!) Allah kitab əhlindən: "Siz onu (kitabda
olanları) gizlətməyib, insanlar üçün
aydınlaşdırmalısınız!" - deyə əhd aldığı
zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların
bu alış-verişi necə də pisdir!
[3:188]
(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tə'rif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları
şiddətli bir əzab gözləyir!
[3:189]
Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
[3:190]
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin
ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın
varlığını, qüdrətini,
kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
[3:191]
O kəslər ki, ayaq üstə olanda
da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması
haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları
boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından
(?zün) qoru!
[3:192]
Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
[3:193]
Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın
üstünü ört) və canımızı
yaxşı əməl sahibləri ilə bir yerdə al !
[3:194]
Ey Rəbbimiz! ?z
peyğəmbərlərin vasitəsilə bizə və'd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən ?z və'dinə xilaf çıxmazsan!"
[3:195]
Rəbbi də onların
dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram.
Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi,
qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların,
vuruşanların və
öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları
(ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah
yanındadır!"
[3:196]
(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!
[3:197]
Bu, (axirət ne'mətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!
[3:198]
Lakin öz Rəbbindən qorxanları
(ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar.
Allah yanında olan ne'mətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
[3:199]
Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qur'ana,
Tövrata və İncilə) inanır, Allaha
boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında
mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.
[3:200]
Ey iman gətirənlər! (Dində vacib olan
hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin,
(Allahın düşmənlərinə qələbə çalmaq
uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
An-Nisâ
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[4:1]
Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
[4:2]
Yetimlərin mallarını (həddi-büluğa
çatdıqda) özlərinə verin və pisi
(haramı) yaxşı ilə
(halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız
isə halal olduğu halda,
onları bir-birilə dəyişməyin!)
Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
[4:3]
Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa)
daha yaxındır.
[4:4]
Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz
razılıqları ilə bundan
sizə bir şey bağışlasalar,
onu halal olaraq, nuşcanlıqla yeyin!
[4:5]
Allahın sizə dolanmaq ünün bəxş etdiyi
malları (və ya Allahın sizi üzərində qəyyum tə'yin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.
[4:6]
Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla
dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib
tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin.
Yetimlərin mallarını özlərinə
qaytardığınız zaman
yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!
[4:7]
Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan
kişilərə və qadınlara pay
düşür. Həmin malın azından
da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.
[4:8]
Malın (vərəsələr arasında) bölünməsi zamanı varis
olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!
[4:9]
?zlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür
qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!
[4:10]
Həqiqətən, yetimlərin
mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda
çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.
[4:11]
Allah övladlarınız haqqında
sizə tövsiyə buyurur ki,
oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara
çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. ?vladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir.
(Qalan hissə tamamilə ataya
çatır). Əgər ölmüş şəxsin
qardaşları və
bacıları varsa,
ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü)
Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4:12]
(Ey kişilər!) Əgər (vəfat etmiş)
arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları
olduqda isə mirasın dörddə biri sizə
çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub
getdiyiniz malın dörddə biri
arvadlarınızın
payına düşür. ?vladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa,
onların hər birinə mirasın altıda
biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı
həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur.
(Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!
[4:13]
Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (mö'minlər üçün) böyük qurtuluşdur (uğurdur)!
[4:14]
Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu
rüsvayedici əzab gözləyir.
[4:15]
Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (mö'minlərdən) dörd şahid
tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!
[4:16]
İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini)
bağışlayandır!
[4:17]
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar
nadanlıq ucundan pis bir
iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4:18]
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar
üçün şiddətli bir əzab hazırlamışıq!
[4:19]
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla
gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin
ki, sizdə nifrət doğuran hər hansı bir
şeydə Allah (sizdən ötrü) çoxlu xeyir
nəzərdə tutmuş olsun.
[4:20]
Əgər bir arvadın yerinə başqa bir
arvad almaq itəsəniz, onlardan birinə
(birinciyə) çoxlu mal vermiş
olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu
[4:21]
Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar
(qadınlarınız) sizdən möhkəm əhd-peyman
almışdılar.
[4:22]
Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və
(Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!
[4:23]
Sizə
analarınız, qızlarınız, bacılarınız,
bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd
analarınız, süd bacılarınız,
arvadlarınızın anaları və yaxınlıq etdiyiniz
qadınlarınızın himayənizdə olan qızları
(ögey qızlarınız)
ilə evlənmək haram edildi. Cinsi əlaqədə
olmadığınız
qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir.
?z belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq
da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür
işlər müstəsnadır. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!