PART 7
[5:82]
(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu
görəcəksən. Bu onların
(mö'minlərin) içində (bilikli, abid)
keşiş və rahiblərin olması və onların
özlərini yuxarı
tutmalarına görədir.
[5:83]
Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla
dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi
(haqqa) şahid olanlarla bir yerə yaz!
[5:84]
Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini
umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!
[5:85]
Allah da bu sözlərinə görə onlara (ağacları)
altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar.
Yaxşı işlər görənlərin mükafatı budur!
[5:86]
Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!
[5:87]
Ey iman gətirənlər! Allahın sizə halal
buyurduğu pak ne'mətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!
[5:88]
Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin.
İnandığınız Allahdan qorxun!
[5:89]
Allah sizi bilmədən (səhvən) içdiyiniz
andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları
(pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud
geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc
tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı
qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!
[5:90]
Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da
Şeytan əməlindən olan murdar bir
şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
[5:91]
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan
ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?
[5:92]
Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qur'anı açıq-aydın təbliğ etməkdir).
[5:93]
İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı
işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!
[5:94]
Ey iman gətirənlər! Allah ?zünü görmədən (gizlində) Ondan
qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi
(ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla
imtahan edəcəkdir. Bundan sonra həddi
aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!
[5:95]
Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən
heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü
ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kə'bəyə çatası (Kə'bənin
yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını
dadsın deyə, (öldürdüyü heyvanın
dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı
qədər) oruc tutmaqdır. Allah
keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar.
Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
[5:96]
Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi.
İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!
[5:97]
Allah Beytülhəram (müqəddəs ev) olan Kə'bəni haram ayı (zülhiccəni), (Kə'bəyə gətirilən) boyunları
bağsız və bağlı
(boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol
müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!
[5:98]
Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!
[5:99]
Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə
çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!
[5:100]
(Ya Rəsulum!) De: "(Ey insan!) Murdar (haram) şeyin çoxluğu
xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz". Ey ağıl
sahibləri, Allahdan qorxun ki, nicat
tapasınız.
[5:101]
Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində
soruşmayın. Əgər onlar haqqında Qur'an nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür
sualları) bağışladı. Allah
bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)
[5:102]
Sizdən əvvəl bir tayfa (belə lüzumsuz
şeyləri) soruşmuş, sonra
da buna görə (onlara aid olan hökmləri inkar edib
yerinə yetirmədikləri üçün) kafir olmuşdu.
[5:103]
Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) qanuni
buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər.
[5:104]
Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın
getdiyi yol bizə yetər", - deyə cavab verirlər. Bəs ataları heç bir
şey bilməyib doğru yolda deyildilərsə necə?!
[5:105]
Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!
[5:106]
Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi
ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki
ədalətli şəxsi, səfərdə olduğunuz zaman
başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin
doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları:
"Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın
şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq", - deyə Allaha and
içdirin!
[5:107]
Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah
qazandıqları bəlli olsa, o zaman
onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa mə'ruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa
iki nəfər tutar. Onlar: "Həqiqətən, bizim şahidliyimiz
onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz
(yalandan and içib) həddi
aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan
olarıq",- deyə Allaha and içərlər.
[5:108]
Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və
andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha
münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!
[5:109]
Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "(Ummətlərinizi Mənim əmrimə tabe olmağa də'vət etdiyiniz zaman) sizə nə cavab
verildi?" Onlar isə (təvazökarlıq edib):
"Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! - deyə cavab
verəcəklər.
[5:110]
(Ya Rəsulum!)
Xatırla ki, o gün (qiyamət günü) Allah
(İsaya) belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana ne'mətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da,
yetkin çağında da adamlarla
danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O
zaman sən Mənim iznimlə palçıqdan
quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar
mö'cüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane
olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın
sehrdən başqa bir şey deyildir!"
[5:111]
Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə iman gətirin!" - deyə əmr etmişdim. Onlar isə: "Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza
şahid ol!" - deyə cavab vermişdilər.
[5:112]
Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):" Əgər mö'minsinizsə, Allahdan qorxun!"
- demişdi.
[5:113]
(Həvarilər) demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi mö'cüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq".
[5:114]
Məryəm oğlu İsa dedi:
"Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də
axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö'cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"
[5:115]
Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər
övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!"
[5:116]
(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı
bilin!" - demişdin?
"(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş
olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
[5:117]
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm:
"Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların
arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi ?zün oldun. Yalnız
Sən hər şeyə şahidsən!
[5:118]
Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar
Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)
[5:119]
Allah buyurdu: "Bu (qiyamət günü) elə bir gündür ki,
düz danışanlara
düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan,
onlar da Allahdan razıdırlar. Bu, (mö'minlər üçün) böyük qurtuluşdur (uğurdur)!"
[5:120]
Göylərin, yerin və onlarda olan hər şeyin
hökmü Allaha məxsusdur. Allah hər şeyə
qadirdir!
Al-Anâm
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[6:1]
Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tə'rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.
[6:2]
Sizi palçıqdan yaradan, sonra da (sizin
üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın)
yanında mə'lum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün
bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
[6:3]
Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa,
tutduğunuz (bütün) əməlləri də O bilir!
[6:4]
Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!
[6:5]
Onlara haqq olan (Qur'an) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının
(Qur'anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!
[6:6]
Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar
axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.
[6:7]
(Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab
nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir", - deyərdilər.
[6:8]
Onlar dedilər: "Məgər ona (Həzrəti-Muhəmmədə peyğəmbərliyinin həqiqi
olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?" Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an
belə möhlət verilməzdi.
[6:9]
Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları
(göndərilənin mələk deyil, özləri kimi bir adam
olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.
[6:10]
Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının
özü məhv etdi.
[6:11]
(Ya Rəsulum!) De: "Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?"
[6:12]
De: "Göylərdə və yerlərdə olanlar kimindir?"
De: "Allahındır!" O ?z- ?zünə rəhmli olmağı
yazmışdır. (Bəndələrinə qarşı rəhmli
olmağı ?zü üçün əzəldən O Müəyyən etmişdir).
Olacağına heç bir
şübhə edilməyən qiyamət gününə sizi O
toplayacaqdır. ?zlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
[6:13]
Gecədə və gündüzdə mövcud olan hər bir şey
Onundur. O, (hər şeyi) eşidəndir, biləndir.
[6:14]
(Ya Rəsulum!) De: "Mən göyləri və yeri yaradan,
hamısını bəsləyib ?zü bəslənməyən (hamını yedirdib
?zü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və
müşriklərdən olma!" (deyə buyuruldu).
[6:15]
De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından
qorxaram".
[6:16]
O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur).
[6:17]
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa
heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola
bilməz). Cünki O, hər şeyə qadirdir!
[6:18]
O ?z qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
[6:19]
De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah
şahiddir. Bu Qur'an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı
başqa tanrılar olduğuna şahidlik edirsiniz?" De
"O, tək bir Tanrıdır. Mən sizin Ona şərik
qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"
[6:20]
Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz
oğullarını tanıdıqları kimi tanıyırlar. ?zlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!
[6:21]
Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola
bilər?! Şübhəsiz ki,
zalımlar nicat tapmazlar!
[6:22]
O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha)
şərik qoşanlara deyəcəyik: "(Tanrı
olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!
[6:23]
Onların: "Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!" deməkdən başqa heç
bir çarələri qalmayacaq.
[6:24]
Gör onlar özlərinə qarşı necə yalan deyirlər. ?zlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!
[6:25]
(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara
qarşı düşmən hərəkətlərinə görə) onu (Qur'anı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq)
verdik. Onlar hər hansı bir mö'cüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: "Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - deyərlər.
[6:26]
(Müşriklər özlərinə uyanları Qur'anı)
dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız
özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar.
[6:27]
(Ya Rəsulum!) Gətirilib od üstündə
saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö'minlərdən olaydıq!"
- demələrini görəydin!
[6:28]
Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri
qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl
qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!
[6:29]
(Əgər onlar dünyaya
qaytarılsaydılar) yenə də: "Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!" - deyərdilər.
[6:30]
Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda
saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: "Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!".
[6:31]
Allahın hüzurunda duracaqlarını
inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının
üstünü aldığı zaman onlar
günahlarını dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay
halımıza!" Bir baxın,
daşıdıqları şey (günah yükü) necə də pisdir!
[6:32]
Dünya həyatı oyun və əyləncədən başqa bir şey
deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
[6:33]
Bilirik ki, onların (Qur'an barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
[6:34]
Səndən əvvəl də peyğəmbərlər təkzibə mə'ruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi və'dləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da,
peyğəmbərlərə aid xəbərlərin bə'zisi sənə gəlib çatdı.
[6:35]
Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb
onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir mö'cüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola
salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini) bilməyənlərdən olma!
[6:36]
(Sənin də'vətini) ancaq cani-dildən eşidənlər qəbul edər. ?lüləri də Allah dirildər. Sonra onlar Allahın
hüzuruna qaytarılar.
[6:37]
(Məkkə müşrikləri) dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö'cüzə
endirilməli deyildimi?" De: "Allah mö'cüzə endirməyə qadirdir. Lakin onların
çoxu (belə bir mö'cüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!
[6:38]
Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da
sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şə'ninə tə'rif deyirlər). Biz Kitabda (Qur'anda)
heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.
[6:39]
Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah
istədiyini (haqq yoldan)
azdırar, istədiyini isə düz yola yönəldər.
[6:40]
(Müşriklərə) de: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət
başınızın üstünü alsa, Allahdan başqasına dua
edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa (deyin görək)!"
[6:41]
Xeyr, yalnız Ona (Allaha) dua edib
yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan
qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız.
(Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir
şərik qoşmayın!)
[6:42]
Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha)
yalvarsınlar.
[6:43]
[6:44]
(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq
məqsədilə) hər şeyin (bütün ne'mətlərin)
qapılarını onların üzünə açdıq.
(Kafirlər) özlərinə verilən ne'mətlərə sevindikləri vaxt
onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.
[6:45]
Artıq o zalım tayfanın kökü
kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!
[6:46]
(Ya Rəsulum!) De: "Bir deyin görüm, əgər Allah sizin
qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı
tanrı qaytara bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.
[6:47]
De: "Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?"
[6:48]
Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib
yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[6:49]
Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!
[6:50]
De: "Mən sizə demirəm ki, mənim yanımda
Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"
[6:51]
Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla
(Qur'anla) xəbərdar et. Onların
Allahdan başqa heç bir hamisi və havadarı
yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!
[6:52]
(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma.
Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də (onları qovsan)
zalımlardan olarsan.
[6:53]
Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar
desinlər: "Əcəba, Allahın
aramızda lütfünü görüb bəxş etdiyi
kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?"
[6:54]
Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz ?zü-?zünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən ?zü ?zü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!"
[6:55]
Biz ayələrimizi belə müfəssəl izah edirik ki,
günahkarların yolu açıq-aydın bilinsin.
[6:56]
(Ya Rəsulum) De: "Sizin Allahdan qeyri tapındığınız
bütlərə ibadət etmək mənə qadağan edilmişdir".
De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola
yönəlmişlərdən olmaram!"
[6:57]
De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qur'ana) istinad edirəm. Siz isə onu
yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı
yalnız O bəyan edər. O (haqla batili) ayırd
edənlərin ən yaxşısıdır!"
[6:58]
De: "Əgər tə'cili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!"
[6:59]
Qeybin açarları (Allahın)
yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki,
açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
[6:60]
Sizi gecələr yuxuya daldıran (bu
minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə
qazandığınızı)
bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun
hüzuruna qayıdacaqsınız və sonra da O sizə
etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.
[6:61]
(Allah) ?z bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı
və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!
[6:62]
Sonra insanlar Allahın - özlərinin həqiqi ixtiyar
sahibinin hüzuruna qaytarılar. Bilin
ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!
[6:63]
(Ya Rəsulum!) De: "Gizlində (Allaha) dua
edib:" Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq",
- deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?"
[6:64]
De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?"
[6:65]
De: "Allah başınızın
üstündən və ayaqlarınızın
altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!
[6:66]
(Ya Rəsulum!) Sənin camaatın onu (Qur'anı), haqq olduğu halda,
yalan hesab etdi. (Onlara) de: "Mən sizin vəkiliniz deyiləm!"
[6:67]
Hər bir xəbərin (Qur'anda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.
[6:68]
(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar
söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan
sonra o zalım tayfa ilə bərabər oturma.
[6:69]
Müttəqilərə onların (iman
gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun tə'sirilə) pis əməllərdən çəkinsinlər.
[6:70]
Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının
məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Qur'anı) xatırlat ki, heç kəs qazandığı
əmələ görə özünü həlaka düçar etməsin. Allahdan
başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!
[6:71]
De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola
yönəltdikdən sonra yer üzündə
şaşqın dolaşarkən şeytanların
azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları
onu: "Bizə tərəf gəl!" - deyərək haqq yola
çağırırdılar! De: "Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
[6:72]
Həmçinin: "Namaz qılın, Allahdan qorxun, hüzuruna
toplanacağınız məhz Odur!" (deyə
buyurulmuşdur)".
[6:73]
Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar. Onun
sözü haqdır. Surun
(İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi
və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
[6:74]
(Ya Rəsulum)
Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"
[6:75]
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə
yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!
[6:76]
Gecə
qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb:
"Bu mənim Rəbbimdir!" dedi.
(Ulduz) batdıqda isə: "Mən batanları
sevmirəm", söylədi.
[6:77]
(Sonra) doğan ayı görüb: "Bu
mənim Rəbbimdir!" - dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", - söylədi.
[6:78]
(Daha sonra) doğan günəşi görüb:
"Bu mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. (Günəş)
batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik
qoşduqlarınızdan
(bütlərdən, səma cismlərindən) uzağam!
[6:79]
Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!"
[6:80]
Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna
olmaqla, mən sizin Ona şərik
qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (?z əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
[6:81]
Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan
qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz
şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
[6:82]
İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
[6:83]
Bu bizim İbrahimə öz tayfasına
qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
[6:84]
Biz İshaqı və Yə'qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq.
Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.
[6:85]
Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq).
Onların hamısı əməlisalehlərdən idi.
[6:86]
Biz, həmçinin
İsmaili, Əlyəsə'i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və
onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.
[6:87]
Biz onların atalarından, nəsillərindən və qardaşlarından da
(bir qismini hidayətə
çatdırdıq), onları seçdik və düz yola yönəltdik.
[6:88]
Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik
qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
[6:89]
Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş
müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların
yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).
[6:90]
Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu
tutub get. De: "Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Qur'an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)".
[6:91]
Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Qur'an) nazil etməmişdir", - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur'an vasitəsilə) özünüzün və
atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: "Allah!" deyib çağır, sonra da onları
burax ki, düşdükləri
bataqlıqda oynaya-oynaya
qalsınlar. (?zlərinin
dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
[6:92]
Bu (Qur'an) da mübarək (xeyir-bərəkəti daim, faydası çox),
özündən əvvəlkiləri təsdiq edən bir
kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün
nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar
(vaxtlı-vaxtında
qilarlar).
[6:93]
Allaha iftira yaxan, özünə heç bir vəhy
olunmadığı halda:
"Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi
(Qur'an) kimi bir kitab endirəcəyəm", - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Cıxarın canlarınızı!
Siz bu gün Allaha qarşı nahaq sözlər
danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!
[6:94]
Siz Bizim hüzurumuza ilk dəfə sizi
yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz
(var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı
ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük.
Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.
[6:95]
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan
(ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan)
Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?
[6:96]
(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
[6:97]
Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.
[6:98]
Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat
üçün belə müfəssəl bəyan etdik.
[6:99]
Göydən su (yağış)
endirən Odur. Biz onunla hər bir bitkini
yetişdirdik, yaşıl
fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan
bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar
yetişdirdik. (Onlardan hər birinin) bar
verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın ?z qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
[6:100]
Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə
inandıqlarını, nə
danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar
uydurub düzəltdilər. Allah isə onların Ona
aid etdikləri sifətlərdən uzaqdır (pakdır)
və yüksəksə durur.
[6:101]
O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı
(zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!
[6:102]
O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna
görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!
[6:103]
Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!
[6:104]
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim
(onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)
[6:105]
Biz ayələrimizi belə
açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): "Sən dərs almısan (bunları
başqalarından öyrənmisən)", - desinlər və Biz də onu
(Qur'anı) bilən (elm və bilik sahibi olan) bir
camaata izah edək. (Kafirlər Allahın
birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, mö'minlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).
[6:106]
(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qur'ana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç
bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!
[6:107]
Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!
[6:108]
Allahdan başqalarına
tapınanları söyməyin. Yoxsa onlar
da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı
düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Mö'minlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi,
kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra
onlar Rəbbinin hüzuruna
qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!
[6:109]
(Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de:
"Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara
(istədikləri) ayə (mö'cüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!"
[6:110]
Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qur'ana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.