At-Takâthur
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[102:1]
(Ey qafil insanlar!) Coxluq (mal-dövlət,
oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə
öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
[102:2]
Hətta (məzarlarda yatan ölülərinizi
sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və
ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə
qədər
bu halınızda davam etdiniz)].
[102:3]
Xeyr! (Belə
yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
[102:4]
Xeyr, xeyr! (Belə
yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
[102:5]
Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya
malına uymazdınız)!
[102:6]
(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
[102:7]
Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə
görəcəksiniz!
[102:8]
Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne'mətlər barəsində mütləq sorğu-sual
olunacaqsınız!