Al-Humazah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[104:1]
(Dalda) qeybət edib (üzdə) tə'nə vuran hər kəsin vay halına!
[104:2]
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
[104:3]
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
[104:4]
Xeyr! (Heç də
onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
[104:5]
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
[104:6]
O, Allahın yanar odudur.
[104:7]
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
[104:8]
O, belələrinin (qeybətçilərin və tə'nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
[104:9]
Onlar (Cəhənnəmdə) hündür sütunlara
bağlanmış olacaqlar!