Al-Mâ‘ûn

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[107:1]

(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

[107:2]

O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);

[107:3]

Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

[107:4]

Vay halına o namaz qılanların ki,

[107:5]

Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);

[107:6]

Onlar (namazlarında) riyakarlıq edər,

[107:7]

Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).