An-Nasr
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[110:1]
(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;
[110:2]
İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman
[110:3]
Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil,
"Sübhanəkə Allahümmə və bihəmdikə" kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!