Al-Masad
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[111:1]
Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)
[111:2]
(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya:
oğul-uşağı).
[111:3]
O, alovlu atəşə girəcəkdir.
[111:4]
Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!
[111:5]
Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir)
olacaqdır!