Al-Falaq
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[113:1]
(Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə!
[113:2]
Yaratdıqlarının (insanların,
cinlərin, vəhşi
heyvanların) şərindən;
[113:3]
Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
[113:4]
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
[113:5]
Və bir də
paxıllığı tutanda paxılın şərindən!"