Al-Furqân
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[25:1]
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün
(haqqı batildən ayıran) Qur'anı ?z bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
[25:2]
O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (?zünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi
yaratmış və onu
(onun nə cür
olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
[25:3]
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan,
özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
[25:4]
Kafir olanlar: "Bu (Qur'an) onun (Muhəmmədin) uydurmasından
başqa bir şey deyildir. Ona bu
işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!"
- deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
[25:5]
Onlar həmçinin: "Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə)
yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur", - dedilər.
[25:6]
(Ya Rəsulum!) De: "Onu (Qur'anı) göylərin və yerin sirrini bilən (Allah) nazil
etmişdir. Həqiqətən, O, (mö'minləri) bağışlayandır, rəhm edəndir!"
[25:7]
(Müşriklər) dedilər: "Bu necə peyğəmbərdir ki, yemək yeyir,
bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
[25:8]
Yaxud ona (ruzi qazanmaqdan ötrü
bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir
bağı olmalı
deyildimi?" Zalımlar (müşriklər mö'minlərə) dedilər: "Siz ancaq ovsunlanmış (buna görə də ağlını
itirmiş) bir adama tabe
olursunuz!"
[25:9]
(Ya Rəsulum!) Bir
gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa
bilməzlər!
[25:10]
(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını - (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
[25:11]
Lakin onlar (təkcə səni deyil) o saatı da
(qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş
hazırladıq.
[25:12]
O (atəş)
onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.
[25:13]
Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə
atıldıqları zaman
(Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
[25:14]
(Onlara istehza ilə deyilər: ) "Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!" (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz.
Allahın əzabı intəhasız və dəhşətli olduğu
üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
[25:15]
(Ya Rəsulum!) Onlara
de: "Bu (cəhənnəm odu)
yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və'd edilən Xüld cənnəti?"
[25:16]
Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir və'ddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın
onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi və'di yerinə
yetirmişdir).
[25:17]
(Allah müşrikləri) və onların Allahdan qeyri
ibadət etdiklərini
(bütləri) məhşərə
toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır:
"Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan
çıxdılar?"
[25:18]
(Bütlər) deyəcəklər: "Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa
dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər ne'mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur'anı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa
oldular!"
[25:19]
(Allah buyuracaqdır: ) "(Ey
müşriklər, sizin
tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən)
sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik
qoşanlara) şiddətli bir əzab
daddıracağıq".
[25:20]
(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz
peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki,
görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi
sağlam, digərinizi xəstə, zəif etdik ki,
hansınızın daha səbirli, daha
dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı
olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir!
[25:21]
Bizimlə
qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib
haqq-hesab üçün hüzurumuzda
duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru
danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə
görmək, onunla danışmaq
istəməyə cür'ət etməklə)
azğınlaşıb həddi çox aşdılar.
[25:22]
Mələkləri görəcəkləri gün - həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) "(Sizə şad xəbər eşitmək) haramdır!"
- deyərlər.
[25:23]
Onların etdikləri hər hansı bir
(yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara
göstərdikləri köməyin, qonağa,
qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı
işlərin zərrə qədər qiyməti olmaz!)
[25:24]
O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!
[25:25]
Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün -
[25:26]
O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o,
kafirlər üçün isə çətin bir gün olacaqdır.
[25:27]
O gün zalım (küfrə düşməklə özünə zülm edən
peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir
yol turardım;
[25:28]
Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
[25:29]
And olsun ki, Qur'an mənə gəldikdən sonra məni ondan (Qur'ana iman gətirməkdən) o sapdırdı. Şeytan
insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).
[25:30]
Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu
Qur'anı tərk etmişdi!" - deyəcək.
[25:31]
(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir
düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!
[25:32]
Kafirlər: "Qur'an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur'anın az-az endirilib,
ağır-ağır oxunması onun əzbərlənməsini və mə'nalarının anlaşılmasını
asanlaşdırır).
[25:33]
(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə (onun)
doğrusunu və (onların gətirdikləri misallardan)
izahatca daha
yaxşısını gətirməyək.
[25:34]
Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan
kimsələrdir.
[25:35]
Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir (köməkçi) etdik.
[25:36]
Və
(onlara) dedik: "Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Fir'on əhlinin) yanına gedin!" Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv etdik.
[25:37]
Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda
boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab
hazırlamışıq.
[25:38]
Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini də, həmçinin onların
arasında olan bir çox nəsilləri də (yerlə yeksan etdik).
[25:39]
Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, (amma öyüd-nəsihətlərimizə qulaq
asmadıqlarına görə) onları
yerli-dibli yox etdik.
[25:40]
(Qüreyş müşrikləri ticarət üçün Şama
gedərkən) fəlakət yağışı
yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (?zlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər).
[25:41]
(Ya Rəsulum!) Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): "Allahın
peyğəmbər göndərdiyi şəxs budurmu?
[25:42]
Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi
tanrılarımıza tapınmaqdan
sapdırmışdı". Onlar əzabı (qiyamət əzabını)
gördükdə haqq yoldan kimin daha çox
azdığını biləcəklər.
[25:43]
(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!)
[25:44]
Yoxsa elə güman edirsən ki,
onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).
[25:45]
Məgər Rəbbinin kölgəni
(günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).
[25:46]
Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş ?zümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).
[25:47]
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan
ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.
[25:48]
Küləkləri rəhməti
(yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,
[25:49]
Onunla ölü bir yerə can verək,
yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək!
[25:50]
(Zati-əqdəsimə) and olsun ki, (onlara verilən ne'mətləri) yada salsınlar deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq.
Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa
bir şey etmədi (nankorluğunda dirənib qaldı).
[25:51]
Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla) qorxudan bir peyğəmbər göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük
şərəfə nail edib bütün bəşəriyyətə peyğəmbər göndərdik).
[25:52]
(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı
(Qur'anla) böyük bir cihad et! (Var gücünlə vuruş!)
[25:53]
Birinin suyu çox şirin, digərininki isə olduqca şor
(acı) olan iki dənizi
qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!
[25:54]
İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və
sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana
tərəfdən, ikinci isə bacı,
qız tərəfdən olan qohumluqdur).
[25:55]
(Belə
olduğu təqdirdə müşriklər) Allahı
qoyub özlərinə nə xeyir, nə də zərər verə bilənlərə (bütlərə) ibadət edirlər. Kafir
özünün haqq olan Rəbbinə arxa çevirər. (Və ya kafir öz Rəbbinə qarşı Şeytana
kömək edər).
[25:56]
(Ya Rəsulum!) Biz səni yalnız (mö'minlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
[25:57]
De: "Mən sizdən buna (dini,
peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir
şəxs malını Allah yolunda sərf etsə, ona da mane
olan deyiləm).
[25:58]
(Ya Rəsulum!) ?lməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun ne'mətlərinə şükür edərək namaz qıl). (Allahın) ?z bəndələrinin günahlarından xəbərdar olması (onları
layiqincə cəzalandırmağa) kifayət edər.
[25:59]
O, göyləri, yeri və onların
arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın ?zündən və ya Cəbraildən) xəbər al!
[25:60]
Onlara (müşriklərə): "Rəhmana (rəhmli olan Allaha) səcdə edin!" - deyildiyi
zaman, onlar: "Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?" - deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana
olan) nifrətini daha da artırar.
[25:61]
Səmada bürclər yaradan, orada
bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!
[25:62]
(Allahın qüdrətini həmişə) yada salmaq və (ne'mətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!
[25:63]
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.
[25:64]
Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.
[25:65]
Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur.
Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
[25:66]
Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!"
[25:67]
Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.
[25:68]
Onlar Allahla yanaşı başqa bir
tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu
öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
[25:69]
Qiyamət günü onun əzabı qat-qat
olar və (o, əzab) içində zəlil olub əbədi qalar.
[25:70]
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah
onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!
[25:71]
Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir
dönüşlə (Allahın
rizasını qazanmış halda) dönər.
[25:72]
O kəslər ki, yalan yerə şahidlik
etməz, faydasız bir şeylə rastlaşdıqları
(lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);
[25:73]
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt
özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
[25:74]
Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar
ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər.
[25:75]
Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə
mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.
[25:76]
Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!
[25:77]
(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Qur'anı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"