Al-Ahqâf
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[46:1]
Ha, Mim!
[46:2]
Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!
[46:3]
Biz göyləri, yeri və onların
arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün
yaratdıq. Kafirlərin qorxudulduqları
şeylərdən (qiyamətdən, imana də'vət edən öyüd-nəsihətdən) üz döndərdilər.
[46:4]
(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin
Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?!
Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi
sübut etmək üçün) mənə bundan (bu Qur'andan) əvvəl (Allahdan sizə nazil
olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!
[46:5]
Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış
kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
[46:6]
İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların
ibadətini inkar edəcəklər.
[46:7]
Ayələrimiz onlara
açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Qur'an) barəsində: "Bu, aşkar bir sehrdir!" - deyirlər.
[46:8]
Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!"
- deyirlər. (Ya Peyğəmbər!) De: "Əgər mən onu (özümdən)
uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin
(Qur'an) barəsindəki
dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun
şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!"
[46:9]
De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (başqa
peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah
bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın
əzabı ilə)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
[46:10]
De: "Bir deyin görək, əgər (bu Qur'an) Allah dərgahından
olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid
(Qur'anın həqiqiliyinə) onun özü kimisi
(Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona
qarşı) təkəbbür göstərsəniz (zalım
olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"
[46:11]
Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur'an, islam dini)
yaxşı bir şey olsaydı, (mö'minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Qur'anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!" - deyəcəklər.
[46:12]
Ondan (Qur'andan) əvvəl Musanın (İsrail
oğullarına, mö'minlərə) rəhbər və mərhəmət olan kitabı
(Tövrat) var idi. Bu (Qur'an özündən əvvəlki ilahi kitabları)
ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!
[46:13]
Şübhəsiz: "Rəbbimiz Allahdır!"
- deyənlərin, sonra da (sözünün
üstündə) möhkəm duranların (qiyamət günü) heç bir
qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!
[46:14]
Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!
[46:15]
Biz insana ata-anasına
yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Cünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx
yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne'mətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (?zümü cani-dildən Allaha təslim edənlərdənəm!)"
[46:16]
Belələri (dünyadakı)
yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru və'də görə cənnət əhli içərisində olacaq kimsələrdir!
[46:17]
(?zünü Allaha, axirət gününə iman gətirməyə də'vət edən) ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib
qəbirdən)
çıxarılacağımımı və'd edirsiniz?! - deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay
yazıq) inan, Allahın və'di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey
deyildir!" - deyə cavab verər.
[46:18]
Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün
(hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar,
doğrudan da, ziyana uğrayanlardır!
[46:19]
Hamının (mö'minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla
haqsızlıq edilməz.
[46:20]
Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne'mətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan
hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza
görə həqarətli əzabla cəzalandırılacaqsınız!"
[46:21]
(Ya Rəsulum!) Ad
qövmünün qardaşını (Hudu)
da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün
(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[46:22]
Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə və'd etdiyini (əzabı) gətir görək!" - deyə cavab vermişdilər.
[46:23]
(Hud) demişdi: "(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!"
[46:24]
Onu (özlərinə və'd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: "Bu bizə
yağış yağdıracaq buluddur!" - dedilər. (Hud isə onlara belə dedi: ) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
[46:25]
O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!" Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!
[46:26]
(Ey Məkkə əhli!) And olsun ki, Biz
onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə
qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Cünki onlar Allahın
ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.
[46:27]
And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının
yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana)
qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).
[46:28]
Bəs nə üçün Allahı qoyub (Ona)
yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) onlara
kömək etmədi? Əksinə, (o tanrılar) onlardan
uzaqlaşıb qeyb oldular. Bu,
(Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz yalanları
və öz uydurmalarıdır.
[46:29]
(Ya Peyğəmbər!) Onu da xatırla ki,
bir zaman bir dəstə (ona qədər) cini Qur'anı dinləmək üçün sənin yanına
göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq
asın!" - dedilər və (Qur'an oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın
əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına
qayıtdılar. (İşə bax ki, cinlər Qur'anı eşidib
ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).
[46:30]
Onlar dedilər: "Ey qövmümüz!
Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam
dininə) yönəldən bir Kitab dinlədik!
[46:31]
Ey qövmümüz! Allahın
carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü)
günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!
[46:32]
Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb
canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa
kömək edən dostlar da
tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"
[46:33]
Məgər onlar göyləri və yeri yaratmış və onları
yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!
[46:34]
Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını
dadacaqları) gün (onlardan
soruşulacaqdır): "Məgər bu
(daddığınız əzab) doğru
deyilmi?!" Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"
[46:35]
(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və'd
olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir
saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Qur'an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən
başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)