Ar-Rahmân
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[55:1]
Rəhman! (Mərhəmətli olan Allah!)
[55:2]
(?z peyğəmbərinə) Qur'anı
öyrətdi.
[55:3]
İnsanı yaratdı.
[55:4]
Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
[55:5]
Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
[55:6]
Otlar da, ağaclar da (Allaha) səcdə edər!
[55:7]
Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
[55:8]
Ona görə ki, çəkidə hədi aşmayasınız
(insafı əldən verməyəsiniz).
[55:9]
Tərəzini düz tutun, çəkini əskiltməyin! (Cəkidə insaflı olun, tərəzini korlamayın!)
[55:10]
Yeri də (bütün) məxluqat üçün O
döşədi.
[55:11]
Orada növbənöv meyvələr və tumurcuqlu
(salxımlı) xurma ağacları;
[55:12]
(Yaşıl ikən yarpar, quruluğunda
saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan,
qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.
[55:13]
(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:14]
İnsanı (Adəmi) saxsı kimi
(toxunduqda səs çıxardan) quru
palçıqdan O yaratdı.
[55:15]
(Cinlərin əcdadı) cannı da
tüstüsüz (təmiz) oddan O xəlq etdi.
[55:16]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:17]
İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda
çıxıb batdığı
yerlərin sahibi) Odur.
[55:18]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:19]
(Suları şirin və acı olan) iki dənizi O
qovuşdurdu (bir-birinə qovuşmaq
üçün açıb buraxdı).
[55:20]
Amma onların arasında maneə vardır, bir-birinə
qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi
aşmazlar).
[55:21]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:22]
Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
[55:23]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:24]
Dənizdə uca dağlar kimi
üzən gəmilər də Onundur.
[55:25]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:26]
(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
[55:27]
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı
baqidir.
[55:28]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:29]
Göylərdə və yerdə kim varsa,
(hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini
öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin
duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
[55:30]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:31]
Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin
haqq-hesabını mütləq çəkəcəyik).
[55:32]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:33]
Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından
(çevrəsindən) kənara çıxa bilərsinizsə,
çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan
qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)
[55:34]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:35]
(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.
[55:36]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:37]
(Qiyamət günü) göy ayrılıb (dağ
basılmış) dəri (yaxud
dağ edilmiş yağ) kimi
qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!
[55:38]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:39]
O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir!)
[55:40]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:41]
Günahkarlar üzlərindən (sifətlərinin
qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları
öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir).
[55:42]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:43]
(Onlara belə deyiləcəkdir: ) "Bu,
günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!"
[55:44]
Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.
[55:45]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:46]
Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda
haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!
[55:47]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:48]
(O iki cənnətin ağacları)
qollu-budaqlıdır (merli-meyvəlidir).
[55:49]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:50]
Orada (o cənnətlərdə) iki axar bulaq vardır.
[55:51]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:52]
Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ
vardır (mö'minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
[55:53]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:54]
Onlar (mö'minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır
(mö'minlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da,
uzananda da dərib yeyə biləcəklər).
[55:55]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:56]
Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
[55:57]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:58]
Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
[55:59]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:60]
Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!
[55:61]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:62]
Onlardan (o iki cənnətdən) başqa (mö'minlər üçün) daha iki cənnət (Firdovs və Mə'va cənnətləri) vardır.
[55:63]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:64]
(O iki cənnət) yamyaşıldır
(o qədər yaşıldır ki,
qaraya çalır).
[55:65]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:66]
Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
[55:67]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:68]
Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.
[55:69]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:70]
Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü
qadınlar vardır.
[55:71]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:72]
Cadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
[55:73]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:74]
Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.
[55:75]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:76]
Onlar (mö'minlər) yaşıl balışlara və gözəl
naxışlı (inci ilməli, xovlu)
xalılara (yaxud yumşaq
qalın döşəklərə) söykənmiş olacaqlar.
[55:77]
Belə
olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?!
[55:78]
(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!