Al-Mulk
Mərhəmətli, rəhmli Allahın adı ilə!
[67:1]
Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!
[67:2]
Hansınızın əməlcə daha gözəl olduğunu
sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
[67:3]
Yeddi göyü
(bir-birinin üstündə) qat-qat yaradan
da Odur. (Ey insan!)
Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq
görməzsən. Bir
gözünü qaldırıb (səmaya)
bax, heç orada bir
yarıq (çatdaq, nöqsan) görə
bilərsənmi?!
[67:4]
Sonra gözünü
qaldırıb iki dəfə bax. Göz orada
(axtardığını tapmayıb) zəif, yorğun
düşərək yenə də sənə tərəf qayıdacaqdır!
[67:5]
And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar)
üçün yandırıb-yaxan alovlu atəş əzabı
hazırladıq.
[67:6]
Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
[67:7]
Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!
[67:8]
O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora
(Cəhənnəmə) atıldıqca onun
gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər gəlməmişdimi?"
- deyə
soruşacaqlar.
[67:9]
Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan
peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah
heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox
azmısınız!"
[67:10]
Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb
ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!"
- deyəcək,
[67:11]
Və beləcə öz günahlarını e'tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
[67:12]
Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat
gözləyir!
[67:13]
(Ey insanlar!) İstər sözünüzü
gizli saxlayın, istər açıq deyin
(heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
[67:14]
Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
[67:15]
Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin,
(Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!
[67:16]
(Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə
gəlib çalxalandığı zaman sizi onun dibinə
batırmayacağına əminsinizmi?!
[67:17]
Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla)
qorxutmağımın necə olduğunu mütləq
biləcəksiniz.
[67:18]
Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin)
Mənim onları cəzalandırmağım (inkar etməyim) necə
oldu.
[67:19]
Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları
(göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!
[67:20]
Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun ?zündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq,
aldanmaqdadırlar!
[67:21]
Əgər (Allah) ?z ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri
üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl
çəkmirlər.
[67:22]
Elə isə (küfrü ucbatından)
üzüstə sürünən daha haqq
yoldadır, yoxsa düz yolda düz gedən?!
[67:23]
(Ya Peyğəmbər!) De: "Sizi yoxdan yaradan,
sizə qulaq, göz və qəlb verən Odur. (Allahın ne'mətlərinə) nə az
şükür edirsiniz!"
[67:24]
De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna
toplanacaqsınız!"
[67:25]
Onlar (müşriklər) deyirlər: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu və'd (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?"
[67:26]
De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
[67:27]
Kafirlər əzabın
yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: "Sizin
(dünyada) istədiyiniz (və həmişə istehza edib
inanmadığınız) əzab budur!" - deyiləcəkdir.
[67:28]
(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də,
qalsaq da, bu sizə heç bir fayda
verməz. Allahın
əzabından nicat tapmaq üçün ancaq Onun haqq
dininə iman gətirmək
lazımdır!)
[67:29]
De: "O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu
(tezliklə) biləcəksiniz!"
[67:30]
De: "Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!