Al-Qalam

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[68:1]

Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,

[68:2]

Sən (ya Rəsulum!) Rəbbinin ne'məti sayəsində divanə deyisən!

[68:3]

Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!

[68:4]

Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

[68:5]

(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,

[68:6]

Hansınızın divanə olduğunu!

[68:7]

Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!

[68:8]

Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!

[68:9]

(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)

[68:10]

(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;

[68:11]

Qeybət edənə, söz gəzdirənə;

[68:12]

Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;

[68:13]

Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -

[68:14]

O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!

[68:15]

Ayələrimiz ona oxunduğu zaman o: "(Bunlar) qədimlərin əfsanələridir!" - dedi.

[68:16]

Biz (tezliklə) onun burnuna damğa basacağıq!

[68:17]

Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.

[68:18]

Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).

[68:19]

Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.

[68:20]

Və o (yanıb) qapqara qaraldı (külə döndü).

[68:21]

Onlar səhər qalxıb bir-birini belə səslədilər:

[68:22]

Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!"

[68:23]

Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:

[68:24]

(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!

[68:25]

Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]

[68:26]

(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: "Yəqin ki, (yolumuzu) azmışıq!

[68:27]

Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!"

[68:28]

Onların ən ağıllısı (və insaflısı) dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!"

[68:29]

Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər.

[68:30]

Onlar bir-birini danlamağa başladılar.

[68:31]

Və dedilər: "Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.

[68:32]

Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!"

[68:33]

(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!

[68:34]

Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!

[68:35]

Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!

[68:36]

(Ey kafirlər! Siz dünyada yoxsul mö'minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?

[68:37]

Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!

[68:38]

Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!

[68:39]

Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!

[68:40]

(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?

[68:41]

Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!

[68:42]

İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də'vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.

[68:43]

Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə də'vət olunurdular.

[68:44]

(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur'anı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.

[68:45]

Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.

[68:46]

Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!

[68:47]

Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö'minlərdən üstün olacağını oradan öyrənib) yazırlar?!

[68:48]

(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi.

[68:49]

Əgər Rəbbindən ona bir mərhəmət (ne'mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.

[68:50]

Amma (tövbə etdikdən sonra) Rəbbi onu (?z bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi.

[68:51]

(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur'anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər.

[68:52]

Halbuki bu (Qur'an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)