Al-Maârij
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[70:1]
(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
[70:2]
(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
[70:3]
(O əzab yüksək) dərəcələr sahibi olan
Allahdandır!
[70:4]
Mələklər və ruh (Cəbrail) Onun dərgahına
(dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
[70:5]
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş,
narahatlıq keçirmədən) səbr et!
[70:6]
Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq
görürlər (ona inanmırlar).
[70:7]
Biz isə onu yaxın görürük
(ona inanırıq).
[70:8]
O gün göy göyərmiş mis kimi
olacaq;
[70:9]
Dağlar da
didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
[70:10]
Və dost dostu
arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
[70:11]
Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini
tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından
qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;
[70:12]
?vrətini və qardaşını;
[70:13]
(Cətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
[70:14]
Və yer
üzündə olanların hamısını - təki özünü (Allahın əzabından)
qurtarsın!
[70:15]
Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm)
alovlu atəşdir.
[70:16]
(Elə bir atəş ki)
başın dərisini sıyırıb
çıxardır (dərini sümükdən ayırır).
[70:17]
Cağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
[70:18]
Və
(mal-dövlət) yığıb
saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
[70:19]
Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
[70:20]
Ona bir pislik üz verdikdə fəryad qoparar.
[70:21]
Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
[70:22]
Namaz qılanlar istisnadır!
[70:23]
O kəslər ki, daim namaz
qılarlar;
[70:24]
O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır
-
[70:25]
Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına
qısılıb dilənməyən) kimsə üçün;
[70:26]
O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
[70:27]
O kəslər ki, Rəbbinin əzabından
qorxub tir-tir əsərlər;
[70:28]
Cünki onların Rəbbinin əzabından (bu
əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
[70:29]
O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar
(zina etməzlər);
[70:30]
?vrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
[70:31]
Bundan artığını istəyənlər isə həddi aşanlardır;
[70:32]
O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü
yerinə yetirərlər;
[70:33]
O kəslər ki, düzgün şəhadət verərlər
[70:34]
Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
[70:35]
Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
[70:36]
(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki,
(boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
[70:37]
Sağdan və soldan dəstə-dəstə gəlirlər?
[70:38]
Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
[70:39]
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir
qətrə natəmiz nütfədən
xəlq edilmişdir.
İnsanın e'tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola
bilər?! Bu və
ya digər şəxsin Cənnətə
daxil olması üçün başlıca şərt
onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət
etməsidir. Nicat yolu yalnız budur!)
[70:40]
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
[70:41]
Onları özlərindən daha yaxşısı
ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt'i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim
qarşımıza keçə bilməz! (Bizə mane ola
bilməz!)
[70:42]
Elə isə (ya Peyğəmbər!) qoy onlar və'd
olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
[70:43]
O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
[70:44]
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və'd olunmuş həmin qiyamət günüdür!