Nûh
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[71:1]
Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik.
[71:2]
O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir
peyğəmbərəm!
[71:3]
Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
[71:4]
(Əgər belə etsəniz) O sizin
günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın
(əzəldən lövhi-məhfuzda)
müəyyən etdiyi əcəl
(ölüm) gəlib çatdıqda isə,
o əsla tə'xirə salınmaz. Kaş biləydiniz!"
[71:5]
O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də'vət etdim!
[71:6]
Lakin də'vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir
şeyə yaramadı.
[71:7]
Sənin onları
bağışlamağın üçün mən nə zaman onları (imana) də'vət etdimsə, onlar (də'vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
[71:8]
Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də'vət etdim.
[71:9]
Daha sonra onlara (iman gətirmək lazım olduğunu)
aşkar söylədim və gizli bildirdim".
[71:10]
Və dedim:
"(Tövbə edib) Rəbbinizdən
bağışlanmağınızı diləyin. Cünki O,
(tövbə edən bəndəsinin günahlarını) çox
bağışlayandır!
[71:11]
O sizə göydən bol yağış
göndərər;
[71:12]
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
[71:13]
Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz?
Yaxud iman
gətirəcəyiniz təqdirdə
Allahın axirətdə sizə
mərhəmət əta
edəcəyinə ümid bəsləmirsiniz?)
[71:14]
Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış
qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
[71:15]
Məgər görmürsünüz ki, Allah
yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!
[71:16]
Orada ayı bir nur, günəşi də bir çıraq
etdi.
[71:17]
Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir
bitki kimi göyərtdi.
[71:18]
Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da)
çıxardacaqdır.
[71:19]
Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına
döşədi) ki,
[71:20]
Onun geniş
yollarında gəzəsiniz!"
[71:21]
Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey
artırmayan kimsələrə
(öz kafir başçılarına) tabe oldular.
[71:22]
(Onların kafir
başçıları mənim əleyhimə) çox böyük
bir hiylə qurdular.
[71:23]
Və
(tabeçiliyində olanlara) dedilər: "?z
tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi,
[71:24]
Onlar çoxlarını
yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq
onların zəlalətini artır!"
[71:25]
Onlar öz günahlarından dolayı
suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər!
[71:26]
Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
[71:27]
Cünki sən onları (sağ)
buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir
(oğul-uşaq) doğub-törədəcəklər.
[71:28]
Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə
(yaxud məscidimə) mö'min kimi daxil olan kimsəni və
(qiyamət gününə qədər olacaq) bütün mö'min kişiləri və
qadınları
bağışla. Zalımların isə ancaq və ancaq həlakını
(ölümünü) artır!"