An-Naba
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[78:1]
(Bu müşriklər) bir-birindən nə haqqında
soruşurlar?
[78:2]
Böyük bir xəbər (qiyamət günü) haqqında!
[78:3]
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
[78:4]
Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
[78:5]
Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq
olduğunu) mütləq biləcəklər!
[78:6]
Məgər Biz yeri döşək etmədikmi?!
[78:7]
Dağları da dirək?!
[78:8]
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt
yaratdıq.
[78:9]
Yuxunuzu da istirahət etdik.
[78:10]
Biz gecəni (hər şeyi bürüyən) örtük
etdik.
[78:11]
Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
[78:12]
Ustünüzdə yeddi (qat)
möhkəm (göy) qurduq.
[78:13]
Sizin üçün çox parlaq bir
çıxar (günəş) yaratdıq.
[78:14]
(Küləklərin
sıxdığı) buludlardan
şırıl-şırıl tökülən yağmur endirdik ki,
[78:15]
Onunla dən və bitki yetişdirək,
[78:16]
Eləcə də (ağacları
bir-birinə) sarmaşan bağlar.
[78:17]
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir
vaxtdır!
[78:18]
Sur
çalınacağı gün (qəbirlərinizdən
çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
[78:19]
(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
[78:20]
Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma
dönəcəkdir.
[78:21]
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
[78:22]
O, azğınların məskənidir.
[78:23]
Onlar orada sonsuz müddət qalacaqlar.
[78:24]
Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
[78:25]
Qaynar
[78:26]
(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
[78:27]
Cünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
[78:28]
Ayələrimizi də elə hey təkzib edirdilər.
[78:29]
Biz hər şeyi
(bir-bir) sayıb (lövhi-məhfuzda)
yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit
etmişik).
[78:30]
İndi (ey kafirlər!) dadın əzabı. Biz
sizə əzabdan başqa bir şey artırmayacağıq!
[78:31]
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
[78:32]
Bağçalar və üzüm bağları,
[78:33]
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış,
gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
[78:34]
(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
[78:35]
Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
[78:36]
(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
[78:37]
Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
[78:38]
Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs
danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
[78:39]
Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
[78:40]
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O
gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı
görməmək üçün) torpaq olaydım!"
- deyəcəkdir.