Abasa
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[80:1]
(Peyğəmbər)
qaşqabağını
töküb üzünü çevirdi.
[80:2]
Yanına korun (Abdullah
ibn Ummi-Məktumun) gəlməsindən dolayı.
[80:3]
Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub
öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
[80:4]
Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
[80:5]
(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
[80:6]
Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq
asırsan).
[80:7]
Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
[80:8]
Yüyürə-yüyürə sənin yanına gələn
[80:9]
Və (Allahdan)
qorxan kimsəyə gəldikdə isə,
[80:10]
Sən ondan üz
çevirirsən!
[80:11]
Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən,
bu (ayələr) bir
öyüd-nəsihətdir.
[80:12]
Kim istəsə, ondan öyüd alar.
[80:13]
(Bu Qur'an Allah dərgahında) çox möhtərəm (mö'təbər) səhifələrdə -
[80:14]
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara
toxuna bilməz).
[80:15]
(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e'tibar edilmişdir).
[80:16]
(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt'idirlər.
[80:17]
?lsün (kafir) insan! O nə nankordur!
[80:18]
(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
[80:19]
(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
[80:20]
Sonra onun üçün (ana bətnindən çıxış)
yolunu asanlaşdırdı.
[80:21]
Sonra onu öldürüb qəbrə qoydu.
[80:22]
Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
[80:23]
Xeyr, (insan Allahın)
ona buyurduğunu hələ yerinə yetirməmişdir.
[80:24]
İnsan hələ bir yeməyinə baxsın! (Görsün
ki, ona necə ruzi verdik).
[80:25]
Həqiqətən, Biz yağışı bol yağdırdıq.
[80:26]
Sonra yeri gözəl yaratdıq
(yaxşı yardıq),
[80:27]
Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
[80:28]
Uzüm və yonca;
[80:29]
Zeytun və xurma (bağları);
[80:30]
(Ağacları bir-birinə) sarmaşan
bağçalar;
[80:31]
(Növbənöv) meyvələr və ot
(ələf) yetişdirdik.
[80:32]
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
[80:33]
Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
[80:34]
O gün insan qaçacaq öz
qardaşından;
[80:35]
Anasından, atasından;
[80:36]
Zövcəsindən və oğullarından!
[80:37]
O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
[80:38]
O gün bir çox üzlər parlayacaq,
[80:39]
Güləcək, sevinəcəkdir.
[80:40]
O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
[80:41]
Onları zülmət (yaxud his) bürüyəcəkdir.
[80:42]
Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!