Al-Infitâr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[82:1]

Göy parçalanacağı zaman;

[82:2]

Ulduzlar dağılıb səpələnəcəyi zaman;

[82:3]

Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;

[82:4]

Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;

[82:5]

Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!

[82:6]

Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?

[82:7]

O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.

[82:8]

Sənə ?zü istədiyi surətdə biçim verdi.

[82:9]

Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!

[82:10]

Sizin üstünüzdə gözətçi mələklər -

[82:11]

(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.

[82:12]

Onlar sizin nə etdiklərinizi bilirlər.

[82:13]

Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö'minlər) Cənnətdə qərar tutacaqlar.

[82:14]

Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.

[82:15]

Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.

[82:16]

Onlar əsla oradan çıxan deyillər!

[82:17]

(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!

[82:18]

Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən ibadət və itaət!)

[82:19]

O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!