At-Târiq
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[86:1]
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
[86:2]
(Ya Peyğəmbər!) Sən
nə bilirsən (haradan bilirsən)
ki, gecə gələn nədir?!
[86:3]
(O, zülməti yaran) parlaq
ulduzdur!
[86:4]
Elə bir
kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
[86:5]
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
[86:6]
O, axıb tökülən bir
[86:7]
(O su kişilərin) bel sümüyündən, (qadınların
isə) köks sümüyündən çıxar!
[86:8]
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
[86:9]
Bütün sirlərin aşkar
olacağı o qiyamət günü;
[86:10]
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
[86:11]
And olsun yağış sahibi olan
göyə;
[86:12]
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
[86:13]
Bu (Qur'an haqla nahaqqı) ayırd edən kəlamdır!
[86:14]
O, oyun-oyuncaq (əyləncə) deyildir!
[86:15]
Həqiqətən, (Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün) hiylə qurdular.
[86:16]
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
[86:17]
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara
azacıq möhlət ver!