Al-Balad
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[90:1]
And içirəm bu şəhərə (Məkkəyə) -
[90:2]
Sənin
yaşadığın (sənə halal olan) şəhərə;
[90:3]
And içirəm ataya və onun
övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
[90:4]
Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən
qəbir evinə gedənə qədər
əzab-əziyyət içində çalışıb çabalayır,
həyat boyu müxtəlif çətinliklərlə üzləşər.
Bu, ilahı bir hikmətdir,
həyatın qanunudur!)
[90:5]
Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
[90:6]
Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda)
xeyli mal-dövlət sərf etmişəm!" - deyir?
[90:7]
Məgər o heç kəsin onu görmədiyini güman edir?!
[90:8]
Məgər Biz ona iki göz vermədikmi?!
[90:9]
Eləcə də bir dil və qoşa
dodaq (vermədikmi)?!
[90:10]
Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
[90:11]
Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne'mətlərə şükür etmədi).
[90:12]
(Ya Peyğəmbər!) Sən
nə bilirsən (haradan bilirsən)
ki, əqəbə nədir?!
[90:13]
(O) bir kölə azad etməkdir;
[90:14]
Yaxud aclıq günü (zamanı) yemək verməkdir -
[90:15]
Qohumluq əlaqəsi çatan bir yetimə.
[90:16]
Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir
miskinə!
[90:17]
Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
[90:18]
Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri
sağ əllərinə verilənlərdir!)
[90:19]
Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri
sol əllərinə verilənlərdir!)
[90:20]
Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)