Ash-Shams
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[91:1]
And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
[91:2]
And olsun (günəşin) ardınca
çıxan aya;
[91:3]
And olsun onu (günəşi) parlaq edən gündüzə;
[91:4]
And olsun onu (günəşi) örtən gecəyə;
[91:5]
And olsun göyə və onu yaradana;
[91:6]
And olsun yerə və onu döşəyənə;
[91:7]
And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
[91:8]
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
[91:9]
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
[91:10]
Onu (günaha) batıran
isə, əlbəttə, ziyana
uğrayacaqdır.
[91:11]
Səmud (qövmü)
azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.
[91:12]
Onların ən rəzili (Allahın bir
mö'cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman
[91:13]
Allahın peyğəmbəri onlara belə demişdi:
"Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).
[91:14]
Lakin onlar (Salehi)
yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi
də bu günahlarına görə onların kökünü kəsib
yerlə yeksan etdi.
[91:15]
(Allah) bu işin aqibətindən qorxmaz! (Allah
Səmud qövmünə cəza
vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər
əməlinə görə
qorxan deyildir. Cünki O etdiyi hər
hansı əməl barəsində sorğu-sual olunmaz. Allah
mütləq ədalət sahibidir!)