Ad-Dhuhâ
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[93:1]
And olsun səhərə;
[93:2]
And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
[93:3]
(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni
(ya Peyğəmbər!) nə
tərk etdi, nə də sənə acığı tutdu.
[93:4]
Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha
xeyirlidir!
[93:5]
Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne'mətlər) bəxş edəcək və sən (Ondan) razı
qalacaqsan!
[93:6]
Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
[93:7]
Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
[93:8]
Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
[93:9]
Elə isə yetimə zülm etmə!
[93:10]
Dilənçini də (qapıdan) qovma!
[93:11]
Və (həmişə) Rəbbinin sənə olan ne'mətindən söhbət aç!