Al-Sharh
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[94:1]
(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın
öz lütfü ilə köksünü
açıb genişlətdiyi kimsənin
qəlbinə Şeytan vəsvəsə
sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
[94:2]
Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)
[94:3]
(Elə bir yük ki) sənin belini bükürdü.
[94:4]
Sənin ad-sanını
(şan-şöhrətini)
ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)
[94:5]
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq
yalnız çətinliklə hasil olar!)
[94:6]
Həqiqətən, hər çətinlikdən sonra bir
asanlıq gələr! (Buna görə
də çətinliklərə
səbirlə
dözmək
lazımdır!)
[94:7]
(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)
[94:8]
Və ancaq
Rəbbinə yalvar! (Uzünü Allaha
çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)