At-Tîn
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[95:1]
And olsun əncirə və zeytuna;
[95:2]
And olsun (Allah-təalanın Musa ilə
danışdığı) Tur dağına;
[95:3]
And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
[95:4]
Biz insanı ən gözəl biçimdə yaratdıq!
[95:5]
Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
[95:6]
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
[95:7]
(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən)
sonra səni dini (haqq-hesab gününü) yalan
saymağa vadar edən nədir?!
[95:8]
Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!