Al-Zalzalah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[99:1]
Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
[99:2]
Yer öz yükünü çıxardıb
atacağı zaman;
[99:3]
İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman -
[99:4]
Məhz o gün (yer)
öz hekayətini söyləyəcəkdir -
[99:5]
Cünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
[99:6]
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
[99:7]
Kim (dünyada) zərrə qədər yaxşı iş
görmüşdürsə, onu (onun
xeyrini) görəcəkdir (mükafatını
alacaqdır).
[99:8]
Kim də zərrə qədər pis iş
görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).