[4:141]

(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: "Məgər biz də sizinlə deyildikmi? " deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: "Məgər (mö'minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö'minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? " - söyləyərlər. Qiyamət günü Allah ?zü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö'minlərin əleyhinə olan bir yol göstərməz!

[4:142]

Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.

[4:143]

(Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (mö'minlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!

[4:144]

Ey iman gətirənlər! Mö'minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?

[4:145]

(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!

[4:146]

Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (e'tiqadını) təmizləyənlər müstəsnadır. Cünki onlar mö'minlərə bərabərdirlər. Mö'minlərə isə Allah böyük mükafat verəcəkdir!

[4:147]

Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!