[4:148]
Allah
pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!
[4:149]
Əgər yaxşı bir əməli aşkara
çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!
[4:150]
Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. "Biz peyğəmbərlərdən bə'zisinə inanır, bə'zilərinə isə
inanmırıq",- deyənlər və bunun (iman ilə küfr)
arasında bir yol (məzhəb) tapmaq istəyənlər -
[4:151]
Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!
[4:152]
Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah ?zü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah
bağışlayandır, rəhm edəndir!
[4:153]
(Ya Rəsulum!) Kitab əhli (yəhudilər)
sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini
istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: "Bizə Allahı aşkar göstər!" - demişdilər. Və
öz ədalətsizlikləri üzündən
onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın mö'cüzələr
gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq mö'cüzələr) verdik.
[4:154]
Əhdə riayət etsinlər deyə, Tur dağını
onların (başları) üzərinə qaldırdıq və onlara: "Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!" - dedik. Və
onlardan möhkəm əhd aldıq.