[5:14]
Biz
xaçpərəstik, - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz
də aralarına qiyamət
gününə qədər davam edəcək
ədavət
və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!
[5:15]
Ey kitab əhli! Sizə
kitabda (Tövratda və
İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən,
bir çoxunu da sizə
bağışlayıb üstünü vurmayan (və
ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz
gəldi. Artıq
Allah tərəfindən sizə bir
nur və açıq-aydın
bir Kitab (Qur'an) gəldi.
[5:16]
Allah ?z lütfünə
sığınanları onunla (Peyğəmbər və Qur'an vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!
[5:17]
Allah Məryəm oğlu Məsihdir, - deyənlər, şübhəsiz ki, kafir
oldular. (Onlara) de: "Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların
hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və
onların arasında
olan hər bir şeyin
ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar,
Allah hər şeyə qadirdir!