[5:24]
(İsrail
oğulları) dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar,
biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla
vuruşun. Biz isə burada oturacağıq".
[5:25]
(Musa) dedi: "Ey Rəbbim! Mənim yalnız
özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın
camaatdan ayır!"
[5:26]
(Allah Musaya) buyurdu:
"Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O
günahkar (və azğın) camaatın halına acıma!"
[5:27]
(Ya Rəsulum!) Onlara Adəmin iki
oğlunun əhvalatını
olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı.
(Qurbanı qəbul olunmayan Qabil
qardaşı Habilə) demişdi:
"Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi:
"Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!
[5:28]
Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
[5:29]
Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz
günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!"
[5:30]
Nəfsi onu (Qabili)
qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.
[5:31]
Sonra Allah
qardaşının cəsədini necə
basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi:
"Vay halıma! (Gör nə günə qalmışam!) Bu
qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?" O, artıq
peşman olmuşdu.