[5:32]
Buna
görə də İsrail oğullarına (Tövratda) yazıb
hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla
da özündən qisas alınmağa
yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə
(ölümdən qurtarsa), o, bütün
insanları diriltmiş kimi olur. Bizim
peyğəmbərlərimiz onlara (İsrail
oğullarına) açıq mö'cüzələr gətirmişdilər.
Bundan (bu mö'cüzələrdən) sonra da onların bir çoxu
yer üzündə (küfr, qətl və cinayət etməklə)
həddi aşdılar.
[5:33]
Allaha
və Peyğəmbərinə qarşı
vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da
yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza)
onlar üçün dünyada bir
rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab
gözləyir.
[5:34]
Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!
[5:35]
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün)
vəsilə (yol) axtarın. (Allah)
yolunda cihad edin ki, nicat
tapasınız!
[5:36]
Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı.
Onları şiddətli bir əzab gözləyir!