[5:37]
Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan
çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!
[5:38]
Oğru kişi ilə oğru
qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[5:39]
Lakin hər kəs gördüyü haqsız
işdən (oğurluqdan) sonra
tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
[5:40]
(Ey
insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
[5:41]
Ya
Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları
ilə):
"İnandıq", deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq
asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində
vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: "Əgər sizə bu (təhrif olunmuş
dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının". Allahın fitnəyə
(azğınlığa) düşməsini istədiyi şəxs
üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların
ürəklərini təmizləmək istəməmişdir. Onları
dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!