[5:51]
Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim
onlarla dostluq edərsə, o da onlardandır. Allah
zalım tayfanı düz yola yönəltməz!
[5:52]
Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: "Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq", - deyən görərsən. Amma, ola bilsin ki,
Allah (mö'minlərə) bir zəfər gətirsin və ?z tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman
olsunlar.
[5:53]
İman gətirənlər isə deyəcəklər: "Sizinlə birlikdə olacaqları
barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?" Onların (bütün) əməlləri
puça çıxdı və (axirətdə)
zərərçəkənlərdən oldular.
[5:54]
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki)
Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları,
onlar da (Allahı) sevərlər. Onlar mö'minlərə
qarşı mülayim, kafirlərə qarşı isə
sərt olar, Allah yolunda vuruşar və heç kəsin
tə'nəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə
verər. Allah (öz lütfü
ilə) genişdir, (O, hər şeyi) biləndir!
[5:55]
Sizin
haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
[5:56]
Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).
[5:57]
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş
olanlardan dininizi oyun-oyuncaq hesab
edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər mö'minsinizsə Allahdan qorxun!