[2:77]
Məgər onlar bilmirlərmi ki, Allah
onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!
[2:78]
Onların
(yəhudilərdən) bə'ziləri də avamdırlar
(bisavatdırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları
yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.
[2:79]
Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!" - deyirlər. ?z əlləri ilə (təhrif olunmuş kitab)
yazdıqlarına görə vay onların
halına! Qazandıqları şey
üçün vay onların halına!
[2:80]
Onlar (yəhudilər): "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" -deyərlər. (Ya Rəsulum!) Onlara söylə: "Siz Allahdan belə bir və'd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt ?z əhdindən dönməz. Yoxsa Allaha
qarşı bilmədiyinizi
söyləyirsiniz?"
[2:81]
Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
[2:82]
İman
gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.
[2:83]
Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın
qohumlarınıza, yetimlərə, yoxsullara ehsan
(yaxşılıq, kömək) edin,
insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" - deyə əhd-peyman aldıq. Sonra, az bir
qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan)
üz döndərənsiniz.