[5:90]
Ey iman gətirənlər! Şərab
da (içki də), qumar da, bütlər də,
fal oxları da
Şeytan əməlindən
olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
[5:91]
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan
ayırmaq istər. Artıq
bu işə son
qoyacaqsınızmı?
[5:92]
Allaha
və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun
qaçırsanız, bilin ki,
Peyğəmbərimizin vəzifəsi yalnız açıq
bir təbliğdir (Qur'anı açıq-aydın təbliğ etməkdir).
[5:93]
İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah
tutulmaz. Allah yaxşı iş görənləri sevər!
[5:94]
Ey iman gətirənlər! Allah ?zünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!
[5:95]
Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən
öldürən hər bir kəsin boynuna cəza
və ya kəffarə düşür. Onun cəzası içərinizdən
olan iki ədələtli şəxsin hökmü
ilə öldürdüyünə bənzər (onun qiymətinə
bərabər) bir heyvanı Kə'bəyə
çatası (Kə'bənin yaxınlığında
kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək,
kəffarəsi isə, gördüyü işin zərərini,
acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri
müqabilində) yoxsullara yedirtmək,
yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları
bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş
görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!